Məhkəmə qərarları › İş №2(008)-4360/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4360/2025

07.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4360/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil Abul qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X4, anası X5, olan X3 1937-ci il (28.12) tarixdə Bakı şəhəri Sabunçu (Lenin) rayonu, Maştağa kəndində doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırılmışdır ki, babası X4 xx.xx.1962-ci ildə, atası X6 xx.xx.1998ci ildə (AZ-İİ № 4585 nömrəli), anası X10 xx.xx.2005-ci ildə (AZ-İİ № 458583 nömrəli şəhadətnaməyə görə) vəfat etmişdir. Ata və anasının nikahı xx.xx.1961-ci ildə 109 nömrə ilə qeydə alınmışdır. Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuş və A3N1362428 nömrəli doğum haqqında şəhadətnamə almışdır. Şəhadətnaməyə əsasən ata adı qarşısında X6 qeyd olunmuşdur. Babasından qalan əmlaka görə vərəsədir və atasının doğum haqqında şəhadətnaməsini tapa bilmədiyinə görə vərəsəlik payını ala bilmir. Atası 1937-ci ildə anadan olması ilə bağlı Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, arxiv fondunda mühafizə edilən 1937-ci ilə dair Sabunçu (keçmiş Lenin) rayonu qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitabında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda atasının qəbir daşı üzərində 1937-1998-ci qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon Qeydiyyat Şöbəsi 13 may 2025-ci il tarixli, 3-16- 5/8-15-405/2025 nömrəli Ərizəçi ünvanlanmış məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından atasının doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin 10 fevral 2025-ci il tarixli 3-48-DA/2-M-114-6-155/2025 nömrəli Ərizəçi nümayəndəsi X13 bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1937-ci ilə dair Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Qəsəbə icra nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı 298112 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 aprel 1962-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 458584 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 noyabr 1998-ci ildə ölmüşdür. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı 458583 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 12 iyun 2005ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X6 və X1 nikahı 11 may 1961-ci il tarixdə 109 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan V-ЖГ seriyalı 391124 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 və X8 nikahı 15 iyun 1990-cı il tarixdə 766 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. Ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində Sadıqov Sabir ilə qonşu olduqlarını, uzun müddət öncə vəfat etdiyini, Seyidlər məhəlləsi, Seyidlər qəbirstanlığında dəfn edildiyini və iki qızı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində Sadıqov Sabirin onun əmisi olduğunu, 20 ildən çox olarki vəfat etdiyini, Sabirin anasının adının Bəyimxanım, atasının adı isə Məmmədsadıq olduğunu, Seyidlər qəbirstanlığında dəfn edildiyini, iki qızı olduğunu və hal-hazırda əmisinin evində ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçinin atası X6 1937-ci il tarixdə Bakı şəhəri Sabunçu (Lenin) rayonu, Maştağa kəndində doğulmuşdur. Ərizəçi babasından qalan əmlaka görə vərəsədir, lakin atasının doğum haqqında şəhadətnaməsini tapa bilmədiyinə görə vərəsəlik payını ala bilmir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci ildə tarixdə Bakı şəhəri Sabunçu (Lenin) rayonu, Maştağa kəndində anadan olmuş X3 doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında X3 doğum tarixi xx.xx.1937-ci il, doğulduğu yer Bakı şəhəri Sabunçu (Lenin) rayonu, Maştağa kəndi, ata qrafasında X4 (milliyəti azərbaycanlı), ana qrafasında X5 (milliyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar