Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4190/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, X9 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, mərhum qardaşı X3 yaranmış xəstəlik nəticəsində qəflətən vəfat etmişdir. Qardaşının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etsə də, ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Müraciətinə cavab olaraq verilmiş imtina məktubunda qeyd olunur ki, təqdim edilən sənədlər arasında ölüm faktını təsdiq edən tibbi arayış olmadığından, ölümün qeydiyyata alınmasından imtina edilir. Bu faktı təsdiq etmək üçün məhkəməyə müraciət edir. Mərhum qardaşı X3 yaranmış xəstəlik nəticəsində qəflətən xx.xx.2023-cü ildə vəfat etmiş, həmin tarixdə təcili tibbi yardım çağırmışdır. Bakı Şəhər Təcili və X6 Stansiyası xx.xx.2023-cü ildə qardaşının ölməsini təsdiq edərək, ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Mərhum Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Hal-hazırda mərhum qardaşı X9 ölüm faktını təsdiq edən şəhadətnamənin alınmasını istəyir. Bunun üçün X9 ölüm faktının müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, X12 qardaşıdır, onunla yaşayırdı. Artıq 10 il idir ki qardaşına baxırdı. Evində olduğu zaman qəflətən halı pisləşmiş, təcili tibbi yardım çağırılmışdır, lakin təcili tibbi yardım qələnə qədər vəfat etmişdir. Nərimanov rayon poliklinikasında ağciyərinə görə müalicə alırdı. Mərhum 3cü qrup əlil olmuşdur, etibarnamə əsasında 150 manat məbləğində qardaşının pensiyasını alırdı. Həmin pensiyanın dayandırılması üçün müraciət etmişdir. X12 xx.xx.2023-cü ildə vəfat etmiş, Kürdəxanı qəbiristanlıqda dəfn edilmişdir. Ərizəçi tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhər Maraqlı şəxs rəisi Səadət İsmayılova xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, işin çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanlarının olmadığına görə, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2023-cü il, xəstənin yanına gəlmə vaxtı "11" saat "35" dəqiqə, ünvan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi M.Adil küçəsi 4, X12, yaşı 56, həkimə qədər ölüm qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimananov Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 102 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X4 X11”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin 33 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.1966-cı ildə doğulub, xx.xx.2023-cü ildə vəfat edib, Sabunçu rayon Kürdəxanı qəsəbəsi Hüsü Hacıyev küçəsi 2 nömrəli qəbirstanlığda dəfn olunmuşdur. X8 qəbirdaşının foto-şəkiliiş materiallarına əlavə olunmuşdur. X5 ifadəsində vəfat edən şəxsin dostu və qonşusu olduğunu, onun 2023-cü ilin iyunun 17-si vəfat etdiyini, Nərimanov yaşadığını bildirmişdir. Bundan başqa o, mərhumun vərəm xəstəsi olduğunu, Kürdəxanıda dəfn edildiyini qeyd etmişdir. X1 ifadəsində vəfat edən şəxsin qudası olduğunu, Kürdəxanıda yaşadığını və Nərimanov rayonunda qeydiyyatda olduğunu, 2023-cü ilin iyunun 17-si vəfat etdiyini və yas mərasimində iştirak etdiyini bildirmişdir. X13 Aleksandrovna ifadəsində vəfat edən şəxsin dostu və qonşusu olduğunu, onun iyunun 17-si vəfat etdiyini, gah Nərimanov rayonunda, gah da Kürdəxanıda yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyəhüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə doğulmuş X9 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-4190/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4190/2024
09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver