Məhkəmə qərarları › İş №2(008)-4334/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4334/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4334/2022 26.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 528.36 (beş yüz iyirmi səkkiz manat otuz altı qəpik) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürajiət edərək məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi X1 küçəsi nömrəsiz evdə yaşayır. Həmin ünvanda təbii qazdan istifadə üzrə **********0000 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlıvaxtında edir. Ünvanına quraşdırılmış sayğacda problem yarandığından, yəni sayğac qaz keçirmədiyinə görə o, cavabdeh təşkilata müraciət etdi və müraciəti əsasında xx.xx.2022ci il tarixdə Azəriqaz İB-nin əməkdaşları tərəfindən ona məxsus yaşayış sahəsinə quraşdırılmış G4 T markalı sayğac çıxarılmış, əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Bu yaxınlarda ona cavabdeh təşkilat tərəfindən əsassız borc yazılması məlum olmuşdur. Ona cavabdeh təşkilat tərəfindən təqdim edilmiş abonentin saldosundan da aydın şəkildə görünür ki, 2022-ci ilin mart ayının sonuna onun borcu 51,24 manat olmuş, 2022-ci ilin aprel ayında isə onun borcu birdən birə 579,60 manata qalxmışdır. Belə ki, 51,24 manat qanuni borcu olduğu halda, 528,36 manat da ona qanunsuz borc yazılmışdır. Ona təqdim edilmiş “Qaz sayğacının yoxlanılması haqqında” MSK-29/1710- 01223-1 saylı aktdan görünür ki, çıxarılmış sayğaca 25 aprel 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, sayğac yarasız hesab edilmişdir. Yoxlamanın nəticəsi kimi göstərilmişdir ki, sayğaca ümumi baxış keçirildi. Hesablama mexanizminin rəqəmlərini hərəkətə gətirən dişli çarxın dişləri kəsilib. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Qüsura görə nəticə müdaxilə qeyd edilmişdir. Ona təqdim edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, 27 aprel 2022-ci il tarixli akta əsasən, yuxarıda qeyd edilən akta əsasən dəymiş ziyanın hesablanması göstərilmişdir. Göstərilən akt tamamilə qanunsuz və əsassızdır. Həmin aktda mənim aktı imzalamaqdan imtina etmişdir. Odur ki, məhkəmədən iddinın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-01223-1 nömrəli rəyə əsasən **********00000 zavod nömrəli sayğacın hesablama mexanizminə keçən qazın həcminin qeyd edilməməsi göstərilmiş və dəymiş ziyan hesablanması qərara alınmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayı üçün aktlar üzrə 518.40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacda nasazlıq yaranmış və bunun əsasında itirilmiş qazın həcmi hesablanaraq dəymiş zərər 518.40 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacda yranmış nasazlıq iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 518.36 (beş yüz on səkkiz manat otuz altı) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 518.36 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar