Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4314/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi cəlb olunmaqla, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulması barədə akt qeydinin bərpa olunması və həmin akt qeydində ata qrafasında ‘"X13”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında "‘X10”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməklə bu barədə müvafiq şəhadətnamənin verilməsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonu Karmraşen kəndində anadan olmuşdur. X1, anası isə X2r. Milliyyəti azərbaycanlıdır. Bu faktı təsdiq edən doğum haqqında şəhadətnaməsi olmuşdur. Lakin sonradan həmin doğum haqqında şəhadətnaməni itirmişdir. Bundan sonra doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixli, 1186-05/15 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respubliaksı Nazirlər Kabinetinin xx.xx.2001-ci il traixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığına görə doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Odur ki, doğum akt qeydinin bərpa edilməsi ilə bağlı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Ərizəçi təvəllüdlü xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan Respublikası Əzizbəyov rayonu, ata qrafasında “X13”, milliyyəti azərbaycanlı, ana qrafasında “X10”, milliyyəti azərbaycanlı qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X31 ifadəsində bildirmişdir ki, ərizəçinin atası Məhəmməd, anası Savad xanımdır. Ermənistanda çayın o tərəfində ərizəçi, bu tərəfində isə onlar qalırdı, qonşu olmuşlar. Rayon keçmişdə Məşədi Əzizbəyovun adına idi. Dərələyəz mahalının Kotanlı kəndində yaşamışlar. Məmməd və Savadın atalarını tanımır. Amma soyadlarının Allahverdiyev olduğunu bilir. Milliyətləri azərbaycanlıdır. Nişalanın doğum tarixini dəqiq bilmir. Məhkəmə iclasında şahid X26 ifadəsində bildirmişdir ki, ərizəçi Nişala qardaşıdır, öz aralarında ona İnşallah deyə adlandırırlar. Səhvləri ucbatından bir çox adamın sənədlərində səhvlik olub. Ailədə ögeylik yoxdur, doğma bacı-qardaşlardır. 7 uşaq olublar. Bir qardaşı şəhid olub, bir bacısı dünyasını dəyişib. X27, Məhəmməd Əhməd oğlunun uşaqlarıdır. Valideynlərinin milliyyəti azərbaycanlıdır. Özü 1966-cı ildə anadan olmuşam, Nişala ondan sonra doğulub. Nişala Əzizbəyov rayonunun Kotanlı kəndində doğulub. Əvvəl kəndin adı Qarmraşen olubdur. Mahal olaraq Dərələyəz, kənd olaraq isə Kotanlı idi. Nişala 1971-ci ilin 27 iyulunda doğulub. Məhkəmə iclasında şahid X32 ifadəsində bildirmişdir ki, ərizəçi Nişala Əzizbəyov rayonunun Kotanlı kəndində doğulub. Erməni dilində olan keçmiş adı Qarmraşen idi. O da həmin kənddə yaşamışdır. Həm qohumluqları olmuş, həm də qardaşı ilə sinif yoldaşı olmuşdur. Nişaladan yaşca böyükdür. Qardaşı Maşallah idi. Ailədə təxminən 2 bacı, 2 qardaşdırlar. Həmin kənddən çoxdan çıxdıqlarından dəqiq ağlında deyil. Ataları Məmli kişidir, yəni adını o cür deyirdilər, bəlkə də sənəddə adı başqa cür yazılıb. Soyadları Allahverdiyevdir, anaları Savad xanımdır. Nişalanın 1971-ci ildə doğulduğunu bilsə də, ay və gün olaraq dəqiq bilmir. Milliyyətləri azərbaycanlı idi, atası və anası azərbaycanlı idi. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikası, Əzizbəyov rayonunda doğulmuşdur. - Natamam orta təhsil barədə şəhadətnamənin surətindən görünür ki, X7 1971-ci ildə doğulmuş, Ermənistan SSR, Əzizbəyov rayonunda Karmraşen orta məktəbində təhsil almışdır. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan Əzizbəyov (Paşalı) rayon Karmraşen (Kotanlı) kəndində anadan olmağı və doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacaqdır. - AZ-İ seriyalı 751193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - AZ-İ seriyalı 443583 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - BM seriyalı 001960 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Vişnyovka qəsəbəsi, 1298 “b” saylı bağ sahəsi X3 xüsusi mülkiyyətindədir. - İ-ЗЖ seriyalı 901358 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsinin surətindən görünür ki, X8 xx.xx.1966-cı il tarixdə Ermənistan SSR, Əzizbəyov rayonu, Qarmraşen kəndində doğulmuşdur, X1, anası X4r. Milliyyətləri azərbaycanlıdır. - AZ-İ seriyalı 278909 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2003-cü il tarixdə doğulmuşdur, atası X5 (milliyyəti azərbaycanlı), anası X6r. - AZ-İ seriyalı 135380 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2002-ci il tarixdə doğulmuşdur, atası Ərizəçih Məmməd oğlu (milliyyəti azərbaycanlı), anası X15r. - AZ-İ seriyalı 990657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi (milliyyəti azərbaycanlı), anası X6r. - AZ-İ seriyalı 009896 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X20 xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhər VVADQ şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 192 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir. X5 xx.xx.1971-ci il tarixdə Əzizbəyov rayonu Karmraşen kəndində doğulmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov (Paşalı) rayonu, Karmraşen (Kotanlı) kəndində doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi itdiyindən və doğum akt qeydi Ermənistan Respublikasının müvafiq qeydiyyat orqanında qeydə alındığından, həmin akt qeydinin əldə edilərək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi qeyri-mümkündür. Ərizəçinin müraciəti Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi təvəllüdü xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan SSR, Əzizbəyov (Paşalı) rayonu, Karmraşen (Kotanlı) kəndi, ata qrafasında X13, milliyyəti azərbaycanlı, ana qrafasında X10, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Əzizbəyov (Paşalı) rayonu, Karmraşen (Kotanlı) kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1971-ci il, doğulduğu yer Ermənistan SSR, Əzizbəyov (Paşalı) rayonu, Karmraşen (Kotanlı) kəndi, ata qrafasında X13, milliyyəti azərbaycanlı, ana qrafasında X10, milliyyəti azərbaycanlı qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4314/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4314/2025
11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver