Məhkəmə qərarları › İş №2(008)-4247/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4247/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4247/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Əhmədov Vüqar Nəcəf oğlunun, Cavabdeh və nümayəndəsi vəkil Quliyev Pərviz Fazil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı “mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında mülkiyyətçi X1 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı Bakı şəhəri, Sabunçu (əvvəlki Abşeron) rayonu, X11 ərazisindəki toraqda yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X11 ünvanındakı fərdi yaşayış evindən Cavabdeh və ailəsinin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Raman qəsəbəsi, X11 üvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsi, yəni Bakı şəhəri, Sabunçu rayonu (Keçmiş Abşeron), X11 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X1 AR-İ 533231 nömrəli etibarnamə əsasında almışdır. xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarış əsasında aldığı zaman içərisində fərdi yaşayış evi var idi. Həmin evi satmaq qərarına gəlmiş, bu zaman alıcı kimi gələn Cavabdeh evi almaq istədiyini lakin pulu olmadığını demiş və bu səbəbdən onunla razılaşmamışdır. Cavabdeh sonradan təkrar ona müraciət edərək evi ona kirayə verməyini xahiş etmiş, O, isə satmaq niyyətinin olduğunu dedikdə Cavabdeh bir müddət kirayəçi kimi qalıb, daha sonra pul düzəldib həmin evi alacağını demiş, hətta güzəşt kimi qaldığı bir neçə ayın pulunu evin satış pulundan çıxacağını, aralarındakı razılaşmaya əsasən əgər evin pulunu 1 ildən sonra ödəməsə, ödənilən pullar kirayə pulu kimi hesablanaraq evdən çıxacağını demişdir. 2018ci ilin mart ayında öz aralarında akt tərtib edərək müqavilə bağlamışlar və həmin müqavilənin şərtlərində cavabdehin onun evini alacağını, müvəqqəti olaraq aylıq kirayə ödənişləri edəcəyini, həmin ödənişlərin evin pulundan çıxılacağını, əgər evin qalan pulunu tam ödəmədiyi təqdirdə, ödənilən pulların kirayə pulu kimi hesablanacağını və cavabdehin evdən çıxacağı razılığa gəlinmişdir. Cavabdeh bir müddət ödənişlər etdikdən sonra, ondan razılaşmalarına əsasən evin qalan pulunu tam istəmiş, cavabdehə bir müddət vaxt vermiş, lakin o bir müddət də kirayə ödənişi etməklə onun evində qalmış, daha sonra isə ümumiyyətlə ödəniş etmədi. Pulu ödəməyi tələb edən zaman isə pul olmadığını bildirmişdir. Hazırda cavabeh evindən çıxmadığı üçün iddiaçı özü evsiz qalmış, bütün bunlara baxmayaraq cavabdeh evindən çıxmır və evini yanğın və partlayış təhlükəsi altında qoyaraq qanunsuz qaz və işıq çəkir. Belə ki, Cavabdeh və ailəsi onun Bakı şəhəri, Sabunçu rayonu, X11 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X1 xx.xx.2017-ci il tarixli AR-İ 533231 nömrəli etibarnamə əsasında aldığı torpaqda yerləşən Bakı şəhəri, Xəzər rayonu, Ramana qəsəbəsi, 2-ci sahə üvanındakı fərdi yaşayış evindən çıxarılmalıdır. Cavabdeh və ailəsi onun mülkiyyət hüququnu məhdudlaşdırır, bu səbəbdən də onun evində yaşamağa hüququ yoxdur. Ona görə də cavabdeh və ailəsi ona məxsus evdən çıxarılmalıdır. Hazırda özü evsiz qalmış, evi mebellərlə birlikdə Cavabdeh təhvil vermiş, lakin sonradan cavabdeh bəzi mebelləri yararsız vəziyyətə gətirmiş, bəzilərini isə evdə çıxararaq harasa aparmışdır. Hazırda evdə təhvil verdiyi mebellərin əksəriyyəti yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəni müdafiə edərək cavabdeh tərəfindən onun evinə ziyan vurulduğunu, sayğaca müdaxilə edildiyini, buna görə də Azəriqazın əməkdaşları sayğacı söküb, yenisini gətiriblər. 2018-ci ilin mart ayında cavabdehlə evin satılması barədə aralarında danışıq olub ki, əvvəlcə pulu olmadığından kirayə qalsın, daha sonra pul tapib evi alacaq deyə aralarında razılıq olmuşdur. Həmçinin cavabdeh əgər pulu vaxtında ödəyə bilməsə o zaman ödədiyi pullar kirayə haqqı olaraq hesablanacaqdır. Aylıq olaraq 250 dollara razılaşmışlar evi təhvil verərkən ev əşyalı idi. Evi 50.000 ABŞ dollara satılması ilə bağlı razılaşdığını, Cavabdeh tərəfindən 5 il 4 ay ərzində ona 15.700 ABŞ dolları pul verildiyini dedi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək fərdi yaşayış sahəsi iddiaçıya məxsusdur. Həmin evin yerləşdiyi torpaq sahəsini, yəni Bakı şəhəri, Sabunçu rayonu, X11 ərazisində yerləşən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixli ********** Qeydiyyat nömrəli Çıxarışa əsasən X1 AR-İ 533231 nömrəli etibarnamə əsasında alındığını dedi. İlkin iddia üzrə Cavabdeh iddia ərizəsini qəbul etməyərək, xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı 32000 ABŞ dolları pulun (ödəniş gününə manatın məzənnəsi ilə), 16716 manat 10 qəpik məbləğində evin təmirinə xərclədiyi pulun və 304 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək məhkəməyə bildirdi ki, Cavadeh Sabunçu rayonu, X11, yeini yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərini hissə-hissə ödəmək şərtilə iddiaçıdan 50.000 ABŞ dolları ödənilməsi şərtilə alıb. Həmin puldan artıq bugünki günə 32.000 ABŞ dollar ödəniş etmişdir ki, iddiaçı bunu öz imzası ilə təsdiq edib. Aralarında olan razılaşmaya əsasən ilkin ödəniş olmayıb İddiaçı 2 il idi ki, evi sata bilmədiyindən Cavabdeh aylıq 700 ABŞ dollar ödəmək şərtilə kreditə vermiş və hər ilin yanvar ayında 10.000 ABŞ dollar, ayda isə 700 ABŞ dollar ödəmə şərti ilə tərəflər razılaşmışlar. Daha sonra cavabdeh kommunal xidmət haqlarını onun adına olmadığını öyrənəndə ödənişləri dayandırmış və kommunal müqavilələri, evin sənədlərini onun adına keçirməsini tələb etdi. Lakin iddiaçı hər dəfə onu yola verməyə başladı və evi sənədləşdirməmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 onun 3 hektar torpaq sahəsi olduğunu dedi. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirdir ki, O, evi yarıtikili almışdır. Evin təmirinə 35.000 manat pul xərcləmişdir. Daha sonra çox xərcləri olduğundan evi İddiaçı satmış və kommunalları İddiaçı adına keçirtmişdir. O, evi qonşuluqda qalan bir şəxsdən etibarnamə əsasında almışdır. etibarnaməni ona kimin verməsi yadında deyil. Evin alınması ilə bağlı rəsmi alqı-satqı müqaviləsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirdir ki, Cavabdeh ilə bir yerdə maqazində işləmişlər. O, İddiaçı Aytəkin ondan ev alan vaxt görmüşdür. Aytəkin Kənana 1500-1700 manat məbləğində pul ödəyirdi, hətta evin pulunu kart vasitəsilə ödəyirdi. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirdir ki, Aytəkinlə 6 ildir ki, qonşudur, onu çoxdan tanıyır. Kənanı görməmişəm, amma ev sahibi kimi tanıyırdım. Aytəkin hər ay Kənanın tanışı Vəliş adlı şəxsə 1500-1700 manat məbləği arasında pul ödəyirdi. xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin və ödənilmiş dövlət rüsumunun qaytarılması barədə ərizə daxil olmuş və Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə mülki iş baxılmamış saxlanılaraq, geri qaytarılmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya MH ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, X11 ərazisində 3.0 ha torpaq sahəsi xx.xx.2008-ci ildən başlayaraq X3 99 (doxsan doqquz) il müddətinə 1260 nömrəli müqavilə əsasında icarəyə verilmişdir. İş materiallarında olan 26 may 2017-ci il tarixli etibarnamədən görünür ki, X2 icarəsində olan Abşeron rayonu, X11 ərazisində yerləşən 3.0 ha torpaq sahəsindən 200 kv.m torpaq sahəsini X7 və İddiaçı etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə araşırılması zamanı işin mübahisəsiz halı ondan ibarət olduğu müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, X11 ünvanındakı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsin mülkiyyət hüququnu təsdiq edəcək sənədi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından da göründüyü kimi, iddiaçının mübahisəli evə dair hüquqmüəyyənedici sənədi olmadığından onun həmin ev ilə bağlı yəni belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddia bu əsasla rədd edilməlidir. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsi hal-hazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Namiq Məmmədov tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə X5 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, X11 ünvanında yerləşən ümumi sahəsi 3.0 ha torpaq sahəsinin 200 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Etibarnamə ilə İddiaçı istifadəsinə verilmiş 200 kv torpaq sahəsinin 3.0 ha torpaq sahəsinin hansı hissəsindən ayrıldığı, və ya İddiaçı istifadəyə verilmiş 200 kv torpaq sahəsinin doğurdanda hazırda mübahisə olunan tikilinin yerləşdiyi torpaq sahəsi olması heç bir sənədlə təstiq edilmir. 200 kv torpaq sahəsinin İddiaçı təhkim edilməsini təsdiq edən heç bir hüquqmüəyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün onun ilk öncə mülkiyyətçisi olmalıdır. Lakin, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçı etibarnamə əsasında evi aldığına istinad edir, lakin hər kəsə məlum olan haldır ki, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınması nəzərdə tutulmamışdır. Torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamə yalnız təmsilçilik xarakteri daşıyır və mülkiyyət hüququ vermir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddia predmeti olan daşınmaz əmlak özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Nəticə olaraq İddiaçı sözügedən mübahisəli evlə bağlı satmaq, icarəyə vermək və ya onunla bağlı hər hansı iddia irəli sürmək hüququna malik deyil. Bu səbəbdən də, Cavabdeh qarşı “evdən çıxarılma” tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar