Məhkəmə qərarları › İş №2(008)-4278/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4278/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4278/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktlarının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, keçmiş Çingiz İldırım, hal-hazırda Şövkət Ələkbərova küçəsi 68 saylı evin onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, keçmiş Çingiz İldırım, hal-hazırda Şövkət Ələkbərova küçəsi 68 saylı ev X3nın adınadır. Bu barədə anasının adına Bakı şəhəri Texniki İnventarlışdırma Bürosu tərəfindən 1979-cu ildə verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Texniki Pasportu vardır. Atası və anası həmin evi 1969-cu ildə tikib orada vəfat edənə qədər yaşamışlar. X3 xx.xx.1985-ci ildə vəfat etmişdir. X2 xx.xx.2015-ci ildə vəfat etmişdir. X4 xx.xx.1989-cu ildə vəfat etmişdir, babası X18 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. O, həmin evdə doğulmuş və bu günə qədər həmin evdə faktiki olaraq yaşayır və miras əmlaka sahiblik edir, əmlakı idarə edir. Hal-hazırda o, anasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı o, 4 saylı Bakı Asan Xidmət mərəkəzində Notariat ofisinə ərizə ilə müraciət edərək onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin oradan ona imtina edilərək bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən buraxılmışdır. Ona görə də ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Mirasın qəbul edilməsi faktının müəyyən olunması üçün ona məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Anasından qalmış miras əmlaka sahiblik edir, əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirir, ona görə də miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ona görə də hesab edir ki, notariat ofisinin imtinası əsassızdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinə məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin hallarını tam araşdıraraq və işdə olan sübutları əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Oktyabr rayon VVAQ bürosu tərəfindən 16 iyul 1975-ci ildə verilmiş İİİ- ЖГ seriyalı 462555 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, atası X12, anası X13r. 4 saylı Bakı Maraqlı şəxsn Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X10 ilə X17 xx.xx.1964-cü ildə nikaha daxil olmuşlar və bu barədə 1007 nömrəli akt qeydi tıərtib edilmişdir. Nikahdan sonra ərə Hacıyev arvada hacıyeva soyadı verilmişdir Bakı şəhəri Oktyabr rayon ZAQS 28 sentyabe 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 339571 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 25 sentyabr 1985-ci ildə vəfat etmişdir Bu barədə 28 noyabr 1985-ci il tarixli 200 nömrəli akt tərtib edilmişdir. 4 saylı Bakı Maraqlı şəxsn Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 765469 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci ildə kardiogen şok nəticəsində vəfat etmişdir. Bu barədə xx.xx.2015-ci il tarixli 909 nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli 3-48-DA/2-H-472-6-489/2025 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1946-cı ilə dair Caparidze (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 23 (sənəddə olduğu kimi) iyul (sənəddə olduğu kimi) 1946-cı ildə doğulan X5 təvəllüdü qeyd olunur. Atası: X19, miliyyətazərbaycanlı, yaş 24, anası: Hüseynova (sənəddə olduğu kimi) Əsmət Məmməd qızı, miliyyəti-azərbaycanlı, yaşı 18. 4 saylı Bakı Maraqlı şəxsn Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli arayışından görünür ki, X24 16 iyul 1989-cu ildə Bakı şəhərində baş beyinin insultu səbəbindən ölmüşdür. Ölüm haqqında 19 iyul 1989-cu ildıə 852 nömrəli akt tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 496080 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1988-ci ildə ürək-damar çatışmamazlığından vəfat etmişdir. Bu barədə xx.xx.1988-ci il tarixli 83 nömrəli akt tərtib edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti Başçısının Pirşağı Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 496 nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Pirşağı qəsəbəsi, köhnə adı Çingiz İldırım küçəsi ev 68 , 2018-ci ildə dəyişdirilmiş yeni adı Şövkət Ələkbərova küçəsi ev 68 ünvanında qeydiyyatsız yaşayır. 4 saylı Bakı Maraqlı şəxsndə Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 1521 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il tarixdə vəfat etmiş ananız X15 adına xx.xx.2025ci il tarixdə V-178/2025 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Məlumat üçün bildirirəm ki, miras qoyarım öldüyü məqamda qüvvədə olan xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakmı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanma mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasmda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu maddəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa vərəsənin miras açıldıqdan sonra mirasm qəbulu üçün müəyyən edilmiş müddətdə mirasm tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasm tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşmmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqlarm vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasm qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakm icarə və kirayə verilməsi üzrə haqlarm almmasmı təsdiq edən sənəd; mirasm qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti sübut ola bilər. xx.xx.1985-ci ildə vəfat etmiş ananız X6 qalmış miras əmlak ilə bağlı 6 ay ərzində notariat ofisinə ərizə təqdim etməyiniz haqqında məlumat və ya mirasın faktiki qəbulu ilə bağlı sübutlar aıkar olunmadı. Bakı şəhəri Texniki İnventarlışdırma Bürosunun 03 sentyabr 1979-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportdan görünür ki, Bakı şəhəri Ç.İldırım küçısi ev 68 X16 məxsusdur. Azərbaycan Rspublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlt Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-24346/2025 (**********46) nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair X9 adı ilə bağlı 1979-ci il tarixli texniki pasport idarənin arxivində mövcuddur. Mülki iş üzrə şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmidşri ki, Ərizəçi Həsən oğlu ilə qonşu olduğunu bildirmişdir. Ərizəçi Nəciməttin ağlunun anası Elmira xala olmuşdur. Elmira xalada hazırki Ziyadın yaşadığı ünvanda yaşamışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş X23 öz ifadəsində göstərmişdir ki, Ərizəçi ilə qonşu olduğlarını bildirmişdir. Onun yaşadığı ünvam ilə ərizəçinin yaşadığı ünvan arasında qısa bir məsafə vardır. Əriəçinin anası Elmira xanım olmuşdur. Anasının ölümündən sonra sözügedən evdə Ərizəçi yaşadığını bildirmişdirş Məhkəmə baxışında tədqiq edilmiş sübutlardan və dindirilmiş şahidlərin ifadələrindən məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Pirşağı qəsəbəsi Şövkət Ələkbərova (Çingiz İldırım) küçəsi ev 68 Bakı şəhəri Texniki İnventarlışdırma Bürosunun 03 sentyabr 1979-cu il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportuna əsasən X16 verilmişdir. Anasının ölümündən sonra Bakı şəhəri Pirşağı qəsəbəsi Şövkət Ələkbərova (Çingiz İldırım) küçəsi 68 nömrəli evə Ərizəçi sahiblik edir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ-ci bəndinə əsasəndövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsində deyilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 10-cu bəndində deyilir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Qərarın 10.1-ci bəndində deyilir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Qərarın 10.2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İşdən görünür ki, ərizəçinin anası X20 vəfat etdikdən sonra evə sahibliyi Ərizəçi etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, ərizə təmin edilməli, ərizəçinin anası X6 miras qalmış Bakı şəhəri Pirşağı qəsəbəsi Şövkət Ələkbərova (Çingiz İldırım) küçəsində yerləşən 68 saylı evinin ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri Pirşağı qəsəbəsi Şövkət Ələkbərova küçəsi (Çingiz İldırım) küçəsində yerləşən 68 saylı evin Ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar