Məhkəmə qərarları › İş №2(008)-4347/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4347/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4347/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X16 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1977-ci il tarixdə aralarında rəsmi olaraq nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1977-ci ilin iyul ayının 18 günündə 21 nömrə ilə qeyd edilmişdir. Ailə nikah münasibətlərindən 1976-cı il təvəllüdlü İsgəndərova Sevda, 1978-ci il təvəllüldü İsgəndərov Şahin, 1979-cu il təvəllüdlü İsgəndərova İlhamə, 1980-ci il təvəlüdlü İsgəndərov Şahlar adlı övladları dünyaya gəlmişdir. Ərizəçinin əri X9 11 may 2024-cü il tarixdə yaşadıqları evdə halı qəfildən pisləşmiş, dərhal təcili yardıma zəng etmişlər. Təcili yardım gəlmiş və vəziyyətinin qənaətbəxş olmadığını bildirərək, məsləhət vermişdir. 12 may 2024-cü il tarixdə yoldaşının vəziyyətinin kəskinləşdiyini görüb yenidən təcili yardım çağırmışlar. Təcili yardım gəlmiş, artıq yoldaşının öldüyünü bildirmişlər. Təcili yardım tərəfindən iki ədəd arayış, çağırış vərəqəsi verilmişdir. Təcili və X8 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 12 may 2024-cü il tarixdə saat 08:40 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər kişi cinsinə mənsub meyid olduğu barədə qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 12 nömrəli şəhər poliklinikasına müraciət etmişlər. Bakı Baş X14 Hüquqi Şəxsi 12 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 173 nömrəli arayışında qeyd edilmişdir ki, X6 Təcili və X8 Stansiyasının 12 nömrəli bölməsinin xx.xx.2024-cü il tarixli, 12/756 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - Bakı şəhəri 4 saylı Bakı “Asan Xidmət” X4 xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X2 X11”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş X14 Hüquqi Şəxsi 12 nömrəli Şəhər Poliklinikasının 14 may 2024-cü il tarixli 173 nömrəli cavab məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdlü mərhum X6 Təci və X8 Stansiyasının 12 nömrəli bölməsinin xx.xx.2024 -cü il tarixli 12/756 nömrəli Ölüm haqqında Xəbərdarlıq vərəqəsinin verilməsinə baxmayaraq bu günə qədər müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haddında tib şəhadətnamə verilməsi mümkün olmamışdır. - Bakı şəhəri Təcili və X8 Stansiyası PHŞ X12 vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2024-cü il, xəstənin yanına gəlmə vaxtı “08” saat “40” dəqiqə, ünvan Sabunçu qəsəbəsi, 2 aprel küçəsi, 14 A, Xəstənin adı X9, yaşı 72, həkimə qədər ölüm qeyd edilmişdir. - X5 qəbir daşının foto-şəkili iş materiallarına əlavə olunmuşdur. X3 ifadəsində vəfat edən şəxsin onun atası olduğunu, atasının 12 may vəfat etdiyini və vəfat edən zaman orada olduğunu bildirmişdir. X1 da digər şahidin ifadəsinə uyğun izahat verdi. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci il tarixdə doğulmuş X5 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar