Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4332/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış ziyanın silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli kəndi, Bağlar massivində yerləşən evlə bağlı ona cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən əsassız hesablanmış 3110.40 manat ziyanın silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, icraatda İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki iş olduğunu, iddiaçı tərəfindən məhkəmə ərazi aidiyyatı pozulduğunu bildirmişdir. Belə ki, iddiaçının qeydiyyat ünvanı Zərdab rayonu, Aşağı Seyidlər kəndidir. Həmçinin iddiaçı Cavabdeh İB-də istehlakçı kimi Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyata alınmışdır. Göstərilənləri nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 bildirmişdir ki, iş aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından habelə elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, İddiaçı Zərdab rayonu, Aşağı Seyidlər kəndi ünvanında qeydiyyata alınmışdır. Həmçinin iş materiallarına əlavə olunan Abonent Saldosundan da müəyyən olunur ki, iddiaçı Cavabdeh İB-də istehlakçı kimi Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində deyil, cavabdehin Cavabdeh İB-də istehlakçı kimi Abşeron rayonu, Məhəmmədli kəndində qeydiyyatda olduğu (müqavilənin bağlandığı) yer üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış ziyanın silinməsi” tələbinə dair mülki iş baxılması üçün cavabdehin Cavabdeh İB-də istehlakçı kimi qeydə alındığı yerin məhkəməsinə, Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış ziyanın silinməsi” tələbinə dair 2(008)-4332/2024 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4332/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4332/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver