Məhkəmə qərarları › İş №2(008)-4313/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4313/2024

10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4313/2024 10.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi, doğum aktı qeydində Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Çəmbərək (Krasnoselsk) rayonunun Gölkənd kəndində doğulması, doğum akt qeydində soyadı “Qocayeva”, adı “Ellada”, ata adı “Qədir”, doöum tarixi “xx.xx.1964” qeyd edilməklə və doğum aktı qeydində ata qrafasında “X6”, milliyəti “azərbaycanlı”, ana qarfasında isə “X9”, milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Çəmbərək (Krasnoselsk) rayonunun Gölkənd kəndində anadan olmuşdur. Atasının adı X6, anasının adı isə X7r. Kənd soveti tərəfindən ona doğum şəhadətnaməsi verilmişdir. Lakin 1983cü ildə ünvan 1 ünvanına köçmüşlər. Hazırda həmin ünvanında qeydiyyatda olmaqla yaşayır. Elə həmin ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq və İnşaat Universiteti) daxil olmuş, 1987-ci ildə bitirmişdir. Doğum şəhadətnaməsini nə vaxt və hansı şəraitdə itirməyi yadında deyil. Şəxsiyyət vəsiqəsi olduğuna görə doğum şəhadətnaməsinə zərurət olmamışdır. Doğum şəhadətnaməsinin dublikatını alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” X5 bu barədə müraciət etsə də, doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə 15 may 2024-cü il tarixli, 3-16-5/8- 10-Q/132/2024 nömrəli imtina məktubunu təqdim etmişlər. Doğum haqqında şəhadətnamənin olmaması atası X4 mülkiyyətində olan əmlakın ona bağışlaması zamanı sənədləşmə işlərində maneçilik törədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, doğum haqqında şəhadətnamə bu günədək lazım olmadığını, həmin sənədi 1985-ci ildə Qərbi Azərbaycandan gəldikdə itirdiyini bildirmişdir. Bundan başqa, o, şəxsiyyət vəsiqəsini çoxdandır ki dəyişdiyini və bu zaman doğum haqqında şəhadətnamənin tələb olunmadığını qeyd etmişdir. Ərizəçi ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 3-16- 5/8-10-Q/132/2024 nömrəli xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 16-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.Qeyd edilənlərə əsasən və akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”dan görünür ki, X6 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunda anadan doğulmuşdur. X1 izahatında ərizəçinin qonşusu olduğunu, onunla bir kənddə yaşadıqlarını bildirmişdir. Bundan başqa o, öz şəxsiyyət vəsiqəsini doğum haqqında şəhadətnamə olmadan aldığını qeyd etmişdir. X3 izahatında ərizəçinin qızı olduğunu, qocaldığını və kənddəki evin qızının adına keçirtmək istədiyini bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Çəmbərək (Krasnoselsk) rayonunun Gölkənd kəndində doğulmuş, atası X6, milliyəti azərbaycanlı, anası isə X9, milliyəti azərbaycanlıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasənməhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Çəmbərək (Krasnoselsk) rayonunun Gölkənd kəndində anadan olması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi soyadı “Qocayeva”, adı “Ellada”, ata adı “Qədir”, doğum tarixi “xx.xx.1964-cü il”, ata qrafasında “X6”, milliyəti “azərbaycanlı”, ana qarfasında isə “X9”, milliyəti “azərbaycanlı” göstərilsin. Qətnamə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar