Məhkəmə qərarları › İş №2(008)-4343/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4343/2024

25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4343/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi, onun vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi (əməkdaşı) X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək onun heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə Gürcüstan SSR-nin Dmanisi rayonunun, Salamməlik kəndində anadan olmuşdur və milliyyətcə azərbaycanlıdır. Belə ki, atası X4 və anası X3 azərbaycanlı idilər. Mərhum əri X8 ilə nikahları xx.xx.1986-cı ildə Gürcüstan SSR-nin Dmanisi rayonunda rəsmi qeydə alınsa da, faktiki nikahdan iki oğulları dünyaya gəlmişdir - xx.xx.1984-cü ildə X11 və xx.xx.1986-cı ildə X9. Hələ SSRİ dağılana qədər xx.xx.1990-cı ildə daimi yaşamaq üçün Gürcüstan SSR-dən daimi qeydiyyatdan çıxaraq Azərbaycan SSR-yə ailəsi ilə birlikdə gəlmişlər. Həmin dövrdən də olduğu ünvanda daimi yaşamışlar. Evdar qadın olduğu üçün SSRİ dağılandan sonra da savadsızlığından yeni vəsiqə almaq və vətəndaş olmaq üçün müraciət etməmişdir. Sonradan əri ilə nikahı pozulmuşdur. Lakin mərhum əri və övladlarım Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Keçmiş ərim X8 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Gürcüstan Respublikasının Səfirliyindən həmin ölkənin vətəndaşı olmadığına və Azərbaycan Respublikasının Dövlət Miqrasiya xidmətindən Azərbaycan Respublikasının vətəndaşı olmadığına dair arayış da almışdır. Lakin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün bu ölkədə daimi yaşama faktım məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeydiyyatsız yaşadığı ünvanda yaşama faktını qohumları və qonşuları təsdiq edə bilərlər. Eyni zamanda ərazi üzrə MKİS-in bu barədə də arayışını ərizəyə əlavə edir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək aşağıdakı vəsatətlər verilmişdir:

1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan) təqdim edilməsini;

2. Sözügedən sənədin əldə edilməsi mümkün olmadığı halda məhkəmə tərəfindən müvafiq sorğunun göndərilməsini;

3. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən girişçıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini;

4. 1-ci və 3-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini;

5. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 3-cü bənddə girişçıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəflərindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılması. Vəsatətlrə onunla əsaslandırılmışdır ki, ərizəçinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin bununla bərabər, Dövlət Sərhəd Xidmətinə müvafiq sorğunun göndərilməsi məqsədəuyğun hesab olunur. Əlavə olaraq bildirilir ki, ərizəçi ərizəsində dəqiqləşmə apararaq Azərbaycan Respublikasına gəlmə tarixi barədə müvafiq məlumat verməlidir. Bundan sonra ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında xx.xx.1990cı il tarixdən daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi (əməkdaşı) X12 izahat verərək qeyd etdi ki, hazırki işin yaktiki halları, təqdim edilmiş və toplanmış sübutlar ərizənin təmin edilməsinə əsas verir, odur ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1968-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu, Salamməlik kəndində doğulmuşdur, atası X4 və anası X3 (İİİ-PE № 672871 doğum haqqında şəhadətnamə, XV-Tİ № 593200 SSRİ vətəndaşının pasportu). Həmin pasportdakı qeydlərdən görünür ki, ərizəçi xx.xx.1986-cı il tarixdə X8 nikahını bağlamış, xx.xx.1990-cı il tarixdə Gürcüstan SSR-dən qeydiyyatdan çıxmışdır. Forma № 20-dən görünür ki, xx.xx.1968-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu, Salamməlik kəndində doğulmuş Ərizəçi xx.xx.1990-cı il tarixdə daimi yaşamaq üçün Azərbaycan SSR-ə çıxmışdır. Ərizəçi və X5 Gürcüstan SSR Dmanisi rayonunda iki uşağı doğulmuşdur: xx.xx.1984-cü il tarixdə X11, xx.xx.1986-cı il tarixdə X9 (Vİ-Tİ № 362877 və Vİİ-Tİ № 357221 doğum haqqında şəhadətnamələr, AA1245583 və AA3261259 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələri). X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür (AZ-İİ № 287400 ölüm haqqında şəhadətnamə). Bakı şəhəri İcra Hakmiyyəti Aprartı MKTD 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 47 salyı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 237 №-li arayışa əsasən Ərizəçi 1990cu ildən ünvan 1 ünvanında 1990-cı ildən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2023cü il tarixli ******* №-li arayışa əsasən Ərizəçi Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycandakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 22/00006819/2023-02 №-li arayışdan görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin X2 Agentliyinə təqdim edilmiş sənədlərə əsasən Ərizəçi Gürcüstan vətəndaşı hesab olunmur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Ərizəçi dövlət sərhədindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Hazırda ərizəçi onun heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında xx.xx.1990-cı il tarixdən daimi yaşaması faktının müəyyən edilməsi istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında’' Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 №-li Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 12-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPMnin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir .Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 12.1-ci bəndi ilə müəyyən edilmişdir ki, bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. 12.2-ci bəndi ilə müəyən edilmişdir ki, həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi 1990-cı il tarixdə ailə quraraq daimi yaşamaq məqsədilə SSRİ vətəndaşı kimi Azərbaycana gəlmiş, həmin tarixdən bu günədək ölkə ərizasini tərk etməmiş, doğulduğu Gürcüstan Respublikasının vətəndaşı olmamaqla oranın vətəndaşlığından könüllü çıxmamışdır. Odur ki, məhkəmə hsab dir ki, ərizə təmin edilməli, ərizəçinin heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında xx.xx.1990-cı il tarixdən daimi yaşaması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında xx.xx.1990-cı il tarixdən daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar