Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4318/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Maraqlı şəxsndə qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası 1941-ci il təvəllüdlü anası Ələsgərova (Kazımxanlı) Arifə Şaban qızının xx.xx.1966-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası Ələsgərova (Kazımxanlı) Arifə Şaban qızı xx.xx.1966-ci ildə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş, Bülbülə qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Anası ərazi üzrə poliklinikaya müraciət etmədiyindən, anasının adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, yəni vəsəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anasının ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o, 4 saylı Bakı "ASAN Xidmət” X4 müraciət etmişdir, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 4 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı Maraqlı şəxsndə qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, mərhum onun xalası olmuşdur. Mərhum rəhmətə gedəndə o, uşaq olmuşdur. Xalasının ağ ciyərində vərəm olmuş, bir müddət xəstəxanada yatdıqdan sonra babasıgilə aparmışlar. Xalasının rəhmətə getdiyini ona anası demişdir, o, xx.xx.1966-cı ildə rəhmətə getmişdir. Xalasının yaxınlarda başı daşı sınmış, o, düzətdirmişdir. Mərhum Bakı şəhəri Bülbülə qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, mərhum onun xalası olmuşdur. Xalasının ağ ciyərində vərəm olduğu üçün xx.xx.1966-cı ildə rəhmətə getmişdir. Bakı şəhəri, Bülbülədə qəsəbəsində dəfn olmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 məxsus ölüm haqqında akt qeydi aşkar olunmamışdır. - Doğum haqqında şəhadətnamənin surətindən gönürü ki, X7 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X8, anası X6r. - 4 saylı Bakı Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/7- 15/430/2025 saylı məktubundan görünür ki, X3 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi ərizəçinin ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə İdarəsi 24 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli 86 saylı arayışından görünür ki, ərizəçinin şifahi sorğusuna cavab olaraq bildirilmişdir ki, Ələskərova (Kazımxanlı) Arifə Şaban qızı xx.xx.1966-ci il tarixində vəfat etmişdir. Ölümdən uzun illər keçdiyindən müəssisədəki sənədlərin olmaması səbəbilə “ölüm haqqında tibbi şəhadətnamə” verə bilmirlər. “Ölüm haqqında tibbi şəhadətnamə”-ni almaq üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 76 nömrəli arayışından məlum olur ki, ərizəçinin anası X1 qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. - Məzardaşının fotoşəklində “X9 1941-xx.xx.1966” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası 1941-ci il təvəllüdlü Ələsgərova (Kazımxanlı) Arifə Şaban qızı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Vərəsəlik işləri və digər sənədləşmə işlərinin aparılması üçün anasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1941-ci il təvəllüdlü Ələsgərova (Kazımxanlı) Arifə Şaban qızının xx.xx.1966-cı il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4318/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4318/2025
24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver