Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4241/2020 20.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktorunun 2300/164ş nömrəli xx xxxx 2020-ci il tarixli əmrinin ləğv olunması, onun əvvəlki iş yerində bərpa olunmağı və ona xx xxxx 2020-ci il tarixdən başlayaraq məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə işə qəbul olunmuşdur. Son vəzifəsi həmin Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru idi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh direktoru Ehtiram Xəlilovun 2300\ 164ş nömrəli xx xxxx 2020-ci il tarixli əmri ilə «xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Cavabdeh Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilsin» əsaslanması ilə işdən xaric edilmişdir. Mübahisəli əmrdə eyni zamanda qeyd olunur ki, guya «... İddiaçı həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi, o cümlədən ona pul mükafatının verilməsinin müəyyən edilmiş qaydalarına zidd yollara əl atmış, bununla da «Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X8»nin 3.10-cu yarımbəndinin tələblərini pozmuşdur.». Halbuki o, hər hansı qanunsuzluğa yol verməmişdir. Ümumiyyətlə o, cavabdeh Birliyində işlədiyi müddət ərzində üzərinə düşən bütün əmək öhdəliklərini lazımınca yerinə yetirmiş, hər hansı nöqsanlara və pozuntulara yol verməmiş və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı hər hansı intizam tənbehlərinə məruz qalmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçı kobud şəkildə vəzifə səlahiyyətlərini pozmuşdur. İddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddiaçının hazırki iddia tələbi ilə bağlı nəzərədə tutulmuş müddəti buraxdığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi məhkəməyə etiraz ünvanlayaraq İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Hazırki iddia tələbindən də müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. Göründüyü kimi İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, iddaçı İddiaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 26/E1/021701 daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş məktubunda da göründüyü kimi iddiaçı işə bərpa olunmasını xahiş etmişdir. Bununla da İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən İddiaçı iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. İş materiallarında olan Gömrük Komitəsinin Cavabdeh 2300/164Ş saylı, xx xxxx 2020-ci il tarixli əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərin X8”nin prinsip və normalarına əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini pozduğuna görə vəzifəsindən azad olunmuşdur; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh direktoru, gömrük xidməti general-mayoru X3 həmin Birliyin Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə yalama şöbəsinin inspektoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsinin təmin edilməsi və arayışın surəti müvafiq tədbir görülməsi üçün Cavabdehnə göndərilməsinə göstəriş vermişdir; - xx xxxx 2020-ci il tarixli, 2300-015/xx-xx/000356 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi Cavabdeh İddiaçı məxsus əmək kitabçasını birliyin kadrlar şöbəsindən götürülməsini və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verilməsini ona bildirmişdir. - Cavabdeh tərəfindən İddiaçı göndərilmiş poçt zərfindən görünür ki, əmr İddiaçı xx.xx.2020-ci il tarixdə göndərilmiş və zərf iddiaçıya xx.xx.2020-ci il tarixdə çatmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndə əmək müqaviləsinə əsasən işləmiş və xx xxxx 2020-ci il tarixli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə onun işdən azad edilməsinə əsas kimi Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6 3.10-cu yarımbandinin tələbini pozması göstərilmişdir. İddiaçı hesab edir ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Cavabdeh iddiaçı tərəfindən X6 3.10-cu yarımbandinin pozulmasını kobud pozuntu hesab edərək Gömrük Komitəsinin Cavabdeh 2300/164Ş saylı, xx xxxx 2020-ci il tarixli əmrinin qanuni olduğunu bildirir. Həmçinin cavabdehin nümayəndəsi iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü əsas gətirərək iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Əmək Məcəlləsinin 74.2-ci madəsi təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.2-ci madəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X6 3.10-cu maddəsinə əsasən gömrük orqanı əmakdaşı təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi, mükafatlandırılması və ya hər hansı bir imtiyazın əldə edilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir. Göründüyü kimi, “Azərterminalkompleks" Birliyinin xx xxxx 2020-ci il tarixli, 2300/164ş saylı əmrində İddiaçı işdən azad edilməsinin əsas səbəbi kimi “işçinin X6 prinsip və normalarına əməl etməyərək xidməti intizam qaydalarının pozulması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin, məhkəmə hesab edir ki, əmək qanunericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, əlaxsus daişçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və “işçinin X6 prinsip və normalarına əməl etməyərək xidməti intizam qaydalarının pozulması” Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozularaq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdir ki, buna görə də “Azərterminalkompleks" Birliyinin qeyd olunan xx xxxx 2020-ci il tarixli, 2300/164ş saylı əmri ləğv edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı göndərilmiş poçt zərfindən görünür ki, əmr İddiaçı xx.xx.2020-ci il tarixdə göndərilmiş və zərf iddiaçıya xx.xx.2020-ci il tarixdə çatmış, yəni o, iddia müddətini ötürməmişdir. Cavabdeh isə əmrin İddiaçı daha tez çatmasını təsdiqləyən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində də hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli 2300/164Ş saylı əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh xx xxxx 2020-ci il tarixli, 2300/164ş nömrəli əmri ləğv edilərək İddiaçı Cavabdeh Gömrük nəzarəti zonalarında dayanacaq və tərəzi xidməti işinin təşkili üzrə Yalama şöbəsinin inspektoru vəzifəsinə işə bərpa olunsun. Məcburi iş buraxma müddəti üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən işə bərpa olunan günə qədər əmək haqqı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4241/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4241/2020
20.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver