Məhkəmə qərarları › İş №2(008)-4297/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4297/2020

19.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4297/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun ailə üzvlərinin 300 kv.m (3 sot) torpaq sahəsindən və onun tərkibində olan evdən qeyri-şərtsiz olaraq məcburi çıxarılmaları və mülkiyyət hüququnun həyata keçrilməsinə maneəçiliklərin törədilməsinin onlara qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu ev-7 ünvanında yerləşən, sahəsi 300 kvm (3 sot) olan və içərisində ev tikmək üçün nəzərdə tutulan yerin təkinə qazılaraq bünövrə betonu vurulmuş torpaq sahəsini cəmi 9000 manat pul ödəyərək satın almışdır. Belə ki, Cavabdeh satın aldığı torpaq sahəsinin rəsmi sənədi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin Qərarından Çıxarış idi. Həmin çıxarışa əsasən Azərbaycan SSR-nin Nazirlər Sovetinin 1988-ci il tarixli, 263 №-li qərarı ilə təstiqlənmiş, xx xxxxx 1988-ci il tarixli, 87 №-li Abşeron Rayon XDS İcraiyyə Komitəsinin Qərarından Çıxarış ilə ümumi sahəsi 600 kvm (6 sot) olan torpaq sahəsi Cavabdeh verilmişdir. Cavabdeh Abşeron Rayon XDS İcraiyyə Komitəsinin Qərarından Çıxarışı ilə ona məxsus torpaq sahəsinin 1/2 hissəsini, yəni 3 sot olan torpaq parçasını iddiaçıya satmışdır. Almış olduğu torpaq sahəsinin içərisində ev tikmək üçün nəzərdə tutulan, yerin təkinə qazılaraq bünövrə betonu vurulmuş də var idi. O, torpağı aldıqdan sonra öz adına rəsmiləşdirmək istəmiş, lakin cavabdeh bildirmişdir ki, ona satdığı torpaq sahəsi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin Qərarından Çıxarışı ilə ona verilən 6 sot torpaq sahəsinin tərkibindədir və rəsmi olaraq ayrılmayıb. İddiaçıya satdığı torpaq sahəsini ayrı hissə kimi onun adına rəsmiləşdirməsi üçün, gərək bütün torpağı reyestrə salıb rəsmiləşdirə və sonradan ayırıb onun adına rəsmiləşdirilməlidir. Cavabdeh Notarius səviyyəsində işi rəsmiləşdirəcəyini qeyd edərək, onunla birlikdə notariusa gəlib, xx xxx 2019-cu il tarixdə Bakı şəhəri 17 saylı Notariat orqanın xüsusi Notariusu İddiaçı iştirakı ilə mülkiyyətində olan 6 sot torpaq sahəsindən ayırıb ona satdığı 3 sot torpaq sahəsini, gələcəkdə özəlləşdirməyi qeyd etmək şərti ilə tam şəkildə etibar etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdirlər ki, torpaq sahəsi Cavabdeh olub etibarnamə əsasında 9000 manat ödəniş etdikdən sonra ona verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçını bir dəfə görmüş, oğlu ondan 1200 manat almışdır. Lakin sonra cavabdeh özü oğlunun ondan aldığı pulu geri qaytarmışdır. Oğlunun həmin torpaq sahəsini satmasından xəbəri yoxdur. İş materiallarında olan 39 saylı notariat ofisinin xüsusi notariusu Qasımlı Rövşən Yaşar oğlu tərəfindən təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh ona məxsus Abşeron rayon, S.Əliyev adına Damazlı Sovxozunda yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 300 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı 2069-cu il tarixədək etibar etmişdir; - Abşeron rayon İcraiyyə Komitəsi qərarının çıxarışından görünür ki, Cavabdeh S.Əliyev adına Damazlıq sovzounda 0,06 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsi halhazırda cavabdehin sahibliyindədir. İddiaçının mübahisəli torpaq sahəsinə iddia etməyə əsas verən yeganə sənədi ona Cavabdeh tərəfindən verilən etibarnamədir. Qeyd olunan etibarnamə ilə Cavabdeh ona məxsus Abşeron rayon, S.Əliyev adına Damazlı Sovxozunda yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsinin 300 kv.m təyinatı üzrə istifadə etməyi, torpaq sahəsi üzərində tikilmiş tikililərin gələcəkdə tam özəlləşdirməyi, sənədləşdirmə işləri ilə əlaqədar onun adından ərizə verməyi və imza etməyi, müvafiq qərar və sərəncamları almağı və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İddiaçının istinad etdiyi halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiy-yətçi özgə-si-nin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı ona məxsus torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbi ilə məhkəməyə müraciət etsə də, qeyd olunan maddənin tələblərinə görə belə iddia irəli sürülməsi üçün iddiaçı ilk öncə mülkiyyətçi olmalıdır. Lakin, iddiaçının nə qeyd olunan evə, nə də evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. İddiaçı etibarnamə əsasında evi aldığına istinad edir, lakin hər kəsə məlum olan haldır ki, hər hansı bir əmlaka mülkiyyət hüququ əldə edilməsinin qanuni əsasları sırasında etibarnamə ilə torpaq sahəsi alınması nəzərdə tutulmamışdır. Torpaq sahəsinə dair iddiaçıya verilmiş etibarnamə yalnız təmsilçilik xarakteri daşıyır və mülkiyyət hüququ vermir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh və onun ailə üzvlərinin 300 kv.m (3 sot) torpaq sahəsindən və onun tərkibində olan evdən qeyri-şərtsiz olaraq məcburi çıxarılmaları və mülkiyyət hüququnun həyata keçrilməsinə maneəçiliklərin törədilməsinin onlara qadağan edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar