Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4402/2022 16.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixində Mediasiya tərəfindən bağlanmış barışıq sazişi təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizə onunla əsasladırmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 824/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X2 qızı arasında iddiaçı Ərizəçi arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaq xx.xx.2017- ci təvəllüdlü X7 anasının himayəsinə verilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən tarixdən öncədən etibarən uşaqların fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirərək atası Ərizəçi, görüşə qəsədən imkan verilmir. Baxmayaraq ki, ata, uşaqın tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhəti yoxdur cavabdeh övladıyla ünsiyyətdə olmaq, tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna mane olmaqdadır. Bununla əlaqədar valideynlik və qohumluq hüququnun həyata keçirilməsi haqqında razılığa gəlmək üçün bu günə kimi etdiyi cəhdləri nəticə verməməkdədir. X1 Müraciət edilərək oğlu Əlizadə Fatehlə ünsiyyətinin təmin olunması Şura tərəfindən həftədə bir dəfə olmaqla Bazar günləri SAAt 11:00-dan 17:00 dək təmin edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən mediasiyya barışığına əməl edilməmiş və uşaqla ünsiyyəti təmin edilməmişdir. Cavabdeh tərəfindən bu cür haqsızlıq nəinki ona qarşı həta övladına qarşı olmuşdur ki, buda uşağın psixoloji inkişafına təsir edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası X2 qızı, atası Ərizəçidur. İş materillarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-824/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ərizəçi ilə X2 qızı arasında xx.xx.2017-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X3 anası X2 qızının yanında qalması müəyyən edilmiş, Ərizəçi xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X2 qızının xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icrAAt qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2022-ci il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında 27 avqust 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Əliyeva-Maraqlı şəxs arasnda bağlınmış xx.xx.2021-ji il tarixli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Ana azyaşlı övladı xx.xx.2017-ci il təvəllüdlü Fateh Əlizadənin (bundan sonra «Uşaq») yetkinlik yaşına çatana qədər atası Ərizəçi tərəfindən həftənin bazar günü sAAt 11:00-dən sAAt 17:00-a qədər götürülməsinə və uşağın onunla birlikdə vaxt keçirilməsinə razılıq verilsin.
2. Uşaq qeyd olunan vaxtda ananın yaşadığı ünvandan atası tərəfindən götürülsün.
3. Ata, uşaqla olan bütün görüşlərini, o, cümlədən uşağı aparıb geri qaytarılmasına öz hesabına həyata keçirsin.
4. İstər – ata, istərsə ana digər tərəfin yazılı razılığı olmadan uşağı üçüncü ölkəyə apara bilməzlər.
5. Onların gələcəkdə ailə qurması X5 şərtlərinə təsir etmir və üzərilərinə götürdükləri öhdəliklərin icrasının dayandırılmasına, onların dəyişdirilməsinə, barışıq sazişi əsasında yaranan hüquqlarının məhdudlaşdırılmasına əsas deyil. Eyni zaman hazırkı Barışıq Sazişi üzrə tərəflərin hüquq və vəzifələrinin həyata keçirilməsi digər tərəfin şəxsi həyatına maneələr yaratmamalıdır. Əgər bu Barışıq Sazişi ilə müəyyən olunmuş vaxt ərzində uşağın ataya verilməsi hər-hansı üzürlü səbəbdən mümkün olmasza həmin gün başqa bir günə əvəzlənsin.
6. X5 şərtlərini pozmamaq şərti ilə tərəflərin bu barışıq bu Barışıq Sazişi əsasında yaranan hüquqlardan istifadə etməməsi həmin hüquqlardan məhrum edilməsinə və ya bu hüquqların məhdudlaşdırılmasına əsas deyil. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nilufər Cəfərli