Məhkəmə qərarları › İş №2(008)-4358/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4358/2024

05.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4358/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndələri (əməkdaşları) X5 və X6 iştirakları ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə (sonradan - Azərterminalkompleks) məhkəmədə iddia qaldıraraq Birliyinin xx.xx.2020-ci il tarixli 2300/305Ş №-li əmri ləğv edilməklə işə bərpa olunmağı və həmin tarixdən əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərterminalkompleksin direktoru Ehtiram Xəlilovun 2300/205 №-li əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə səhlənkarlıq edərək əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərterminalkompleksin dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmr Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin xx.xx.2020-ci il tarixli 34/190/026378 nömrəli arayışına əsasən qəbul edilmişdir. Dövlət Gömrük Komitəsi xx.xx.2020-ci il tarixli, 190/001- ********* №-li məktubla Azərbaycan Respublikası Baş X9 müraciət edərək Azərterminalkompleksin Abşeron rayonu Məhəmmədi kəndində yerləşən anbarında Dövlət Gömrük Komitəsinə məxsus 158020,5 manat dəyərində əmlakın iddiaçı tərəfindən mənimsənilməsini göstərərək cinayət əməlinə hüquqi qiymət verilməsini göstərmişdir. İddiaçı barəsində həmin cinayət işi üzrə Bakı Ağır Cinaytlər Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrind nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən iddiaçının təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2283/2023 №-li qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş protest təmin edilməyərək barəsində çıxrılmış bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli, 2300/205 №-li əmrin ləğv edilməsi və işə bərpa olunmağı barədə cavabdehə müraciət etmişdir. Mediasiya prosesinin təklifi barədə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatında mediator X4 cavabdehin müraciətinə əsasən müxtəlif vaxtlara mediasiyanı təxirə salaraq xx.xx.2023-cü il tarixdə İlkin mediasiya sessiyasında İştirak edilməməməsi barədə arayış təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmrin ləğv edilməsi, işə bərpa olunmağı, əmək haqqının ödənilməsi barədə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində hakim işə cavabdehin inzibati orqan olmadığını bildirərək aidiyətı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etməyini bildirmişdir. Cavabdeh tərəfindən iddiaya aşağıdakı məzmunda etiraz təqdim edilmişdir. İddiaçı iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş idarəsinin xx.xx.2020-ci il tarixli 34/151/025672 №-li məktubunun araşdırılmasına dair X1 idarəsi tərəfindən tərtib edilmiş və Komitə sədri tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 34/190/026378 №-li Arayışa əsasən müəyyən edilmişdir ki, Azərterminalkompleks Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru, gömrük xidməti leytenantı İddiaçı maddi-məsul şəxs olduğu həmin Birliyin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən anbarında işi düzgün təşkil etməmiş, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdirilməsini təmin etməmiş, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi səbəbindən həmin anbarda müvəqqəti saxlancda olan müxtəlif markalı siqaretlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 7/103 9/620 №-li ekspert rəyinə əsasən orta bazar qiyməti cəmi 158020,50 manat təşkil edən 55435 qutu siqaret saxlanıldığı anbarda mövcud olmamışdır. Həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsində xx.xx.2020-ci il tarixdə verdiyi izahatında Birliyin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən anbarı üzrə maddi-məsul şəxs olduğunu, 27 mart 2020-ci il tarixli “Maddi sübutun təhvil verilməsi haqqında akt” əsasında 924000 qutu “Milano”, 983500 qutu “Cavallo”, 584000 qutu “Kent Nanotek 2” və 29000 qutu “X17” markalı siqaretləri təhvil götürdüyünü, sözügedən anbarda müvəqqəti saxlanca yerləşdirilməsini bildirmişdir. Ekspertiza tədqiqatına təqdim edilən nümunələrdən sonra 923900 qutu “Milano”, 983400 qutu "Cavallo”, 583900 qutu “Kent Nanotek 2” və 28900 qutu “X17” markalı siqaret anbarda qalmışdır. 23 iyul 2020-ci il tarixdə Komitənin Əməliyyat-istintaq Baş idarəsinin əməkdaşları tərəfindən maddi sübutlara onun iştirakı ilə keçirilən baxış zamanı sözügedən malların anbarda olmadığı aşkar edilmiş və bu barədə tərtib edilmiş protokolda göstərilənlərin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 188-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərterminalkompleksin direktoruna İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi, nəticəsi barədə Komitənin Əməliyyat-istintaq Baş idarəsinə və Daxili Təhlükəsizlik idarəsinə yazılı məlumat verilməsini təmin etməsi tapşırılmışdır. Azərterminalkompleksin xx.xx.2020-ci il tarixli 2300/205ş №-li əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud surətdə pozduğuna görə İddiaçı əmrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç)” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə İddiaçı öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəməklə talamış, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları aksiz markası olmadan vahid niyyətlə satış məqsədilə saxlamaqla satmış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. İddiaçı səhlənkarlıq edərək əmək vəzifələrini kobud sürətdə pozmuşdur. Əmək vəzifələrini pozduğuna görə maddi-məsul şəxs olaraq ona tapşırılmış Birliyin müvəqqəti saxlanc anbarında müvəqqəti saxlancda olan müxtəlif markalı siqaretlərdən 158020,50 manat təşkil edən 55435 qutu siqaret saxlanıldığı anbarda mövcud olmamışdır. Bununla da İddiaçı işinə məsuliyyətsiz yanaşması nəticəsində Birliyə maddi ziyan dəymiş, qanuni mənafeyinə ziyan yetirilmişdir, Birliyin işgüzar nüfuzuna xələl gətirilmişdir. Birlik tərəfindən İddiaçı yalnız əmək vəzifələrinin pozulması, birbaşa vəzifə funksiyalarının yerinə yetirilməməsi səbəbindən onun tutduğu vəzifədən azad olunması ilə bağlı müvafiq əmr verilmişdir. Birliyin müvəqqəti saxlanc anbarında saxlanılan müxtəlif markalı siqaretlərin anbarda olmamasına dair aparılan araşdırma və toplanmış materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi, sözügedən hüquqmühafizə orqanında materialların araşdırılması və sonradan işin məhkəməyə göndərilməsi Birliyin təşəbbüsü ilə həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbində “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa istinadları, həmçinin Azərbaycan Respublikasının Cinayətlər Prosessual Məcəlləsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və suiistifadə etməsi nəticəsində müvafiq şəxslərə dəymiş ziyanın ödənilməsi və kompensasiyanın verilməsi “Azərterminalkompleks" Birliyi ilə heç bir əlaqəsi yoxdur, Birliyə şamil edilməməlidir. Birlik sözügedən tələbləri qəbul etmir, həmin iş üzrə tələblərin baxılması üçün aidiyyəti orqanlara yönləndirilməsini məqəsədəuyğun hesab edir. Odur ki, İddiaçı barəsində vəzifədən azad edilmə haqqında əmr qəbul edilərkən qanunvericilik aktlarının tələblərinə əməl olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. Göründüyü kimi İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən də müəyyən edilir ki, İddiaçı iddia müddətini ötürsə də iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən İddiaçı iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. ƏM-nin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbindən görünür ki, İddiaçı işdən azad edilməsi barədə əmrin xx.xx.2020-ci il tarixdə verildiyini bildiyi tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının həmin tarixdən yəni xx.xx.2020-ci il tarixdən məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün aidiyyəti məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Əmək kitabçasının təvil verilməsi barədə Birliyin insan resurslarının idarəedilməsi şöbəsinin qeydiyyat jurnalından çıxarışa əsasən İddiaçı əmək kitabçası onun imzası ilə xx.xx.2020-ci il tarixində təhvil verilmişdir. Həmin tarixdən iddiaçının əmək hüquqlarının pozulması və Birliyin xx.xx.2020-ci il tarixli 2300/205ş №-li əmrinin mübahisələndirilməsi hüququ yaranmışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbindən müəyyən olunur ki, iddia müddətinin məqsədi hüquqi müəyyənlik olmaqla yanaşı potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, xx.xx.2020-ci il tarixli, 2300/205Ş №-li əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma ilə bağlı xx.xx.2020-ci il tarixdən bərpa olunan tarixədək əmək haqqının ödənilməsi, iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onun əsalandırılmışdır ki, Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Eyni zamanda iddiaçı iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə vermişdir. Sonradan iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsi barədə aşağıdakı məzmunda ərizə vermişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edərək iddiaçının barəsində toplanmış materiallarn araşdırılmasını və hüquqi qiymət verilməsinə dair müraciət edilmişdir. Həmin müraciətə əsasən İddiaçı barəsində xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işi başlanılmış xx.xx.2020-ci il tarixli qərarı ilə '‘polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək AR Cinayət Məcəlləsinin 179.3.2, 213- 1.2.1 və 308.1-ci maddələri ilə ittiham verilmiş (05 ay 16 gün), Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş onun əvəzində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş (03 ay 09 gün), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəzləşdirilmiş (02 ay 21 gün), Ali Məhəkəmənin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” hakim işin qətimkan tədbiri əvəzləşdirilmiş (06 ay 6 gün), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il -ci il tarixli, 1(103)-685/2022 hökmü ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)- 76/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il -ci il tarixli, 1(103)- 685/2022 hökmü ləğv edilmiş və İddiaçı barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş (04 ay 20 gün), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 835/2023 saylı hökmü ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş və təkrarən bəraət verilmiş, Azərbaycan Respublikası Ali Məhəkəmsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2283/2023 saylı qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-835/2023 saylı bəraət hökmü qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-2283/2023 saylı qərarı elektron kabinetə 07 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Mediasiya Şurası Bakı 18 saylı Mediasiya Təşkilatı 17 yanvar 2024- cü il tarixdə arayış təqdim etmiş və Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə işə bərpa və əmrin ləğvi ilə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Miminat Hacıbəyova 15 may 2024cü il tarixdə hüquqi yardım göstərərək hazırki iddianı Sabunçu Rayon Məhkəməsinə müraciət edilməsini bildirmişdir. Həmin tarixdə Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. İddia müddətinin ötürülməsi ilə bağlı məhkəməyə sübutlarını təqdim etmiş, sübutları araşdırıb qiymətləndirilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri (əməkdaşları) X5 və X10 etirazın məzmununa uyğun izahat verərək, iddia müddətinin tədbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 100/01/004 №-li xx.xx.2013-cü il tarixli qərarı ilə Azərterminalkompleksin Əsasnamsəi təsdiq edilmişdir. Həmin qərar xx.xx.2013-cü il tarixdə **********1004 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2015-ci il tarixli əmək müqaviləsi əsasında Cavabdehnə işə qəbul olunmuş, direktorunun xx.xx.2018-ci il tarixli, 182/482Ş nömrəli əmri ilə İddiaçı “Azərterminalkompleks" Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmişdir (əmək müqaviləsi bildirişi xxxxxxx000208). Azərbaycan Respublikası Dövlət Gömruk Komitəsi Əməliyyat-İstintaq baş İdarəsinin rəisi, gömruk xidməti general-mayoru Məsum Rəsulovun xx.xx.2020-cı ıl tarıxli raportuna əsasən Azərterminalkompleksin mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru, gömrük xidməti leytenantı İddiaçı maddi-məsul şəxs olduğu həmin Birliyin Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən anbarında işi düzgün təşkil etməmiş, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdıriməsıni təmin etməmiş onun vəzifəli şəxs kimi ;işə laqeyd münasibəti və xidməti vəzifəsisini lazımi qaydada yerinə yetirməməsi səbəbindən ********* №-li cinayət işi üzrə maddi subut hesab edilmiş və həmin anbarda müvəqqəti saxlancda olan muxtəlif markalı siqaretlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci ıl tarıxli ekspert rəyinə əsasən orta bazar qiyməti cəmi 158020,50 manat təşkil edən 55435 qutu siqaret naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlanmış, bununla da İddiaçı səhlənkarlıq edərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsi Xidməti araşdırmalar şöbəsinin rəisi Mirşahin Mirişli, həmin idarənin rəis müavini Əliqulu Cəfərov tərəfindən tərtib edilmiş və Komitənin sədri Səfər Mehdiyev tərəfindən xx.xx.2020ci il tarixdə təsdiq edilmiş arayışa əsasən hesab edilmişdir ki, Cavabdeh direktoru X3 İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi təmin etməli, toplanmış materiallar araşdırmanın davam etdirilməsi və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməlidir. İddiaçı «səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə» Azərterminalkompleksin xx.xx.2020-ci il tarixli 2300/205 №-li əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Həmin əmrin mətni aşağıdakı qaydada olmuşdur: «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun 24 iyul 2020-cı ıl tarixli 34/151/025672 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmişdir ki, Cavabdeh Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru gömruk xidməti leytenantı İddiaçı maddı-məsul şəxs olduğu həmin Birliyin Abşeron rayonu Məhəmmədi kəndində yerləşən anbarında işi duzgun təşkil etməmiş anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdinlməsini təmin etməmiş, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi səbəbindən ********* nömrəli cinayət işi üzrə maddi subut hesab edilmiş və həmin anbarda müvəqqəti saxlancda olan müxtəlif markalı siqaretlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2020-ci il tarixli 7/103 9/620 nömrəli ekspert rəyinə əsasən orta bazar qiyməti cəmi 158020,50 manat təşkil edən 55435 qutu siqaret naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlanmış, bununla da İddiaçı səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozmuşdur». Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron sistemə xx.xx.2020-ci il tarixdə yerləşdirilmiş, iddiaçıya son haqq-hesabı ödənilmiş, əmək kitabçası xx.xx.2020-ci il tarixdə ona təqdim edilmiş, lakin əmr rəsmi şəkildə təqdim edilməmişdir. Bundan sonra materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş və fakt üzrə xx.xx.2020-ci il tarixdə ********* №-li cinayət işi başlanılmışdır (Azərbaycan Respublikası Baş Prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinini rəisi Nazim Rəcəbovun qərarı). xx.xx.2020-ci il tarixdə iddiaçı həmin cinayəti işi üzrə təqsirləndirilən şəxs qismində işə cəlb edilmişdir (müstəntiqin qərarı). xx.xx.2021-ci il tarixdə barəssində iddiaçı barəsində “həbs” qətimkan tədbiri seçilmiş (Bakı Apellyasiya Məhkəməsinin hökmü) və o, 02 ay 21 gün həbsdə olmuşdur. İddiaçı barəsində həmin cinayət işi üzrə Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2021-ci tl tarixli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 213- 1.2.1 maddəsi ilə 04 il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətə, CM-nin 66.3cü maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, İddiaçı barəsində CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi və üzərində 02 il sınaq müddəti müəyyən edilməsinə dair müddəalar hökmdən xaric olunmuş, İddiaçı CM-nin 179.3.2, 213-1.2.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 213-1.2.1 maddəsi ilə 04 il müddətə, CM-nin 308.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı dərhal məhkəmə zalından həbsə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi yenidən apellyasiya baxışına təyin edilmişdir. Həmin qərarla apellyasiya məhkəməsi tərəfindən İddiaçı bəraətin verilməsi qanuni və əsaslı hesab edilmiş, lakin İddiaçı əmlakın rəhbərlik etdiyi anbarda yerləşdirilərək saxlanılması və qorunmasını lazımi qaydada təşkil edib-etməməsi məsələlərinə qiymət verilməsi ilə əlaqədar cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli hökmdə Ali Məhkəmənin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə alınmış və İddiaçı əməlində səhlənkarlığın əlamətlərinin olub-olmaması ilə bağlı verilmiş hüquqi qiymətinə münasibətdə aşağıdakıları qeyd edilmişdir. Cavabdeh tabeliyində olan anbarlarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə vəzifəli şəxslərin hüquq və vəzifələri Cavabdeh Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin xx.xx.2016-cı ildə təsdiq edilmiş Əsasnaməsi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh direktoru ilə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə ilə müəyyən edilir. Həmin Əsasnamədə şöbənin inspektorlarının vəzifələri ümumi şəkildə göstərilmiş, həmin Birliyinin tabeliyində olan anbarlarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə hər hansı vəzifə və öhdəlik qeyd olunmamışdır. Belə öhdəliklər Birliyin direktoru ilə bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilə ilə tənzim olunmuşdur. Əsasnamənin 3.1.6-cı maddəsində anbarlara nəzarətdən kənar malların daxil olmasının və çıxarılmasının istisna edilməsini həyata keçirmək Şöbənin əsas vəzifəsi kimi qeyd olunmuşdur. Əsasnamənin 5.5.1-ci bəndinə əsasən şöbənin rəisi şöbəyə ümumi rəhbərliyi həyata keçirir. Apellyasiya məhkəməsi tərəfindən həmin Əsasnamə təhlil edilərək müəyyən edilmişdir ki, İddiaçı verilmiş ittihamda istinad edilən Şöbənin Əsasnaməsinin 5.6-cı bəndinin məzmunu tamamilə fərqli olmaqla, həmin bənd Şöbə rəisinin müavinin səlahiyyətlərinə aiddir. Bundan başqa iş materiallarında olan əmrlərdən və müqavilələrdən məlum olmuşdur ki, Cavabdeh direktorunun xx.xx.2018-ci il tarixli, 182/482Ş nömrəli əmri ilə İddiaçı “Azərterminalkompleks" Birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilmiş, birliyin direktorunun xx.xx.2018-ci il tarixli, 182/545 Ş nömrəli əmri ilə bundan əvvəl digər əməkdaşların öhdəsində olan malların təhvil-təslim aktına əsasən Birliyin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş İddiaçı verilməsi, onunla “Tam maddi məsuliyyət haqqında” müqavilənin bağlanması əmr olunsa da, həmin əmrin icrası təmin olunmamış, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Yəni, İddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, iddiaçı barəsində: xx.xx.2020-ci il tarixdə mübahisəli əmr qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə əmr elektron sistemə yerləşdirilmiş, xx.xx.2020-ci il tarixdə iddiaçıya son haqq-hesabı ödənilmiş, əmək kitabçası təqdim edilmişdir, xx.xx.2020-ci il tarixdə fakt üzrə cinayət işi başlanılmışdır, xx.xx.2020-ci il tarixli qərarla iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir, xx.xx.2021-ci il tarixdə barəssində “həbs” qətimkan tədbiri seçilmiş (Bakı Apellyasiya Məhkəməsinin hökmü) və o, 02 ay 21 gün həbsdə olmuşdur. İddiaçı barəsində aşağıdakı tarixlərdə məhkəmə aktları qəbul edilmişdir: xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2022-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il (sonuncu qərar elektron kabinetə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuşdur). İddiaçı: xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmiş, xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış, xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə inzibati məhkəməyə müraciət etmiş, hakimin tövsiyyəsi ilə ərizəsini geri götürmüş, xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin geri qaytarılması barədə məhkəmə qərardadının elan edildiyi gün hazırki iddia ilə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə cavabdehə tərəfə iddiaçı barəsində aparılmış araşdırma materiallarının təqdim edilməsini tapşırmış, cavavbdeh orqan Gömrük Komitəsinə həmin materialları əldə etmək üçün müraciət etmiş, Komitə xx.xx.2024-cü il tarixli məktubunda 3 illik saxlanma müddəti ötdüyünə görə həmin materialların məhvə ayrıldığını bildirmişdir. Cavabdeh tərəfindən Cavabdeh strukturunun optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli sərəncam təqdim edilmişdir. Həmin sərəncama əsasən Cavabdeh strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Cavabdeh strukturu və ştat cədvəli təsdiq edilmişdir. Ştat cədvəlinə əsasən «Anbar işinin təşkili bölməsi»ndə bir baş isnpektor vəzifəsi nəzərdə tutulmuşdur. Birliyin xx.xx.2024-cü il tarixli əmri həmin vəzifəyə X8 təyin edilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının və məzuniyyətlərə görə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, 70-ci maddəsinin «ç» bəndinin tərkibinin yaranması üçün iki haldan birinin mövcud olması zəruridir: İşçi tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi; İşçi tərəfindən Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması. işçi tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi o zaman baş verir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (71ci maddənin ikinci hissəsi). Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Mübahisə predmeti olan əmrdə əmək müqaviləsinə xitam verilməsinin əsasının nədən ibarət olması qeyd edilməmişdir (iddiaçı tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, yoxsa Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması). Lakin, cavabdeh tərəfindən verilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı səhlənkarlıq edərək əmək vəzifələrini kobud sürətdə pozmuş, əmək vəzifələrini pozduğuna görə maddiməsul şəxs olaraq ona tapşırılmış Birliyin müvəqqəti saxlanc anbarında 158020,50 manat qiyməti olan siqaret saxlanıldığı anbarda mövcud olmamış, bununla da İddiaçı işinə məsuliyyətsiz yanaşması nəticəsində Birliyə maddi ziyan dəymiş, qanuni mənafeyinə ziyan yetirilmişdir, Birliyin işgüzar nüfuzuna xələl gətirilmişdir. Beləliklə, mübahisəli əmrin əsaslarını 71-ci maddənin ikinci hissəsi, 72-ci maddənin «c» və «e» bəndləri yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Qanuni qüvvəsini almış məhkəmə hökmü ilə İddiaçı səhlənkarlığı sübuta yetirlməmişdir. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixli "Tam maddi məsuliyyət haqqında” müqavilə ilə tanış edilməmiş, müqavilənin şərtləri ilə razı olub-olmaması barədə onun fikri öyrənilməmiş, müqavilə onun tərəfindən imzalanmadığından ona münasibətdə hüquqi qüvvəyə minməmiş, sonuncunun bu müqavilə üzrə müvafiq vəzifələri yaranmamış, halbuki anbarda saxlanılan əmlakların mühafizəsi və qorunması üzrə konkret vəzifələr yalnız tam maddi məsuliyyət haqqında fərdi müqavilədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a bəndinə əsasən işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-ci maddəsinin birinci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə əmrin qanuni olmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə əlavə araşdırma aparmadan iddiaçının işdən qanunsuz çıxarıldığını müəyyən etmişdir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı iddia müddətini ötürməklə vermişdir. İddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Cavabdeh bu hüquqdan istifadə edərək müddətin tədbiq edilməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası ƏM-nin: 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd edildiyi kimi, iddiaçıya xx.xx.2020-ci il tarixdə son haqq-hesabı ödənilmiş, əmək kitabçası təqdim edilmiş və bununla da o, məhz xx.xx.2020-ci il tarixdən hüququnun pozulduğunu bilmişdir. İddiaçı özü də bu halı inkar etmir, lakin cinayəti işi ilə əlaqədar iddia müddətini ötürmədiyini, ötürüldüyü halda isə onun səbəblirinin üzrlü olduğunu hesab edir. Məhkəmə hesab edir ki, mübahisəli əmr birbaşa cinayət işi ilə əlaqəli olmamışıdr. İddiaçı aşağıdakı qanun normalarına istinad edərək hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 55.2-ci haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. 56-cı maddəsinə əsasən aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57-ci maddəsinin mənasına görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxsə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməli, onun əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3.1-ci maddəsinin mənasına görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bəraət almış təqsirləndirilən şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərə görə kompensasiya verilir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi) nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət tərəfindən ödənilməsi hüququnun təmin edilməsinə yönəldilmişdir. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması nəticəsində ona dəyən ziyanın ödənilməsi dövlət tərəfindən həyata keçirilməlidir. Hazırki iddia isə Əmək Məcəlləsi ilə tənzimlənən iddiadır və işəgötürən Cavabdehnə yönəlmişdir. İddiçının təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.3.2-ci maddəsinin tərkibini – «külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama», 213-1.2.1-ci maddəsinin tərkibini – «aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, külli miqdarda törədildikdə», 308.1-ci maddəsinin tərkibini – «vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda» yaradır. Qeyd edildiyi kimi, iddiaçı barəsində çıxarılmış mübahisəli əmr onun maddı-məsul şəxs olduğu anbarda işi duzgun təşkil etmədiyi, anbardakı malların mühafizəsini və vaxtaşırı sayılaraq eyniləşdinlməsini təmin etmədiyi, onun vəzifəli şəxs kimi işə laqeyd münasibəti və xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməsi səbəbindən 158020,50 manat məbləğində siqaretin naməlum şəxs və ya şəxslər tərəfindən gizli yolla anbardan oğurlandığı, bununla da İddiaçı səhlənkarlıq edərək, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə olmuşdur. Yəni, iddiaçı işdə çıxarılaraq nə ona etibar edilmiş özgə əmlakını talamada, nə Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinməmiş, onun tərəfindən əmək vəzifələrini kobud şəkildə pozmağı özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədini güdməyi ilə əlaqələndirilməmişdir. Qeyd edildiyi kimi, cinayət işi ilk olaraq fakt üzrə başlanılmış, iddiaçı yalnız xx.xx.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, mübahisəli əmr cinayət işinin başlanılması ilə şərtləndirilməmişdir və iddiaçı cinayət işinin başlanılıb-başlanılmamasında asılı olmayaraq xx.xx.2020-ci il tarixədək hazırki iddianın verməli idi, belə ki, iddiaçı iş başında həbs edilməmiş, onun barəsində cinayət işi başlanılandan sonra işdən azad edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız belə olan halda iddiaçı iddia müddətini ötürməmiş olardı. Qeyd edildiyi kimi, əmrin mübahisələndirmə anının yarandığı xx.xx.2020-ci il tarixlə iddiaçının təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarix arasında isə 4,5 ay vaxt keçmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1- ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki, «Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər….Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində «fərdi əmək mübahisəsinə baxan orqan» dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutumşur».... Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllinin təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunması təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”. Məhkəmə hesab edir ki, iddiaçı ona ittiahamın irəli sürülməsini gözləməməli, hüququnu pozulduğu bildiyi andan bir ay ərzində işə bərpa barədə iddia ərizəsi verməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd edildiyi kimi, artıq araşdırma materilları məhv edilmiş, cavabdeh orqanın ştat cədvəli dəyişmiş, iddiaçının bərpa edilməsini istədiyi vəzifə başqa şəxsə həvalə edilmişdir. Qanunverici bu əsasdan işə bərpa üçün çox qısa iddia müddəti (bir ay) və məhkəmədə baxılmasının qısaldılmış 2 aylıq müddətini nəzərədə tutmuşdur (MPM-in 172.1-ci maddəsi). Belə ki, işdən qanunsuz azad olunmuş şəxsin həmin vəzifəyə bərpa edilməsi real olmalı, həmin vəzifə işə məhkəmədə baxılıb qurtaranadək vakant olmalıdır. Hazırda mübahisə yaranandan artıq dörd il keçmiş, cavabdeh orqanın ştat cədvəli dəyişmiş, həmin vəzifəyə başqa şəxs təyin edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, bu potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar