Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4224/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən əmlakın Ərizəçi istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X1 Bakı şəhəri, ünvan 2 ünvanında 50KV.M qeyri-yaşayış sahəsi olmuşdur. Ona qeyd olunan sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xx.xx.1993-cü il tarixdə Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinə müraciət etmiş və Sabunçu RİHB-nın Maqştağa qəsəbə Nümayəndəliyinin xx.xx.1993-cü il tarixli 8 nömrəli Sərəncamına əsasən X2 həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilmişdir. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək həmin sahəinin onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 26 fevral 1993-cü il tarixli 8 nömrəli sərəncamına əsasən, X2 Maştağa qəsəbəsi Məktəb küçəsi, döngə 1 ev 17 “A” ünvanında yerləşən 50 kv.m-lik hazır tikilidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verilmişdir. İş materiallarında olan AZ-İİ 206250 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********25 nömrəli imtina məktubuna əsasən, idarənin arxiv məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən 17 “A” nömrəli fərdi yaşayış evinin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçilər həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi məhkəmə o faktı təstiq edir ki, həmin sənədləri ərizəçi başqa qaydada ala bilməsin və ya bu mümkünsüz olsun. Belə ki, ünvan 4 ünvanı hal hazırda ərizəçinin istifadəsindədir. Bu barədə məhkəmə iclasında məhkəmənin vermiş olduğu suallara cavab zamanı bir daha təstiq etmişdir ki, qeyd olunan sahə hazırda onun istifadəsindədir. Məhkəmə ərizəni təmin etməyərək, qeyd etməyi zəruri hesab edir ki, faktın hansı hallarda təstiq edilməsi ilə bağlı MPM-nin 308-ci maddəsində konkret hallar göstərilmişdir. Həmçinin hazırda sözügedən sahə ərizəçinin istifadəsində olduğu halda məhkəmə hansı istifadədə olma faktını təstiq etməlidir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.1. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********25 nömrəli imtina məktubuna əsasən, idarənin arxiv məlumatlarına əsasən ünvan 3 ünvanında yerləşən 17 “A” nömrəli fərdi yaşayış evinin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin ərizəçi Azərbaycan Respublikası MPM-nin 307.2.6-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməkdə haqlı deyildir. Odur ki, ərizə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: ünvan 4 ünvanında yerləşən əmlakın Ərizəçi istifadəsində olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4224/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4224/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver