Məhkəmə qərarları › İş №2(008)-4191/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4191/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4191/2025 13.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 10 oktyabr 1970-ci ildə vəfat etmiş Bürhan Müseyib oğlunun övladı (oğlu) olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Burhan Müseyib oğlu 1895-ci ildə doğulmuşdur. Atasının 1-ci nikahı X4 ilə olmuş və onların birgə nikahından 3 övladları - X17, X5 və X8 doğulmuşlar. Atasının i k i n c i nikahı isə onun anası X9 ilə olmuş və onların birgə nikahından xx.xx.1948-ci ildə o, doğulmuşdur. Ona 31 dekabr 1958-ci ildə verilmiş doğum haqqında şəhadətnamədə “ata” qrafası boş saxlanılmışdır. X29 10 oktyabr 1970-ci ildə, anası X9 isə xx.xx.1997-ci ildə vəfat etmişdir. Mərhum atasından Sabunçu rayonu Kürdəxanı qəsəbəsində fərdi yaşayış evi miras qalmış və həmin evdə hazırda o, yaşayır. O, atasından miras qalmış əmlakın adına keçirilməsi qərarına gəldimişdir. Lakin həmin evə dair atasının adına verilmiş texniki pasport itdiyindən, o, “Asan Xidmət” Mərkəzinə müraciət edərək, texniki pasportun surətini əldə etmək istəmişdir. Lakin həmin İdarə ona vərəsə kimi tanınmadığından müraciətindən imtina etdi. Daha sonra o, Bakı şəhəri 17 saylı notariat ofisinə atasından miras qalmış əmlaka dair vərəsəlik işinin açılması üçün müraciət etmişdir. Notariat ofisi atası ilə qohumluq münasibətlərində olmağını təsdiq edən sənədlər olmadığından ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Bürhan Müseyib oğlu onun doğma atasıdır. Bununla bağlı doğum haqqında şəhadətnaməmdə “ata” qralasında zamanında qeyd aparılmamışdır. Lakin ona verilən şəxsiyyət vəsiqəsində də atasının adı “Bürhan” qeyd edilmişdir. Lakin o, hazırda doğum haqqında şəhadətnamədə düzəliş etdirə bilmir. Ona görə də, belə olan vəziyyətdə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəməyə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Maştağa rayon ZAQS bürosu tərəfindən xx.xx.1958-ci ildə verilmiş 302889 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Anası X25ovnadır. Ata qrafasi isə boşdur. - Bakı şəhəri Maştağa rayon ZAQS bürosu tərəfindən xx.xx.1943-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X2r. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-c il tarixdə verilmiş 3-16-5/8-15-257/2025 seriyalı arayışdan görünür ki, Bürhan Müseyib oğlu xx.xx.1970-ci ildə vəfat etmiş və bu barədə xx.xx.1970-ci ildə 09 nömrəli akt qeyd tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-c il tarixdə verilmiş 3-16-5/8-15-630/2025 seriyalı arayışdan görünür ki, X6 xx.xx.1983-cü ildə vəfat etmiş və bu barədə xx.xx.1983-cü ildə 12 nömrəli akt qeyd tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə nümayəndəsliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 291038 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1997-ci ildə ürək damar fəaliyyətinin kəskin pozulmasından vəfat etmişdir. Bu barədə xx.xx.1997-ci ildə 31 nömrəli akt qeyd tərtib olunmuşdur. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbə nümayəndəsliyi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş İV-ЖГ seriyalı 464695 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1996-cı ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. Bu barədə xx.xx.1996-cı ildə 11 nömrəli akt qeyd tərtib olunmuşdur. - Bakı şəhəri Lenin rayon VADQ şöbəsi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş nin İ-ИЕ seriyalı 334404 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X23 xx.xx.1961 il tarixdə nikaha daxil olmuşlar və onların nikahları 773 nömrə ilə qeyd edilmişdir. - 01 may 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş Ərizəçi notariat ofisinə ünvan 3 ünvanında yaşamış və vəfat etmiş Burhan Müseyib oğlundan qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2025-ci il tarixdə ərizəsi daxil olmuş, Ərizəçi sənədləri təqdim edərək mərhum Burhan Müseyib oğlunun onun atası olmasını bildirmiş, lakin sənədləri təqdim edərkən Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qırafasında ata adı yazılmamışdır. Buna görədə vərəsəliyi dairəsini müəyyən etmək mümkün olmadığından vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - 15222 nömrəli Pensiya vəsiqəsindən görünür ki, Burxan Müseyib oğlu 1895-ci il tarixdə doğulmuşdur. ********** nömrəli qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X15 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşıdır. O və bacısı X5 atalarının birinci arvadlarından dünyaya gəlmişdir. Ərizəçi isə atalarının ikinci arvadı olan Maytab adlı qadından doğulmuşdur. Maytab onun atasına ərə gələrkən qadının yanında birinci ərindən olan Şıxbaba adlı övladınıda gətirmişdir. Şıxbaba onun doğma qardaşı olmasada, Əlikram onun doğma qardaşıdır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçini o uşağlığdan tanıyır. Ərizəçi ilə birlikdə böyümüşdürdülər. Ərizəçinin atasının adı Burhan olmuşdur. Əlikramın iki bacısı var idi, onlardan biri rəhmətə getmişdir. Qardaşının adı Xanbaba olmuşdur. Ancaq Xanbaba ərizəçinin anasının digər kişidən doğulmuş övladıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə, şəxslərin qohumluq münasibətlərinin olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-cı bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 2.3-cü maddəsinə əsasən Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı məhkəmə iclasında dəvət edilmiş şahidlərin ifadəsindən müəyyən edilir ki, sənədlərdən görünür ki, 10 oktyabr 1970-ci ildə vəfat etmiş Bürhan Müseyib oğlu ərizəçinin atası olmuşdur. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, 1895-ci ildə doğulmuş, xx.xx.1970-ci ildə vəfat etmiş Burhan Müseyib oğlu Ərizəçi atası olması faktının müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 1895-ci ildə doğulmuş, xx.xx.1970-ci ildə vəfat etmiş Bürhan Müseyib oğlu Ərizəçi atası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar