Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4331/2023 30.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı Cavabdehlər Cavabdeh1 Tarvedi oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi İdarəsinə qarşı torpaq sahələrinin əvəzləşdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Tarvedi oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edirək, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 588 №-li bağ sahəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsi (ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi) ilə mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 588A ünvanında yerləşən torpaq sahəsinin əvəzləşdirilməsinə; Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 588 saylı bağ sahəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsinə və həmin torpaq sahəsi üzərində inşa edilmiş ona məxsus fərdi yaşayış evinə onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında əldə olunmuş razılıq əsasında cavabdeh 0,4 ha torpaq sahəsini satmışdır. Aralarında şifahi razılıq əldə olunduqdan sonra o, cavabdehin göstərdiyi ərazidə fərdi yaşayış evi inşa etmişdir. Cavabdehə məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri olmadığı üçün alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi mümükün olmamışdır. Əldə olunmuş şifahi razılığa görə cavabdeh özünə məxsus yuxarıda qeyd olunan ünvana dair sənədlərin alqısatqı müqaviləsi bağlanılması üçün uyğun vəziyyətə gətirdikdən sonra aralarında alqısatqı müqaviləsi bağlanacaqdır. Həmin sənədlər hazır olduqdan sonra aralarında xx.xx.2020-ci il tarixli 4Ə-85 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən cavabdeh ona mülkiyyətdində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 588A ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsini satmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona göstərdiyi ərazini deyil, başqa ərazini satmışdır. Bundan sonra iddiaçı fərdi yaşayış evimin yerləşdiyi ərazinin kimə məxsus olmasını araşdırmış, məlum olmuşdur ki, həmin torpaq sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin direktoru ilə X6 arasında bağlanmış 16 aprel 1999-cu il tarixli X8 haqqında 695 nömrəli müqavilə əsasında X4 icarəyə verilmişdir. Daha sonra X6 vəfat etmişdir. Bundan sonra iddiaçı Salmanov Nadirin arvadı ilə razılaşmış, həmin torpaq sahəsinin mərhumun adına dövlət reyestrindən qeydiyyata alınması, həmin torpaq sahəsinin mərhumun arvadı X1 adına reyestrdən qeydiyyatdan keçirilməsi ilə bağlı bütün hərəkətləri etmiş, onun adına reyestrdən Çıxarış və texniki pasport tərəfindən alınaraq X2 verilmişdir. Aralarında əldə olunmuş razılğa görə torpaq sahəsi X1 mülkiyyətinə keçdikdən sonra o, həmin torpaq sahəsinin iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0,4 ha hissəsini ona formal olaraq satacaqdı. Lakin, cavabdeh X2 hansısa formada təsir göstərmiş, Rahilə xanım onlar arasında qohumluq əlaqələrinin olmasını əsas gətirərək ümumi torpaq sahəsini cavabdehə satacağını bildirmiş, cavabdeh ilə aralarındakı münasibətlərin özlərinin araşdırılmasını tövsiyyə etmişdir. İddiaçı bununla bağlı Ədalətə müraciət etdikdə Ədalət hər hansı bir mübahisənin olmayacağına onu inandırmış, buna görə də Rahilənin torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə mane olmamağını məsləhət görmüşdür. Torpaq sahəsi cavabdehin mülkiyyətinə keçdikdən sonra o, dəfələrlə cavabdehə satdığı torpaq sahəsi ilə ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əvəzləşdirilməsini xahiş etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmışdır. Sonradan İddiaçı cavabdehlər Cavabdeh1 Tarvedi oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi İdarəsinə qarşı dəqiqləşdirilmiş iddia verərək, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 17 saylı notariat ofisində təsdiq edilmiş bölgü sxeminə uyğun olaraq: Cavabdeh1 Tarvedi oğlunun daşınmaz əmlakın dövlət reyestrində **********82 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0,12 ha torpaq sahəsinin 0,0470 ha hissəsinə olan mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh1 Tarvedi oğlunun daşınmaz əmlakın dövlət reyestrində **********82 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0,12 ha torpaq sahəsinin 0,0470 ha hissəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə X5 mülkiyyəti hüququnun qeydiyyata alınması, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində **********98-11301 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0,04 ha torpaq sahəsinə olan mülkiyyət hüququna xitam verilməsi, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində **********98-11301 reyestr nömrə ilə dövlət qeydiyyatına alınmış 0,04 ha torpaq sahəsinə Cavabdeh1 Tarvedi oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Tarvedi oğlu və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı ərazi İdarəsinə qarşı torpaq sahələrinin əvəzləşdirilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4331/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4331/2023
30.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver