Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4207/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Tapdıq oğlunun Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tapdıq oğlunun Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBank ASC olmaqla “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evinə köçürülməyi və evdən istifadə ilə bağlı maneçilik yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 24 may 1989-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 17 sentyabr 1989-cu il təvəllüdlü X6 və 26 oktyabr 1990-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evini, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsini və həmin sahədə yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini əldə etmişlər. Sonradan İddiaçı Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində yerləşən 1134,6 kv.m qeyri-yaşayış sahəsini sökərək orada Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 25 noyabr 2011-ci il tarixli sərəncamı əsasında 6000 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi inşa etdirmişdir. Sumqayıt şəhər Məhkəməsinin 08 avqust 2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evinin, Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsinin və Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində inşa edilmiş 6000 kv.m qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş pul vəsaiti kimi 6.000.000 manat pulun və Sumqayıt şəhər Bələdiyyə Şurasının 28 yanvar 2003-cü il tarixli, 65 nömrəli protokolu ilə Sumqayıt baş dəmiryol stansiyası rayonu ərazisində ona ayrılmış 1,0 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş tikililərə sərf edilmiş 200000 manat pul vəsaitinə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə onun payı müəyyən edilmişdir. Halhazırda cavabdeh onun evdə yaşamağına maneçilik törədir və onun başqa yaşayış yeri yoxdur. Həmçinin cavabdeh evi onun icazəsi olmadan bağışlamaq istəyir. Məhkəmə iclasında iştirak edən Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F ünvanında yerləşən fərdi yaşayış evi hazırda "xxxx" ASC-nin xüsusi mülkiyyətində olmasını, hazırki iddiaçının və cavabdehin həmin daşınmaz əmlaka dair hər hansı bir hüquqlarının mövcud olmamasını qeyd edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 2(008)-4207/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən "xxxx" QSC cəlb edilməklə “mənzilə köçürmə və əmlakdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə İddiaçı məxsus (050) ***-**-** saylı telefon nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə 20 sentyabr 2021-ci il tarixə, saat 12:00-a təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmiş, eyni zamanda (050) ***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlanılmış, İddiaçı şəxsən özünə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edəcəyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6032/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə edilmiş, Sumqayıt şəhəri, 21-ci mikrorayonda 0,055 ha torpaq sahəsində yerləşən 306/1 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evinin, Sumqayıt şəhəri Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsini və Sumqayıt şəhəri, Koroğlu prospekti, 6 ünvanında 0,294735 ha torpaq sahəsində inşa edilmiş 6000 kv.m qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş pul vəsaiti kimi ******* (altı milyon) manat pulun, Sumqayıt şəhər Bələdiyyə Şurasının 28 yanvar 2003-cü il tarixli, 65 nömrəli protokolu ilə Sumqayıt baş dəmiryol stansiyası rayonu ərazisində ona ayrılmış 1,0 ha torpaq sahəsinə və həmin sahədə inşa edilmiş tikililərə sərf edilmiş pul vəsaiti kimi 200000 (iki yüz min) manatın 1/2 hissədə Cavabdeh, 1/2 hissədə onun payı müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1255/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı "xxxx" QSC ilə cavabdehlər İddiaçı Tapdıq oğlu, X7,X8 və X6 arasında bağlanmış 12 sentyabr 2018- ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir:
1. Borclular bu Saziş bağlanan tarixə Banka 7 (yeddi) ədəd kredit razılaşması (bundan sonra “Kredit Razılaşmaları”) üzrə cəmi 2 778 041.36 ABŞ Dolları əsas borc (sonradan ödənilmiş məbləğlər əsas borcdan silindikdən sonra), 815 004.87 ABŞ Dolları faiz borcu və hər bir kredit üçün 50 ABŞ Dollan cəmi 350 ABŞ Dolları cərimə borcu olmaqla Banka cəmi 3 593 396 (üç milyon beş yüz doxsan üç min üç yüz doxsan altı) ABŞ Dollan 23 (iyirmi üç) sent məbləğində borclarının olmasım etiraf edirlər: - 003R********** saylı kredit razılaşması üzrə 80 375.45 ABŞ Dollan əsas borc, 51 715.78 ABŞ Dollan faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 132 141 (yüz otuz iki min yüz qırx bir ) ABŞ dollan 23 (iyirmi üç) sent; - 03R000017320 saylı kredit razılaşması üzrə 205 734.47 ABŞ Dollan əsas borc, 55 411.30 ABŞ Dollan faiz borcu və 50 ABŞ Dollan cərimə olmaqla, cəmi 261 195 (iki yüz altmış bu- min yüz doxsan beş) ABŞ dollan 77 (yetmiş yeddi) sent; - 03R000024765 saylı kredit razılaşması üzrə 189 817.64 ABŞ Dollan əsas borc, 52 521.66 ABŞ Dollan faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 242 389 (iki yüz qırx iki min üç yüz səksən doqquz) ABŞ dollan 30 (otuz) sent; - 03R000026314 saylı kredit razılaşması üzrə 398 809.80 ABŞ Dollan əsas borc, 111 173.69 ABŞ Dollan faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 510 033 (beş yüz on min otuz üç) ABŞ dollan 49 (qırx doqquz) sent; - 03R000021150 saylı kredit razılaşması üzrə 1 398 070.41 ABŞ Dollan əsas borc, 405 961.60 ABŞ Dollan faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 1 804 082 (bir milyon səkkiz yüz dörd bir min səksən iki) ABŞ dollan 01 (bir) sent; -03R000018724 saylı kredit razılaşması üzrə 406 431.27 ABŞ Dollan əsas borc, 113 369.94 ABŞ Dollan; faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 519 851 (beş yüz or doqquz iııin səkkiz yüz əlli bir ) ABŞ dollan 21 (iyirmi bir) sent; ` -003K0Ö00Ö2113420 saylı kredit razılaşması üzrə 98 802 ABŞ Dollan əsas borc, 24 850.9C ABŞ'Dqllari, faiz borcu və 50 ABŞ Dollan cərimə borcu olmaqla, cəmi 123 703 (yüz iyirmi üç min yeddi yüz üç) ABŞ dolları 22 (iyirmi iki) sent; Tərəflərin qarşılıqlı razılığı ilə İddiaçı mülkiyyətində olan Sumqayıt' şəhəri, 21-ci mikrorayonda 0.055 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 126,83 m2 yaşayış, 131.77 m2 köməkçi sahədən ibarət 306/1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 270000 ( iki yüz yetmiş min) manat, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililər (şadlıq sarayı) ilə birlikdə bazar qiyməti 5 400 000 (beş milyon dörd yüz min) manat və Cavabdeh, X6 və X3 birgə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsi və bu torpaq sahəsində yerləşən 207.1 m2 yaşayış, 157.7 m2 yardımçı, 364.8 m2 ümumi sahədən ibarət 2 mərtəbəli 7 otaqlı 38f nömrəli fərdi yaşayış evinin bazar qiyməti 320 000 (üç yüz iyirmi min) manat müəyyən olunur.
1. Borclular Kredit Razılaşmaları üzrə Banka olan 2 778 041 (iki milyon yeddi yüz yetmiş səkkiz min qırx bir) ABŞ Dolları 36( otuz altı) sent məbləğində əsas borc və 815 004 (sekkiz yüz on beş min dörd) ABŞ Dolları 87(səksən yeddi) sent məbləğində faiz borcunun, cəmi ******* (üç milyon beş yüz doxsan üç min qırx altı) ABŞ Dollan 23 (iyirmi üç) sent məbləğində borc qarşılığında bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankın mülkiyyətinə verirlər və əmlakların toplam dəyəri ilə borc öhdəliyi arasında yaranmış 69516 (altmış doqquz min beş yüz on altı) ABŞ Dollan 82 (səksən iki) sent fərqi 2018-ci il 25 Sentyabradək Banka ödəməyi öhdəsinə götürürlər. Bank isə cəmi dəyəri ******* (beş milyon doqquz yüz doxsan) manat olan həmin əmlakları mülkiyyətinə qəbul edir və bunun müqabilində Borcluların hesablanmış cərimə borcunu tələb etməkdən imtina edir. İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 0,294735 ha torpaq sahəsinin üzərindəki tikililərə (şadlıq sarayı) hüquqlarından Bankın xeyrinə imtina edir, həmin tikililərin Bankın adına rəsmiləşdirilməsi üçün onun tərəfindən zəruri olan bütün hərəkətləri etməyi öhdəsinə götürür.
2. Bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (yəni, Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adına qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakların razılaşdırılmış bazar qiyməti müvafiq olaraq ABŞ dollan ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Borclular tərəfindən Banka ödənilməlidir.
3. Borclular bu Sazişin şərtlərinə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etdiyi halda 27 May 2019-cu il tarixinədək Bank Borclulara bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklan satm almaqda üstünlük hüququnu və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququnu, həmçinin həmin əmlaklardan istifadə hüququnu tanıyır. Borclular bu bənddə nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi təqdirdə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etmədiyi halda bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları 25 iyun 2019-cu il tarixinədək boşaltmağı və Banka təhvil verməyi öhdəsinə götürürlər.
4. Bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklar Bankın mülkiyyətinə keçdiyi tarixdə (yəni, Daşınmaz Əmlakın Dövlət Reyestrində Bankın adma qeydə alındığı tarixdə) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən ABŞ Dollarının manata qarşı mübadilə məzənnəsi 1.70 manatdan artıq olduqda həmin əmlakların razılaşdırılmış bazar qiyməti müvafiq olaraq ABŞ dollan ifadəsində azalacaq və nəticədə yaranacaq fərq Borclular tərəfindən Banka ödənilməlidir.
5. Borclular bu Sazişin şərtlərinə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etdiyi halda 27 May 2019-cu il tarixinədək Bank Borclulara bu Sazişin 2-ci bəndində qeyd edilən əmlaklan satm almaqda üstünlük hüququnu və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququnu, həmçinin həmin əmlaklardan istifadə hüququnu tanıyır. Borclular bu bənddə nəzərdə tutulmuş hüquqlarından istifadə etmədiyi təqdirdə, o cümlədən Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə əməl etmədiyi halda bu Sazişin 2-ci bəndində qeyd edilən əmlakları 25 iyun 2019-cu il tarixinədək boşaltmağı və Banka təhvil verməyi öhdəsinə götürürlər.
6. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş satın almaqda üstünlük hüququndan və ya bu hüququ üçüncü şəxsə (və ya şəxslərə) ötürmək hüququndan istifadə etmək üçün aşağıdakı plan üzrə Banka ödəniş etməlidirlər:
1. 25 oktyabr 2018-ci il - 68 000 manat
2. 25 Noyabr 2018-ci il - 68 000 manat
3. 25 Dekabr 2018-ci il - 170u000 manat
4. 25 Yanvar 2019-cu il- 170 000 manat
5. 25 Fevral 2019-cu il - 221 000 manat /6) 25 Mart 2019-cu il - 272 000 manat.
6. 25 Mart 2019-cu il - 272 000 manat
7. 25 Aprel 2019-cu il - 272 821 manat
8. 27 May 2019-cu il - 4 748 179 manat.
7. Borclular Sazişin 5-ci bənddə nəzərdə tutulmuş hüquqlarım həyata keçirə bilmədikdə, o cümlədən, Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafıkinə uyğun Banka ödənişlə: etmədikdə və Bank əmlakları satışa çıxardıqda onların satışından əldə edəcəyi 5 990 000 (be: milyon doqquz yüz doxsan min) manatdan artıq vəsaiti X5m ödəməyi öhdəsinə götürür. Bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmuş ödəniş qrafik əsasmda Borcluların banka ödəmiş olduğu məbləğ nəzərə alınaraq 5 990 000 manatdaı çıxılacaq.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakları Bankdan satm aldıqda əmlakın təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq Bankın ödəməli olduğu bütün vergilərin məbləğin Borclular Banka qaytarmalıdırlar.
9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər və bu zaman Sazişin 6-cı bəndində nəzərdə tutulmu; ödəniş qrafiki əsasmda Banka ödənilmiş vəsaiti X2 qaytarmağ öhdəsinə götürür.
10. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra DƏDRX-dən Daşınmaz Əmlak üçün Sazişdə qeyd olunan daşınmaz əmlakların dövlət reyestrindən mülkiyyət hüququna dai çıxarışın alınması üçün əsasdır.
11. Bu Sazişin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafıq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar.
12. Sazişi təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu Saziş etibarlıdı və icrası məcburidir.
13. Bu Saziş 6 (altı) əsl nüsxədə Sumqayıt şəhərində, 12 Sentyabr 2018-ci il tarixd; imzalanmışdır. İddiaçı "xxxx" QSC ilə cavabdehlər İddiaçı Tapdıq oğlu, X9,X8 və X6 arasında bağlanmış 12 sentyabr 2018-ci il tarixli barışıq sazişi edildiyindən iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(060)-646/2017 saylı qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraat xitam verilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 364.8 kv.m olan fərdi yaşayış evi "xxxx" QSC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İddiaçı cavabdeh R. Yahyayevaya qarşı “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” iddia tələbi ilə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlakdır, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6032/2019 saylı, 08 avqust 2019-cu il tarixli qətnaməsi əsasında həmin yaşayış evinə iddiaçının və cavabdehin ½ hissəsində ayrı-ayrılıqda payları tanınmışdır. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evi hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İnşaatçılar küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 38F nömrəli fərdi yaşayış evinə müanibətdə hər hansı bir hüquqları olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsaslanaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Tapdıq oğlunun Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb olmaqla “fərdi yaşayış evinə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli