Məhkəmə qərarları › İş №2(103)-6436/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6436/2025

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6436/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbinə dair ilkin iddia ərizəsi ilə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X3 atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı keçirilmiş ekspertizanın xərcinin əvəzi kimi 100 manatın tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilkin iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ilk İddiaçı nümayəndə-vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq mübahisə ilə bağlı tərəflər arasında barışıq əldə olunduğundan apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, ilkin İddiaçı apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və onun şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-791/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən İlk iddia üzrə iddiaçı qaşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar