Məhkəmə qərarları › İş №2(008)-4249/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4249/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4249/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8 qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mabud oğlu, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mabud oğlu, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 Mabud oğlundan müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 689.87 ABŞ dolları məbləğində kredit borcu, 9 758,95 ABŞ Dolları məbləğində faiz borcu və 3 797,03 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24 245,85 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması və ümumilikdə 24 245,85 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 Mabud oğlundan ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 033A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333 % olmaqla 36 ay müddətinə , kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 033A********** saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir.O, kredit müqaviləsinin 1.2-ci-ci bəndinin tələblərini pozaraq dəfələrlə ödənişləri yubatmış, xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaitləri banka qaytarmamışdır. O, götürdüyü kredit borcundan 19 310,13 ABŞ Dolları ödəniş etmiş, onun iddiaçıya 10 689,87 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 252 gün üçün hesablanmış faiz borcu 9 758,95 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 252 gün üçün hesablanmış cərimə 3 797,03 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Mabud oğlu zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür.xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinə edilmiş dəyişiklik Cavabdeh2la razılaşdırılmış və tərəflər arasında həmin tarixli 033G**********02 SE saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmışdır. Adil Hhəsənov həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxaırda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. xx.xx.2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 və satıcı X4 arasında 033F**********01 saylı "Alqı-satqı və ipoteka" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X4 ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzili cavabdehipoteka qoyan Cavabdeh1 satmış, sonuncu isə həmin mənzilin ödənişin bir hissəsini xx.xx.2014-cü il tarixdə bağladığı 033A********** saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyət hüququ ilə əldə etdiyi sözügedən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 424 №-li reyestr kitabının 39365 №-li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №-li Çıxarışla Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzil Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün Bankün xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə edilmiş dəyişikliklər əsasında "Alqı-satqı və ipoteka" müqaviləsinə notarial qaydada rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli sazişlə dəyişiklik edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 424 №-li reyestr kitabının 39365 №-li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №-li Çıxarışla dövlət reyestrində təsdiqlənmişdir."Alqı-satqı və ipoteka" müqaviləsi bağlanan zaman həmin mənzildə heç kim qeydiyyatda olmamış və əvvəlki mülkiyyətçinin əri Məmmədov Rəəfail Əlimövsüm oğlu mənzilin satılmasına etiraz edilməməsinə dair Bakı şəhəri 24 saylı dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizə vermişdir. Cavabdeh1 arvadı X1 mənzilin ipoteka ilə yüklü edilməsinə razılığını bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyri-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. İpoteka ilə yüklü edilmiş mənzilə sonradan qeydiyyata düşmüş X1 və X5 mənzillə bağlıipoteka müqaviləsinə edilmiş əlavə saziş əsasında aparılan əlavə qeydiyyat zamanı müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin əlavə qeydiyyatına razı olduqlarını bildirmişlər. İddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron xidmətlər portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı ipoteka bildirişinin həmin idarədə qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı məhkəməyə teleqramma göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh1 məhkəmə iclasına gəlmiş, lakin digər cavabdehlər məhkəməyə gəlməmiş, gəlməməslərnin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının teleqrammasından görünür ki, iddiaçı işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddələrnin tələblərini rəhbər tutaraq işə iddiaçının və məhkəməyə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 əsas borcu etiraf edərək ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 033A********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1.8333 olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30 000 ABŞ Dolları məbləğində kredit verilmiş və ödəniş planı tərtib edilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 Mabud oğlu arasında xx.xx.2014-cü il tarixli 033G**********02 SE saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı barədə razılığa gəlmişlər. Borcalanın xx.xx.2014-cü il tarixli 033A********** saylı kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2014-cü il tarixdə iddiaçı ilə Cavabdeh1 və satıcı X4 arasında 033F**********01 saylı "Alqı-satqı və ipoteka" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X4 ona məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzili cavabdeh-ipoteka qoyan Cavabdeh1 satmış, sonuncu isə həmin mənzilin ödənişin bir hissəsini xx.xx.2014-cü il tarixdə bağladığı 033A********** saylı kredit müqaviləsi əsasında əldə etdiyi vəsait hesabına icra etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyət hüququ ilə əldə etdiyi sözügedən mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilin mülkiyyətçisi Cavabdeh1dur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Həmin mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 424 nömrəli reyestr kitabının 39365 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Kredit müqaviləsinə edilmiş dəyişikliklər əsasında "Alqı-satqı və ipoteka" müqaviləsinə notarial qaydada rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli sazişlə dəyişiklik edilmiş və həmin dəyişikliklər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 424 №-li reyestr kitabının 39365 №-li vərəqində qeydiyyata alınmış RX seriyalı ******* №-li Çıxarışla dövlət reyestrində təsdiqlənmişdir. İpoteka müqaviləsindən həmin əmlakın 75 000 manata qiymətləndirilməsi görünür. Cavabdeh1 xx.xx.2014-cü il tarixli 033A********** tarixli kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə banka əsas borc üzrə 10 689,87 ABŞ dolları, faiz borcu üzrə 9 758,95 ABŞ dolları, cərimə borcu üzrə 3 797,03 ABŞ dolları, cəmi 24 245,85 ABŞ dolları məbləğində borcu vardır (İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışı). Cavabdeh1 yaranmış borcun ödənilməsi tələb edilmiş, borc qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə , eləcə də tutmanın ipoteka predmetinə yönəldilməsi barədə xəbərdarlıq edilmişdir (İddiaçı QSC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu və xx.xx.2020-ci il tarixli bildiriş). Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən görünür ki, iddiaçı müqavilədən yaranmış borcu həm Cavabdeh1, həm də zamin Cavabdeh2 Mabud oğlundan birgə tələb edir. Yuxarda qeyd olunan zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Mabud oğlu bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəlik üçün kredit verən qarşısında kredit alanla birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş müddət qurtardıqda zaminliyə xitam verilir. Hazırki kredit müqaviləsinin müddəti 2017-ci ildə bitdiyindən məhkəmə hesab edir ki, zaminə qarşı iddia rədd edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia zaminə qarşı rədd olunmalıdır. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişlər. Bu əsasdan məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, iddiaçı müqavilə üzrə cərimə pulunu 3 797,03 ABŞ dolları məbləğində olmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 3 797,03 ABŞ dolları məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcminə qədər, yəni 300 ABŞ dolları məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə ipoteka müqaviləsində göstərilən 75 000 manatı likvid qiymət kimi qəbul edir. Belə ki, iddiaçı həmin qiyməti mübahisələndirməmiş və yüksək qiymət hesab etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 75 000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 85 % hissəsində təmin edildiyindən (24 245,85 ABŞ dollarından 20 748,20 ABŞ dollarının faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 25,50 manatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının 25,50 cavabdehə, rüsumun 4,50 manatı, digər xərclərin 4,50 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 689.87 ABŞ dolları məbləğində kredit borcu, 9 758,95 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20 748,20 ABŞ dolları məbləğində borc tutulmalı, iddia zaminə qarşı və qalan hissəldə rədd edilməli, 25,50 manat məbləğində dövlət rüsumu, digər xərclər üzrə 25,50 manat cavabdehdən tutulmalı, tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilə yönəldilməli, həmin mənzil hərracdan satılmalı,, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulmalı, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılmalı və alıcıya təhvil verilməli, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilin ilkin satış qiyməti 75 000 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 689.87 ABŞ dolları məbləğində kredit borcu, 9 758,95 ABŞ Dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20 748,20 ABŞ dolları məbləğində borc, 25,50 manat məbləğində dövlət rüsumu, 25,50 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu və xidmət haqqı tutulsun. İddia Cavabdeh2 Mabud oğluna qarşı və qalan hissədə rədd edilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilə yönəldilsin, həmin mənzil hərracdan satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh1 tutulsun, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarına xitam verilməklə onlar həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılsın və alıcıya təhvil verilsin. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində, 6 №-li evin 5-ci mərtəbəsində yerləşən 57.8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilin ilkin satış qiyməti 75 000 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar