Məhkəmə qərarları › İş №2(008)-4242/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4242/2021

17.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4242/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh X3 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində qeyd olunmaqla zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində qeyd olunmaqla onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 496a saylı bağ evinin 0,02 ha torpaq sahəsinin cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 497 saylı bağ sahəsinin mülkiyyətçisi X1 alınaraq iddiaçının mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia icraatında tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. AR MPM-ə əsasən maraqlı şəxs xüsusi icraatda baxılan işlər üzrə proses iştirakçısıdır. Lakin hazırki iddai ərizəsində iddiaçı, cavabdehlə yanaşı maraqlı şəxs qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi AR MPM-in tələblərinə uyğun olaraq tərtib edilməli, üçüncü şəxsin statusu (iddiaçı yoxsa cavabdeh tərəfindən müstəqil təlb irəli sürməyən) müəyyən edilməklə yenidən verilməlidir. Bundan başqa, adıçəkilən dövlət orqanının adı da düzgün qeyd edilməlidir. Odur ki, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 152.1, 152.1.1-cı maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi MPM-in 352 və149-cu maddələrinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh X3 qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nın 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində qeyd olunmaqla onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 496a saylı bağ evinin 0,02 ha torpaq sahəsinin cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 497 saylı bağ sahəsinin mülkiyyətçisi X1 alınaraq iddiaçının mülkiyyətinə verilməsi barədə iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar