Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-430/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomaşının açıq hərracda saılması, satış pulunun mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomaşının açıq hərracda satılması, satış pulunun mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nigah dövründə aldığımız ½ hissəsinə mülkiyyət hüququ olan nömrə nişanı **-EF-***, şəhadətnamə AD662023, şəhadətnamənin verilmə tarixi xx.xx.2019-cu il, markası Volkswagen Polo classik minik markali, B/ili 1997, rəngi qırmızı, mühərrik AEE169895, Ban WWWZZZ6MZWY070539 M.İ.H1600 avtomobilin dəyərinin yarısının ona ödənilməsi üçün, həmin avtomobilin satışa çıxarılaraq avtomobilin satışından əldə olunan pulun aralarında yarı bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2017-ci il tarixində nigah müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarına əsasən cavabdehlə onunla aralarında olan nigah pozulmuşdur. Bundan sonra o, Cavabdeh qarşı “payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhəməsinə müraciət etmişdir və həmin ərizədə o, Yaqubzadə (Feyziyeva) Fərəh Seyran qızının Volkswagen Polo minik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ (ikidə bir) hissəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdı ki, Cavabdeh onunla keçmiş həyat yoldaşıdır. Onunla birgə nigah dövründə olduğu zaman cavabdeh nömrə nişanı **-EF-***, şəhadətnamə AD662023, şəhadətnamənin verilmə tarixi xx.xx.2019-cu il, markası Volkswagen Polo classik minik markali, B/ili 1997, rəngi qırmızı, mühərrik AEE169895, Ban WWWZZZ6MZWY070539 M.İ.Hİ600 maşın alıb. Bu səbəbdən də iddiası təmin olunmuş, xx.xx.2021-ci il tarixli 2(008)-1083/2021 saylı qətnamə ilə Volkswagen Polo classik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Həmin avtomobil cavabdehin adına rəsmiləşdirilsə də, cavabdehlə birgə nikah dövründə əldə edildiyinə görə bizim birgə mülkiyyətimiz hesab edilir. Buna görə də, həmin avtomobil üzərində onunla da cavabdehlə bərabər mülkiyyət hüquqlarım var. Lakin cavabdeh, onun öz mülkiyyət hüquqlarından istifadə etməyinə maneçilik törədir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan AZ-İ seriyalı 354929 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. -İş materiallarında olan 3 saylı Bakı «Asan» Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2017ci il tarixdə bağlanmışdır. -İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1083/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Volkswagen Polo klassik markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsi üzərində X3 mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvadın biri 2 üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mübahisənin mahiyyəti üzrə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5). Bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (220.6). Məhkəmə nəzərə alır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1083/2021 saylı, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə Volkswagen Polo classic markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobil ½ hissədə iddiaçının və cavabdehin paylı mülkiyyətindədir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək öz paylı mülkiyyətində olan avtomoblini dəyərinin yarısını isdəyir. Məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü mümkün olmadığından, iddiaçının iddia tələbi təmin edilməli, Volkswagen Polo classic markalı **- EF-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmalı, avtomobilin satışından əldə edilmiş məbləğin ½ hissəsi iddiaçıya, ½ hissəsi isə cavabdehə verilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin təmin olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı paylı mülkiyyətində ** EF *** dövlət qeydiyyat nişanlı, Volkswagen Polo classik minik markalı avtomobil açıq hərracda satılsın, avtombilin satışından əldə olunan pul vəsaitinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı verilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-430/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-430/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver