Məhkəmə qərarları › İş №2(008)-4281/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4281/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4281/2021 06.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə olmaqla “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə olmaqla “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 atası- X4, anası X6 - göstərilməklə 09 noyabr 1960-cı il tarixdə Ermənistan Respublikası Masis rayonu Zəhmət kəndində doğulması akt qeydinin bərpası faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X5 onun mərhum əridir. 09 noyabr 1960-cı il tarixdə Ermənistan Respublikası Masis rayonu Zəhmət kəndində anadan olubdur. Lakin onun doğum haqqında şəhadətnaməsi itirilibdir. Doğum akt qeydinin bərpası ilə bağlı müraciəti əsasında Bakı şəhəri Maraqlı şəxs 02.03.2021-ci il tarixli cavab məktubunda da, göstərir ki, Qeydiyyat şöbəsi X3 09.11.1960-cı ildə Ermənistan Masis rayonu Zəhmət kəndində anadan olmağı və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli 01.03. 2001- ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas müddəalara” müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacaqsınız. X1 09.11.1960-cı ildə Ermənistan Masis rayonu Zəhmət kəndində doğulmasını ərinin şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnaməsi təsdiq edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirdi ki, atası X5 09 noyabr 1960-cı il tarixdə Ermənistan, Masis rayonunda doğulub. Nənəsinin adının Şura, atasının atasının adının Mirseyib olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirdi ki, atası X5 09 noyabr 1960-cı il tarixdə Qərbi Azərbaycanda doğulub. Nənəsinin adının Şura olduğunu bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan vətəndaşlıq vəziyyət aktlarının Dövlət Qeydiyyat Bürosu tərəfindən verilmiş 06.02.1988-ci il tarixli, İİ-СЛ seriyalı, 399558 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 09.11.1960-cı il tarixində Ermənistan Respublikası Masis rayonu Zəhmət kəndində doğulmuş X5 ilə xx xxxxxx 1969-cu il tarixində Ermənistan Respublikası Masis rayonu Zəhmət kəndində doğulmuş Ərizəçi arasında 6 fevral 1988-ci il tarixdə, 4 nömrəli nikah akt qeydi qeydə alınmışdır. - Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 050656 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 13.11.2002-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25.02.2003-cü il tarixli qətnaməsinə əsasən ölüm faktı təsdiq edilmişdir. -30.03.2021-ci il tarixli aktın surətindən görünür ki, 09.11.1960-cı il tarixdə doğulmuş X5 13.11.2002-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir. -Bakı şəhəri Maraqlı şəxs 455-05/15 nömrəli, 02.03.2021-ci il tarixli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir, doğum akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonradoğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacağı barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş fotodan görünür ki, X5 09.11.1960-cı il tarixdə doğulmuş və 13.11.2002-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi mərhum əri 09.11.1960-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndində anadan olmuşdur. Ərizəçinin arvadı izahatında sosial hüquqlarının həyata keçirilməsi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 noyabr 1960-cı ildə tarixdə Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndində anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi 09 noyabr 1960-cı il, doğulduğu yer Ermənistan Respublikasının Masis rayonunun Zəhmət kəndi, ata qrafasında –X4, ana qrafasında – X2 məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar