Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4353/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009cu il tarixdə dünyasını dəyişən həyat yoldaşı X2 xx.xx.1998-ci il tarixdə bir qız uşağını doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o X4 ilə rəsmi olaraq xx xxxx 1996-cı il tarixdə Bakı şəhər Səadət sarayında 980 №-ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1998-ci il tarixdə Məsmə adlı bir qız uşağı anadan olmuşdur. Həyat yoldaşı xx.xx.2009-cu il tarixdə dünyasını dəyişmişdir. Uşaq evdə doğulduğundan doğum haqqında şəhadətnamə ala bilməmişlər, bir neçə dəfə Maraqlı şəxsnə müraciət etsələr də, ailədə olan müəyyən problemlərdən vaxtında şəhadətnamə ala bilməmişdir. Şəhadətnaməni gec almaqda səbəb uşaq anadan olduqdan sonra ərizəçinin səhhətində problemlər olması, ailədə müəyyən çətinliklər olmasıdır. Hazırda qızının doğum şəhadətnaməsinin düzəlməsi vacibdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, X5 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olması atasının xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi, anasının xx.xx.1962-ci il təvəllüdlü X6 olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin iddia tələbinin dəqiqləşməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, o ərizəçinin tanışıdır. Ərizəçinin maddi imkanı olmadığından doğuş evdə olmuşdur. Doğuşu qəbul edən şəxs köhnə qonşu olmuş və rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qədimova Zöhrə Nadir qızı ifadəsində bildirdi ki, 1998-ci ildən o, ərizəçinin qonşusudur. Doğuş olan zaman uşağın atası Rusiya Federasiyasında idi, 1 oğulları var idi o, da sonradan vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, ərizəçinin bibisidir. 1996-cı ildən ərizəçinin qonşusudur. Ərizəçinin həyat yoldaşı hamilə olan zaman görmüşdür. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 786-05/15 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının təsdiq edilməsi haqqında təlimatın 2.5-ci bəndi əsas gətirilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında xx xxxx 1996-cı ildə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. - АЗ seriyalı 207362 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə tərəfindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.1996-cı il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1998-ci il tarixdə Məsmə adında qızları dünyaya gəlmişdir. Daha sonra ərizəçinin həyat yoldaşı Südabə Şıxəliyeva xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Qeydiyyat Şöbəsinə ərizəçi tərəfindən doğum faktını təsdiq edən tib müəssisəsinin sənədi təqdim olunmadığına görə onun qızına doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin Bakı şəhərində, ev şəraitində oğlan uşağı dünyaya gətirməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi izahatında sosial hüquqularının həyata keçirilməsi, şəxsiyyət vəsiqəsinin alınması və hərbi xidmətə getməsi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə, şahid ifadələrinin təfərrüatlı və ziddiyyətsiz olmasını, nəzərə alaraq, onları mötəbər sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, əziçəçinin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamladığından və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi anasının isə xx.xx.1962-ci il təvəllüdlü X4 olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4353/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4353/2020
10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver