Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-431/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9 qızının, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə, X1 iştirakları ilə İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şən Mesutu göstərərək məhkəmədə iddia qaldırmış və cavabdeh "xxxx" MMC-dən 5000 pul vəsaitinin və maddi və mənəvi təzminatın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının razılığı ilə əsl olmayan cavabdeh Şən Mesutu əsl Cavabdeh MMC ilə əvəz etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 04.01.2020-ci il tarixdə "xxxx" MMC-nin istixana kompleksi üçün aqronom vəzifəsinə təsisçi Şən Mesut tərəfindən 1200 dollar (2040 manat) aylıq əmək haqqı ilə işə götürülmüşdür. 31.08.2020-ci il tarixdə işdən ayrılmışdır. Daha sonra 30.10.2020-ci il tarixdə 1000 dollar (1700 manat) əmək haqqı ilə işə başlamışdır. Əmək haqqı ödənilmədiyi üçün işdən ayrılmışdır. Vəsiqəsini şirkətə göndərsə də ikinci dəfə iş yerində qeydiyyata götürməmişdilər. Əmək haqqının 450 manat hissəsi kart vasitəsilə, qalan hissəsi isə nağd ödənilirdi. Sonradan bunun vergi və DSMF ödənişlərindən yayınmaq üçün olduğunu bilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, nağd ödənişdən şirkətin ona 5000 manat məbləğində borcu qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək qeyd etdi ki, Şən Mesut şirkətin təsisçilərindən biridir, lakin iddiaçı işə götürülən zaman o, qanuni təmsilçi olmamışdır, əmək müqaviləsi onunla bağlanılmamışdır. İddiaçı ilə Şən Mesutun arasında hər hansı razılaşmanını olması barədə şirkətin məlumatı yoxdur. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı Türkiyyə Respublikasının vətəndaşıdır. Cavabdeh MMC 03.08.2018-ci il tarixdə X6 və Şən Mesutun bərabər paylarala olan təsisçiliyilə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. MMC-nin əvvəlki qanuni təmsilçisi X4, hazırki qanuni təmsilçisi Şən Mesutdur. İddiaçı MMC-nin 13.02.2020-ci il tarixli, 33 №-li əmri ilə (direktor Əzizov H.N.) şirkətə aqronom vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 488 manat təyin olunmuşdur. Eyni direktor tərəfindən imzalanmış 31.08.2020-ci il tarixli, 56 №-li əmrrə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndiən əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqını mütəmadi almışdır, bu işin mübahisəsiz halıdır. İddia ərizəsinə və iddiaçının mövqeyinə əsasən o, təsisçi Şən Mesutla əlavə ödənişlərin edilməsi barədə razılığa gəlmişdilər, həmin ödənişlər ona edilmiş, lakin qalıq 5000 manat ona ödənilməmişdir. Hazırda iddiaç ıhəmin 5000 manatın və maddi və mənəvi ziyanın tutulması istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın rədd edilməsini qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Əmək Məcəlləsinin: 41-ci maddəsinin 1-ci hissəsinə əsasən kollektiv sazişin yerinə yetirilməsinə nəzarəti tərəflər və müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Göründüyü kimi, Əmək Məcəlləsində rəsmi nəzərdə tutulmayan əmək haqqının ödənilməsi barədə hər hansı bir müddəa yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-431/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-431/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver