Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4209/2021 01.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə icals katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zülfliqar qızının ona məxsus olan ünvan 1 ünvandakı yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 sentyabr 2013cü il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh ona xəyanət etdiyi üçün nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir və Abşeron Rayon Məhkəməsinin 18.03.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bununla əlaqədar ona 04.05.2021 -ci il tarixli boşanma haqqında şəhadətnamə verilmişdir. O, hələ cavabdehlə nikaha girməzdən əvvəl yuxarıda qeyd olunan ünvan 1 ünvanda fərdi yaşayış sahəsi tikdirmişdir, orada yaşamaqla oraya pasport qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilə pasport qeydiyyatına alınmaqla onun həmin yaşayış sahəsindən istifadə hüququm faktiki olaraq tanınmışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ yoxdur, onunla nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra onun mənzilində qalıb yaşamasına heç bir nə qanuni, nə də ki mənəvi haqqı qalmamışdır. Cavabdehdən boşandıqdan sonra mənzilini tərk edib getməsini tələb etsə də, bunu könüllü şəkildə etməkdən imtina etmişdir. Halbuki, onun bundan sonra da yüngül həyat tərzi keçirərək onun yanında qalması qətiyyən qəbuledilməzdir, cavabdehin mənzilinə pasport qeydiyyatı da yoxdur. Bu məsələ məhkəmə qaydasında həll olunmalıdır, cavabdeh onun mənzilindən məhkəmə qaydasında çıxarılmalıdır. O, mənzilə çıxarışı olmasa da , həmin mənzilin potensial mülkiyyətçisidir və yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi üçün cavabdeh onun mənzilindən məhkəmə qaydasında çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə cavabdeh 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar. ünvan 1 ünvanda fərdi yaşayış evini cavabdehlə nikaha girməmişdən əvvəl almışdır. Nikaha girdikdən sonra o cavabdehlə birlikdə digər ünvanda yerləşən evdə yaşamış ünvan 1 ünvanda fərdi yaşayış evini isə, hazırki cavabdehın anası və qardaşının başqa yaşayış yeri olmadığı üçün müvəqqəti olaraq onların istifadəsinə vermişdir. Onlar ailəli olduğu bütü müddətdə mütəmadi olarq həmin evə getmişlər, günlərinin çox bir hissəsi həmin yaşayış evində keçmişlər, ancaq gecələr yatmaqa digər evə qayıtmışlar. Hazırda cavabdeh X3 ilə aralarında nikah pozulduğundan cavabdeh və onun ailəsinin iddiaçının almış olduğu ünvan 1 ünvanda fərdi yaşayış evində yaşamaqları doğru olmadığından iddianın təmin edilməsinə daiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 iddia ərizəsini qəbul etməyərək hal-hazırda faktiki olaraq evdə cavabdehin yaşadığını, kommunal xərclərin cavadeh tərəfindən ödənildiyini, həmin ev cavabdehə və onun ailəsinə məxsus olduğunu bildirərək iddianı rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1250/2021 nömrəli, 18.03.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, 12 sentyabr 2013-cü il tarixli, 428 saylı nikah qeydi ləğv edilmişdir. -Abşeron rayonu Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 374942 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 04.05.2021-ci il tarixdə 115 nömrəli akt qeydi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Güründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilindir və həmin evi Azərbaycan Respublikası DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Hazırki mübahisə isə özbaşına tikili hesab edilən fərdi yaşayış evindən çıxarılma tələbi olsa da iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüquq olması, yəni həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərinin olması məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilmədi. Belə ki, məhkəmə iclasında iddiaçı həmin torpaq sahəsini qeyri-rəsmi şəkildə iddiaçı tərəfindən alındığını və həmin evdə tikilmiş özbaşına tikilinin həmin torpaq ərazisində olmasını, nikaha girməzdən qabaq onun tərəfindən alınmasını israr etsə də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi , İ.Turqenev küçəsi 2 Q saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının yaranmasını qeyd etsələr də, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reystrində qeydiyyatda alındıqdan sonra yaranır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4209/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4209/2021
01.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver