Məhkəmə qərarları › İş №2(008)-421/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-421/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-421/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onunla Cavabdeh arasında bərabər paylar şəklində olmaqla naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürajiət edərək məhkəmədən ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə X5 və Cavabdeh məxsus fərdi yaşayış evi bərabər paylar şəklində naturada bölünməsi, həmin ünvanda yerləşən tərəflərin istifadəsində olan torpaq sahəsindən ekspert rəyinə uyğun olaraq X5 və Cavabdeh arasında istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynləri vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onunla qardaşı oğlu X7 arasında paylı mülkiyyət şəklində 1/2 kimi bölünmüşdür. Qardaşı oğlunun ölümündən sonra onun payı vərəsəlik qaydasında atası, yəni qardaşı Kərimov X1. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət torpağı olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir və istifadə hüququ əsasında onların istıfadəsindədir. Bu hal Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn Dövlət reyestrindən Çıxarışla təsdiq edilir. Həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilib, verilmişdir. Fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin eskiz layihəsini cavabdeh razılığla gəlmədiyi üçün tək öz vəsaiti hesabına çəkdirmişdir. Hazırda Cavabdeh ailəsində poblemlər olduğundan, habelə ona məxsus sahəyə dair təkbaşına sərəncam verməyin üçün ona məxsus payın naturada ayrılması zərurəti yaranmışdır. Özünə məxsus sahəni setka çəpər ilə ayırmışdır. Lakin cavabdeh və qızı tərəfindən hasar sökülmüşdür. Cavabdeh özünə məxsus sahədə əlavə 2 ev də tikmişdir. Ona məxsus hissəni ayırmağında özü ilə dəfələrlə danişmağına baxmayaraq buna razılıq verməmiş, mübahisələri yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən ədalətli şəkildə payınını naturada bölünməsi yaranmış problemin həlli olacaqdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini isə onunla əsaslandırmışdır ki, hazır ki, mülki işlə bağlı dəqiqləşmə aparılması zərurəti yaranmışdır. Belə ki, qeyd edilən ünvanda yerləşən yaşayış evi tərəflərin xüsusui mülkiyyətindədir, torpaq sahəsi isə istifadə hüququ ilə tərəflərin istifadəsindədir. Bu fakt iş matriallarına əlavə edilmiş dövlət reystrində verilmiş çıxarış ilə də təsdiq edilir. Bundan başqa iş matriallarına əlavə edilmiş “şəxsin mülkiyyət hüququ ilə texniki inventarizasiyası və qiymətləndirməyə aid” Pasportdanda görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1938-ci ildə iddiaçının anası Rəbiyə Kərimovaya verilmişdir. Həmin sənəddə torpaq sahəsinin ölçüsü 1053.01 göstərilmişdir. Qeyd edilə posport fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədləridir. Həmçinin iş matraillarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Ryestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən veruilmiş texniki paspaortdan görünür ki, torpaq sahəsinin ölçüsü 0.105301 ha-dır. İş matraillarına əlavə edilmiş sübutlardan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin mülkiyyətində olmaqla torpaq sahəsi onların istifadəsindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, xx.xx.2022-ci il tarixdə ərizə il məhkəməyə müraciət edərək, mülki işin cavabdehin tərəfin iştirakı olmadan baxılmasınıməhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan hüquqların Azərbayjan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında daşınmaz əmlakən Dövlət reyestrindən olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kvadratmert fərdi yaşayış evi hər biri üçün ½ pay olmaqla X4 və Cavabdeh mülkiyyətindədir, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olmaqla tərəflərin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbayjan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında daşınmaz əmlakən Dövlət Reystri Xidmətinin Bakı şəhər ərazi idarəsinin xx.xx.2014-jü il tarixli texniki pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi faktiki sahəsi 0.105301 ha, tikinti altına düşən 0.01194 ha olan torpaq sahəsi X3 və başqalarının istifadəsindədir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-6507/2021 saylı xx.xx.2021-ci il tarixli eksperiza təyin edilməsina dair qərardada əsasən verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6324 nömrəli Ekspert Rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin X3 ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla, eyni zamanda istifdədə olan torpaq sahəsinin ½ hissədə natura ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə və məhkəmə tikintitexniki ekspertizasının həlli metodlarında “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkündür. Bölgü sxemi 1 vərəqdə rəyə əlavə edilmişdir. İş materiallarında olan Azərbayjan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********26 saylı xx.xx.2022-ji il tarixli sorğuya javabdan görünür ki, ünvan 4 saylı fərdi yaşayış evinin 1/2 hssəsi 4 saylı «Asan xidmət» mərkəziində notariat ofisinin notariusu tərəfindən təsdiqlnmiş 2v-94 reyestri nömrəli xx.xx.2020-ji il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh və 1/2 hissəsi 17 saylı DNK-nin 2V-11 reyestri nömrəli xx.xx.1996-jı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X3 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-421/2022 saylı xx.xx.2022-ci il tarixli əlavə eksperiza təyin edilməsina dair qərardadına əsasən Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ji il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evinin iddiaçı və javabdehin faktiki istifadə etdikləri hissələrə giriş çıxışları ayrı-ayrı olduğundan, İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla naturada ayrılması qaydası xx.xx.2014-jü il tarixli Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəxt tikilisi javabdehin istifadəsində faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə X3 istifadəsində qalmaqla mümkündür. Bölgü zamanı tərəflərin istifadəsinə verilmiş torpaq sahəsinin 0,01059 hektar torpaq sahəsinin 529.5 kv.m hissəsi iddiaçının, 529.5 kv.m hissəsi javabdehin istifadəsində qalajaqdır. Belə ki, xx.xx.2014-jü il tarixli Texniki Pasportda qeyd olunan 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə, həmin sahənin önündə olan tikilinin yerləşdiyi sahə və rəyin tədqiqat hissəsində olan sxemdə ştirxlənmiş sahə kimi göstərilən sahə iddiaçının istifadəsində, Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəx tikilisinin yerləşdiyi sahə, rəyin tədqiqat hissəsində olan sxemdə qeyd olunan fərdi yaşayış evlərinin yerləşdiyi sahə və digər boş sahə javabdehin istifadəsində qalajaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərərvurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ji il tarixli Ekspert Rəylərini əsas götürərək məhkəmə hesab edir ki, hazırki iş üzrə ünvan 1 saylı fərdi yaşayış evi tərəflərin paylarına uyğun naturada bölünməlidir. Bölgü sxemi Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ji il tarixli ekspert rəyinə uyğun olaraq, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evi X3 ½ hissədə, Cavabdeh ½ hissədə olmaqla naturada ayrılması qaydası xx.xx.2014-jü il tarixli Texniki Pasportda qeyd olunan 1 saylı yaşayış otağı və 3 saylı mətbəxt tikilisi javabdeh Cavabdeh istifadəsində faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahə isə iddiaçı X3 istifadəsində qalmaqla aparılmalıdır. Məhkəmə onuda tərəflərin diqqətinə çatdırarq qeyd edir ki, Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4358 saylı xx.xx.2022-ji il tarixli ekspert rəyində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin ümumi sahəsi texniki səhv olaraq 46.43 kv.m kimi göstərilmişdir, beləki qeyd edilən rəydə məhkəmənin ekspert qarşısına qoyulmuş sualda da ümumi sahəsi 46.43 kv.m olan evin naturada bölgüsünün hansı qaydada aparılamlı olduğu soruşulmuş olduğunu qeyd edilsədə də, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-421/2022 saylı xx.xx.2022ci il tarixli əlavə eksperiza təyin edilməsina dair qərardadında qoyulmuş sualın məzmunu ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evin İddiaçı ½ (ikidə bir) hissədə, Cavabdeh ½ (ikidə bir) hissədə olmaqla, naturada ayrılması hansı qaydada həyata keçirilməli olması qeyd edilmişdir. Məhkəmə iddia tələbinin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin yerləşdiyi torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən də görünür ki, qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayş evinin yerləşdiyi torpaq sahəsi yalnız tərəflərin istifadəsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət mülkiyyətində olan torpaq sahəsinə tərəlfərin istifadə qaydasının müəyyən edilməsi qanunvericliyinin tələblərinə uyğun olmadığından, yəni iddia tələbinin qeyd edilən hissədə hüquqi əsası mövcud olmadığından, iddia tələbi qeyd edilən hissədə təmin edilə bilməz. Bundan əlavə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat tərəflər arasında bərabər paylara bölünərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (DövlətxəzinədarlığıAgentliyi, kod: 210005, VÖEN **********, Muxbirhesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı X3 və Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin paylarına uyğun olaraq naturada bölünüsün. Bölgü sxemi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4358 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə uyğun olaraq, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.43 kv.m olan fərdi yaşayış evi İddiaçıın ½ hissədə, X2 ½ (ikidə bir) hissədə olmaqla naturada ayrılması qaydası 08/.10.2014-cü il tarixli Texniki Pasportda qeyd edilən 1 saylı yaşayış otağı və 3 saylı mətbəx tikilisi Cavabdeh, faktiki vəziyyətdə sökülmüş 2 saylı yaşayış otağı və 4 saylı mətbəxin yerləşdiyi sahəs isə iddiaçı X3 istifadəsində qalmaqla aparılsın. Aparılmış tədqiqatın dəyəri olaraq 100 (bir yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat hissəsi iddiaçıya, 50 manat hissəsi isə Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar