Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4352/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X46 qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisi olmaqla “hüquqi faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisi olmaqla “hüquqi faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş Cabbarova X15 onun nənəsi-qohumluq münasibətlərində olması faktının müəyyən olunması və nənəsi Cabbarova X9 anası X10 miras qalmış və xx.xx.2013-cü ildə vəfat etmiş anasından miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 28 saylı evə dair onun tərəfindən miras əmlakın qəbul edilməsi faktının müəyyən edlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsi, 28 saylı ev nənəsi Cabbarova X15 xüsusi mülkiyyətindədir. Bu barədə nənəsinin adına mülkiyyət hüququnu təsdiq edən sənəd vardır. Lakin ərizəçi həmin sənədi itirmişdir. Vəkil sorğusuna DƏDK və KPHŞ 1 saylı Bakı Ərazi İdarəsindən verilən xx.xx.2025-ci il tarixli məktuba əsasən həqiqətən də sözügedən evin nənəsin mülkiyyətində olması bildirilmişdir. Nənəsi Cabbarova X28 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, anası X20 isə xx.xx.2013-cü ildə vəfat etmişdir. Nənəsindən miras qalımş həmin evə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 17 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş, orada vərəsəlik işi açılmış və vərəsə kimi tanınmışdır. Lakin anası X7 doğum haqqında şəhadətnaməsi tapılmadığından, Cabbarova X15 nənəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda notariusun xx.xx.2025-ci il tarixli qərarına əsasən ona imtina edilmiş və imtinada vərəsəliyin qəbulu müddətinin ötürüldüyünü və nənəsi Cabbarova X28 ilə qohumluq münasibətlərində olması faktının müəyyən olması barədə məhkəmə qətnaməsinin mövcud olmaması bildirilmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə vəfat etmiş Cabbarova X15 nənəsi olması, X8 isə nənəsinin bacısı (anası X7 xalası) qohumluq münasibətlərində olması hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 17 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X11 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, Cabbarova Gül X6 Yeganənin nənəsi olduğunu, Cabbarova X15 bir qızının adı Rəfiqə olduğunu, digər qızını tanımadığını bildirmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X12 ifadəsində ərizəçi ilə uzun müddətdir ki qonşu olduqlarını, Sabunçu rayonu, Zabrat qəsəbəsi, S.Cəfərov küçəsində yaşadığını, Cabbarova Gül X6 Yeganənin nənəsi olduğunu, Cabbarova X15 adı Rəfiqə və Ərizəçi anası Cabarova Rəfiqə olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan АЗ seriyalı 161797 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxx 1962-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunan İİ-ЖГ seriyalı 474195 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X41 və X16 22 sentyabr 1981-ci il tarixdə 4380 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cabbarova X28 xx.xx.1916-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 334614 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cabarova X28 29 oktyabr 2008-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 xx.xx.1936-cı ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 633341 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 16 avqust 2013-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1319 nömrəli arayışdan görünür ki, mərhum X3 ünvan 1 ünvanında ölən günə qədər qeydiyyatda olmuşdur. X4 xx.xx.2013-cü ildə vəfat etmişdir. X5 xx.xx.2014-cü ildə vəfat etmişdir. (Ölüm haqqında şəhadətnamə AZ-1 686306). Qeydiyyatda olan digər şəxslər: X34 - 1982 təv., X21 - 2012 təv., X22 - 2010 təv., X35 - 2014 təv., X23 - 1990 təv., X36 - 1983 təv., X17 - 1985 təv., X18 - 2005 təv., X13 - 2008 təv., X14 - 2013 təv., Ərizəçi - 1962 təv., X24-2018 təv. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadstrı və Reyesrti publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda, X2 məxsus ünvan 2 ünvanına dair texniki pasportun və ya çıxarışın mövcud olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxıldığını, X1 mülkiyyətində olan sözügedən fərdi yaşayış evinə dair arxiv qovluğunda X8 adına tərtib edilmiş texniki pasport mövcud olduğu bildirilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-377/2025 nömrəli məktubunda Ərizəçi, X7 XX.XX.1936-cı ildə Bakı şəhərində anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi haqqında müraciətə cavab olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından, doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Arxivinin 12 sentyabr 2024-cü il tarixli 3-48-DA/2-598/2024 nömrəli cavab məktubunda “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1936-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Zabrat qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X7 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmadığı bildirilmişdir. İş materiallarına əlavə olunan Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Ərizəçi notariat ofisinə Bakı şəhəri, Zabrat qəsəbəsində yaşamış və vəfat etmiş Cabbarova X9 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2024-cü il tarixdə ərizəsi daxil olmuşdur. Ərizəçi sənədləri təqdim edərək, mərhum Cabbarova X15 onun nənəsi olmasını bildirmişdir. Lakin Ərizəçi qohumluq faktını müəyyən edən sənədləri təqdim etməmişdir. Bundan əlavə qanunla müəyyən edilmiş vərəsəliyin qəbuluna dair müddəti buraxmışdır və müddətin buraxılmasının üzrlü hesab edilməsinə dair və ya vərəsəliyin faktiki qəbulu ilə bağlı heç bir sənəd təqdim etməmişdir. Ərizəçi miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunvericiliyin tələbinə əsasən lazımı sənədlərin olması və müddətin buraxılması izah edilmişdir. Ərizəçi tələbini dəyişməmişdir. “Notariat haqqında” qanunun 40-cı maddəsinin 1-ci bəndinə əsasən vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakilar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması, hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması, hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə olduğu halda məhkəmə hesab edir ki ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, Cabbarova X28, Ərizəçi nənəsi olması, X26, Cabbarova X15 bacısı, X26, X7 xalası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Cabbarova X28, Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. X26, Cabbarova X15 bacısı olması faktı müəyyən edilsin. X26, X7 xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4352/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4352/2025
09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver