Məhkəmə qərarları › İş №2(008)-4265/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4265/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4265/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X15 qızının katibliyi, Ərizəçi nümayəndəsi X14 oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs2ndə Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon 21 saylı Şəhər Poliklinikasına qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 31 iyul 2010-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ölümün qeyd edilmə faktının tanınması və həmin faktla bağlı “ölüm haqqında şəhadətnamə”nin verilməsinin Bakı şəhəri Sabunçu rayon 21 saylı Şəhər Poliklinikasına tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ölümün qeyd edilməsi faktı ilə bağlı Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət edən zaman maraqlı şəxs qismində Bakı şəhəri Sabunçu rayon 21 saylı Şəhər Poliklinikasını göstərdiyini, hazırda bununla bağlı dəqiqləşmə verərək, maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” X9 cəlb olunmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşı X1 onkoloji xəstəliyi ilə əlaqədar 2008-ci ildən yataq xəstəsi olmuş, dəfələrlə müaliçə almış və 31 iyul 2010-cü il tarixdə hal-hazırda yaşadıqları ünvan 1 ünvanda 48 yaşında vəfat etmişdir. Həmin vaxt onlar Bakı Şəhər Təcili və X12 Stansiyasına zəng vuraraq, həkim çağırmışlar. Həkim gəldikdən sonra ərizəçinin mərhum həyat yoldaşına baxmış, həyat yoldaşının vəfat etməsini bildirmiş və ölüm faktının təsdiqi barədə müvaviq arayış tərtib edərək, sahə həkiminə müraciət edilməsini tövsiyə etmişdir. Həyat yoldaşının vəfatından sonra onlar ailəlikcə onun dəfn mərasiminin keçirilməsi üçün tədbirlər görərək onu Sabunçu 2-ci Zabrat qəbristanlığında qohulmarın, qonşuların və tanışların iştirakı ilə 31 iyul 2010-cü il tarixdə dəfn etmişlər. Bundan sonra onlar adət-ənənəyə uyğun olaraq hüzn mərasiminin keçrilməsi ilə əlaqədar onlara başsağlığına gəlib-gedən qohulmarın, qonşuların və tanışların iştirakı ilə mərhum həyat yoldaşı üçün 3, 7, 40 və cümə axşamları mərasimlərini təşkil etmişlər. Həmin vaxtlar hüzünlü olduqları üçün, hüzn mərasiminin keçrilməsi ilə əlaqədar mərhum həyat yoldaşının vəfat etməsinin rəsmiləşdirilməsi, yəni ona “ölüm haqqında şəhadətnamə”nin alınmasını unutmuşlar. Sonradan o, “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün Bakı şəhəri Sabunçu rayon 21 saylı Şəhər Poliklinikasının sahə həkiminə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon 21 saylı Şəhər Poliklinikasından ona bildirilmişdir ki, “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün müəyyən olunmuş müddət keçmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi yalnız ölüm faktının məhkəmə qaydasında təsdiq olunmasından sonra mümkündür. Daha sonra o, nümayəndəsi vasitəsi ilə məhrhum həyat yoldaşı X2 ölümünün qeydə alınması ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” X10 müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” X8 xx.xx.2024-cü il tarixli məktubla ona cavab olaraq bildirilmişdir ki, ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aydiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4 saylı Bakı Maraqlı şəxs2ndə Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPMnin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - Bakı şəhəri 4 saylı Bakı “Asan Xidmət” X9 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-2/6- 2024 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X7 X13”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Zabrat Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 18 nömrəli arayışından görünür ki, X4 xx.xx.2010-cu ildə vəfat etmiş və Zabrat qəsəbəsi, Məşədixanım Neymətova küçəsində yerləşən 2 nömrəli qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X16 “21 Nömrəli Şəhər Poliklinikası”nın 08 aprel 2024-cü il tarixli, 206 nömrəli məktubunda bildirilmişdir ki, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 27 ünvanında yaşamış 1962-cı il təvəllüdlü X3 2010-cu ildə vəfat etdiyi üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi onların səlahiyyətləri xaricindədir. - X2 qəbir daşının foto-şəkili iş materiallarına əlavə olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan vərəsəlik işinin açılması ilə bağlı oğlduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə doğulmuş X2 xx.xx.2010-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar