Məhkəmə qərarları › İş №2(008)-4313/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4313/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4313/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bakı Regional qazın satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1 968,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 1088 saylı bağ onun mülkiyyətindədir. Cavabdeh İB Bakı Regional qazın satışı Departamenti tərəfindən xx.xx.2020-ci il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli 00022613 saylı akt tərtib olunmuşdur. Həmin aktlarda göstərilmişdir ki, guya onun qaza yanvar ayı üçün 1968,80 manat və fevral ayı üçün 391,20 manat, ümumilikdə 2360 manat debitor borcu var və borcun ödənilməsini təmin etmədiyi halda, təbii qaz təchizatını əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Lakin, onun qaza heç vaxt yüksək məbləğdə borcu olmamışdır və mütəmadi olaraq hər ay qazın istifadəsinə yaranmış borcu ödəmişdir. Həmçinin 2019-cu ilin digər aylarda yazılmış aktlardan görünür ki, yazılmış borc qat-qat aşağı olmuşdur. Məsələn dekabr ayı üzrə 55 kub sərfiyyata- 330,40 manat, avqust ayı üçün - 196,80 manat, iyun ayı üçün 196,80 manat, may ayı üçün 51,70 manat olmuşdur. 2020-ci ilin yanvar ayının aktından görünür ki, birdən birə şişirdilmiş 1968,80 manat borc yazılmışdır. Həmin akt onun iştirakı olmadan yazılmışdır. Hesab edir ki, akt qanunsuzdur və istehlakçının hüquqlarını pozur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia isə qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşabıdakılardır (adları çəkilən sənədlə iş materiallarına əlavə olunmuşdur). "Cavabdeh" İB-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndində yerləşən 1088 saylı bağ evində quraşdırılmış qaz sayğacı elektron hissəsinin batareyası bitmək üzrə olduğundan çıxarılmış və müvəqqəti olaraq qaz təminatı dəmir ötürücü ilə bərpa olunmuşdur (9013525 №-li «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Akt»). Qaz sayğacı olmadığından hər ay “Cavabdeh" İB-nin əməkdaşları tərəfindən evdəki qaz qurğuları nəzərə alınmaqla qazın sərfiyyatı hesablanmış və iddiaçı ona uyğun qaza görə yaranmış borcunu ödəmişdir. Belə ki, «Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında»: xx.xx.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 517 m3, məbləği 51,70 manat; xx.xx.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 984 m3, məbləği 196,80 manat; xx.xx.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 984 m3, məbləği 196,80 manat; xx.xx.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1652 m3, məbləği 330,40 manat; xx.xx.2020-ci il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1956 m3, məbləği 391,20 manat hesablanmışdır. Göründüyü kimi, yay ayları üçün təxmini 196, qış ayları üçün 330-390 manat hesablanmışdır. Lakin 2020-ci ilin yanvar ayı üçün aşağıdakı akt tərtib edilmişdir: xx.xx.2020-ci il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 10944 m3, məbləği 1968,80 manat. Hazırda iddiaçı Cavabdeh Bakı Regional qazın satışı Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1 968,80 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən iddiaçı Cavabdeh cavabdeh X1 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1 968,80 manat dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh orqan tərəfindən bu səryfiyyatı və məbləği əsaslandıran hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Lakin, yanvar ayında həmin bağ evində yaşayış olduğundan məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli Akt üzrə hesablanmış qaz sərfinin miqdarı 1652 m3, məbləği 330,40 manat əsas götürlmüklə yanvar ayına da hesablma aparılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia xx.xx.2020-ci il tarixli ******* saylı akt 9292 kub metr qaz sərfiyyatı hissəsində ləğv edilməli və hesablanmış 1638,40 manat borc silinməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli ******* saylı akt 9292 kub metr qaz sərfiyyatı hissəsində ləğv edilsin və həmin akt əsasında hesablanmış 1638,40 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar