Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4203/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclası katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh 0Cavabdehnə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürmyən üçüncü şəxs Başı şəhər Mədəniyyət baş İdarəsi olmaqla "işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 0Cavabdehnə qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürmyən üçüncü şəxs Başı şəhər Mədəniyyət baş İdarəsi olmaqla "işə bərpa, əmrin ləğv edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 aprel 2025- ci tarixli əmrinin ləğv olunaraq yenidən işəbərpa olunmağım və məcburi işburaxma günləri üçün ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.1998-ci il tarixdən Cavabdeh Foetepiano Şöbəsibdə müəllim kimi işləyir. İşlədiyi müddət ərzində hər zaman öz işində yüksək peşəkarlıq və bilik, ciddi nizam-intizam nümayiş etdirmiş, daxili və ümumi qanunvericiliyə uyğun xidmət göstərmiş, heç bir pozuntuya yol verməmişdir. Lakin 01 aprel 2025-ci il tarixdə Cavabdeh əmrilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əsassız yerə işdən çıxarıldığı günədək 26 il 5 ay müddətində iş stajı mövcuddur. Onun müəllim kimi fəaliyyətinin qiymətləndirilməsi üçün xx.xx.2025-ci il tarixdə o, attestasiyadan keçirilmiş və keçirilmiş attestasiyanın nəticələrinə görə iş fəaliyyətinə uyğun olmaması nəticəsinə gəlinmişdir. Lakin nəzərinizə çatdırmaq istəyir ki, keçirilmiş attestasiya qeyri-obyektiv, qərəzli və qanunvericiliyin tələblərinə əməl edilmədnə aparılmışdır. Belə ki, attestasiya zamanı doğru düzgün səkildə yoxlama aparılmamış, ixtisasından kənar suallar verilmiş, verilmiş sualları aktiv və hərtərfli şəkildə cavablandırmağına baxmayaraq, eyni zamanda sualların cavablarına ətraflı izahlar verməyimə baxmayaraq suallara doğru-düzgün cavab vermədiyim bildirilmişdir. Belə ki, ona F.Sonenin neçə konserti olduğu sualı verilmiş, o da düzgün olaraq iki konsertinin olduğunu bildirmişdir. Lakin onun bu dorğu cavabının səhv olduğunu bildirmişdilər. Qeyd etmişdir ki, keçirilmiş atestasiya video çəkiliş istifdə edilməklə həyata keçirilmişdir və zalda da bir neçə kamera var idi. Qanunvericliyin tələblərinə görə də Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1-ci bəndinə əsasən Attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. Lakin nəzərə çatdırmaq istəyirəm ki, bununla bağlı heç bir tədbir görülməmiş, sadəcə olaraq atestasiyanın keçirilməsi bildirilmişdir. Qeyd etmişdir ki, bunu etmək də əsas məqsəd işçiləri kütləvi şəkildə işdən çıxarmaqdır. O, da işdən çıxarılması nəzərdə tutulmuş işçilərdən biridi. Həmçinin attestasiyanın keçirilməsindən sonra bir neçə nəfər işçi vardır ki, işdən çıxarılmışdır. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cəsarət Heydərov öz çıxışında və müəllimlərlə görüşü zamanı keçiriləcək “Attestasiyanın sadəcə bizim bilik və bacarığımızı öyrənmək, heç kimi işdən çıxarmaq niyyətlərinin olmamasını” bildirərək onların attestasiyaya rahat qaydada hazırlaşmağımızın qarşısını almışdır. Bununla bağlı onda səs yazısı da mövcuddur. Ümumiyyətlə atestasiyaya hazırlaşmaq üçün heç bir şərait belə yaradılmamışdır. Lakin hazırda bəlli olur ki, attestasiyanın məqsədi məhz müəllimləri kütləvi şəkildə işdən çıxarmaq olmuşdur. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 3 və 4-cü bəndlərinə əsasən iş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Həmçinin onu da qeyd etmişdir ki, atesttasiya komissiyasının sədri və üzvlərinin onun ixtisasını üzrə mütəxəsiss olması, həmin şəxslərin onun ixtisasından məlumatlı olması da sual altındadır. Bundan baş bugünkü günədək Atestasiya vərəqəsi ona göndərilməmiş, onun həmin vərəqəyə baxış keçirməyinə şərait yaradılmamışdır. Keçirilmiş atestasiva nəticəsində 2 nəfər lehinə səs vermişdir. Həmçinin həmin attestasiya vərəqəsi də tərəfindən imzalanmamışdır. Bundan başqa atestasiya keçirilən zaman zalda atestasiya komisiyasınm sədri, üzvləri və katibdən başqa bir neçə nəfər digər şəxslərdə var idi ki, o, onların kim olduğunu bilmirmiş və zalda olan heç bir kəs özünü təqdim belə etməmişdir. Zalda daxil olduqdan sonra teztələsik şəkildə suallar verməyə başlamış, heç ona suallara cavab verməyə imkan belə vermədən düzgün cavab vermədiyimi söyləyərək növbəti sualı vermişdilər. Sanki bir məqsəd var idi atestasiyanı tez keçirək və əlehinə qərar verək. Atestasiya zamanı verilmiş sualların əksəriyyətinin cavabları yanlış göstərilmişdir. Maraqlısı budur ki, 26 il yarımlıq müddət ərzində 1 dəfə olsun belə attestasiya olunmamışdır. Şagirdlərim isə kifayət qədər uğurlu nəticələr əldə etmişdir. 26 il yarımlıq müddət ərzində bilik qazanmış şagirdlərimin sayı hesabı mövcud devildir. 26 il müddətdən sonra qəsdən işdən azad etmək məqsədilə attestasiya keçirilməsi, attestasiyanı qanunamüvafiq aparılmaması isə qəbul edilməzdir. O, fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiya nəticəsində qəbul edilmiş qərardan və bu qərar əsasında cavabdeh müəsissənin onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrindən qətiyyən razı deyiləm. Həmin qərar və əmr tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5 və 6-cı bəndlərinə əsasən İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Barəsində bu əsassız əmrlə işdən çıxarıldıqdan sonra onun səhhətində ciddi problemlər yaranmış, uzun müddət həkim nəzarətində qalmışdır. Həmin müddətdə ona olduqca ağır mənəvi və maddi ziyan da dəymişdir. Uzun müddət stress çəkmiş, ağır əsəb və həyəcan yaşamışdır. Eyni zamanda işsiz qaldığı üçün isə borclarının yaranmış, hüquqlarının müdafiəsi üçün tərəfindən vəkilə xidmət haqqı ödənmiş və.s maddi izyan olmuşdur. İşdən çıxarılarkən iş yeri tərəfindən onunla son haqq-hesab ediləmişdir. Cavabdehlə aralarında olan mübahisəsinin məhkəmədən kənar həllinə nail olmaq üçün qanunvericiliyin tələbinə uyğun olaraq tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, lakin aralarında olan mübahisənin həlli mediasiya vasitəsi ilə mümkün olmayıb, mediatorun bu barədə arayışını hazırki iddia ərizəsinə əlavə edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamnda attestasiya qərarının ona təqdim edlmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0Cavabdeh tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 22 nömrəli əmrin surətindən görünür ki, Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyası 12 mart 2025- ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 0Cavabdeh fortepiano müəllimi İddiaçı 05 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "c” bəndin əəsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 0Cavabdeh Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci hissəsində göstərilmiş halların mövcud olubolmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur). İş materiallarında olan İddiaçı məxsus ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 04 saylı Uşaq Musiqi məktəbinin 15 sentyabr 1998-ci il tarixli, 38 nömrəli əmrinə əsasən 04 saylı Uşaq Musiqi məktəbinə fortepiano müəllimi kimi işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli diplomdan görünür ki, Məmmədova (Paşayeva) Yeganə Bağır qızı Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının müsiqişünaslıq fakultəsini bitirmişdir. İş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatının ilkin dmediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/14/2025-00102 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki mediasiya sissiaysında İddiaçı Bağlr qızı iştirak etmiş 50 manat mediasiya xərci 10 manat poçt xidməti vermişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş diskdə olan İddiaçı atestasiya imtahanının görüntülərindən İddiaçı fortaoianada ifa etməsi və komissyanın suallarıan cavab verməsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddənin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. 35-ci maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 35-ci maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən işə götürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65.4-cü maddəsinə - əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. `Həmin Məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinəəməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Həmin Məcəllənin 65.7-ci maddəsinə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsaəsn işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Həmin Məcələnin 70 “c” maddəsinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi əsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Cavabdeh xx.xx.1998-ci il tarixli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 12 mart 2025-ci il tarixdə Cavabdehndə işçilərin attestasiyası keçirilmişdir. İddiaçı 02 aprel 2025-ci il tarixli, 22 nömrəli əmrinə əsasən İddiaçı 02 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirərək qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixdə keçirilmiş attestasiyanın nəticələrinə uyğun olaraq işdən çıxarılmış olsa da, onun işdən çıxarılması üçün əsas olan sənədlər, yəni attestasiya vərəqəsi və attestasiya komisyasının qərarı məhkəməyə nə işdən çıxarma əmrinə verən məktəb tərəfindən, nədəki məhkəmə tərəfindən sorğu göndərilən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilməmişdir. Yalnız məhkəməyə attestasiya keçirilməsinə dair vidoegörüntü təqdim edilmişdir. Lakin həmin görüntülərdən verilən suallara iddiaçı tərəfindən verilmiş cavabların doğru və ya yalnış olması müəyyən edilə bilməmiş, həmçinin komissiya tərəfindən cavabların tamlığına münasibət bildirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki iddiaçının işdən çıxarılmasına əsas olan sənəd attesstasiya vərəqəsi və attestasiya komisyasının qərarı sübut təqdim etməli olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir, sözügedən attestasiyanın qanunvericiliyin tələblərinə uyğun keçirilib keçirilməsi, iddiaçıya verilmiş sualların onun ixtisas sahəsinə aid olması və ya verilən suallara yalnış və ya doğur cavab verilməsi məhkəmə tərəfindən müəyyən edilə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 04 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 22 nömrəli əmri ləğv edilməli, İddiaçı 04 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməli, İddiaçı 04 saylı Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh 04 saylı Uşaq Musiqi Məktəbindən tutularq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i : İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 04 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 22 nömrəli əmri ləğv edilsin. İddiaşı İddiaçı 04 saylı Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh 04 saylı Uşaq Musiqi Məktəbindən tutularq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Baki Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4203/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4203/2025
18.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver