Məhkəmə qərarları › İş №2(008)-4443/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4443/2025

11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4443/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 maraqlı şəxslər Bakı şəhəri 16 saylı Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 oğlu, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6 maraqlı şəxslər Bakı şəhəri 16 saylı Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 noyabr 1967-ci il tarixdə X10 ilə Ərizəçi1 arasında bağlanmış nikah haqqında şəhadətnamədə göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi3 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi4 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi5 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi6 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktının tanınması; X6 X1nun 1942-ci ildə Ermənistan Respublikası Kalinino rayonu Qaraqala kəndində ölməsi barədə ölüm aktı qeydinin aparılması faktının tanınması; X6 anası X2 1985-ci ildə Ermənistan Respublikası Kalinino rayonu Qaraqala kəndində ölməsi barədə ölüm aktı qeydinin aparılması faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 ilə Ərizəçi1 04 noyabr 1967-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi2, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi3, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi4, xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi5, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi6 adlı beş övlad dünyaya gəlmişdir. X11 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil mərhum X6 mülkiyyətində olmuşdur. Ərizəçilər mərhumun qanun üzrə vərəsələridilər. X6 vəfatı ilə əlaqədar vərəsəlik işinin başlanılması və mərhumun mülkiyyətində olan əmlakla bağlı onlara vərəsəlik şəhadətnaməsinin verilməsi xahişi ilə Bakı şəhəri 16 saylı Notariat Ofisinə müraciət etsələr də Notarius tərəfindən mərhuma məxsus Ölüm haqqında şəhadətnamə və xx.xx.2007-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda onun adının “Əli”, lakin nikah haqqında şəhadətnamədə, övladlarının doğum haqqında şəhadətnamələrində mərhumun adının “Alı” kimi qeyd olunması və mərhumun valideynləri barəsində ölüm haqqında heç bir məlumatın (ölüm haqqında şəhadətnamənin) olmaması əsas gətirilərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də onlara məxsus hüquqmüəyyənedici sənədlərdə nikah haqqında şəhadətnamədə ər qrafasında göstərilən və doğum haqqında şəhadətnamələrdə ata qrafasında) göstərilən X7 X11 ilə eyni şəxsin olması faktının məhkəmə qətnaməsi əsasında müəyyən edilməsi zərurəti yaranmışdır. X6 X1 1942-ci ildə, anası X8 isə 1985-ci ildə Ermənistan Respublikasında vəfat etmişdir. Onlar 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdükləri üçün valideynlərinin ölüm haqqında şəhadətnamələri həmin dövlətin ərazisində qalmışdır. Ərizəçilər Ərizəçi1, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarına iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdirlər. Bakı şəhəri 16 saylı Notariat Kontoru və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə digər ərizəçilərin və maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunan İ-ЗЖ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-ci ildə doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunan İ-ЗЖ seriyalı 141580 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1970-ci ildə doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunan İ-СЛ seriyalı 258285 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1972-ci ildə doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunan İ-СЛ seriyalı 258284 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1972-ci ildə doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunan İ-СЛ seriyalı 187554 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1976-cı ildə doğulmuşdur. X3, anası Ərizəçi1dır. İş materiallarına əlavə olunan İ-ЗЖ seriyalı 153073 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1942-ci ildə doğulmuşdur. X1, anası X4r. İş materiallarına əlavə olunan İ-ЗЖ seriyalı 208271 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi1 arasında 04 noyabr 1967-ci ildə 10 nömrəli akt qeydi ilə nikah bağlamış, ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 482229 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2025-ci ildə ölmüşdür. İş materiallarına əlavə olunan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Axundov küçəsində istifadədə olan 0.8699 ha torpaq sahəsində yerləşən 17 nömrəli, 5 mərtəbəli binada 95.54 kv.m ümumi sahədən ibarət 5 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 292 nömrəli reyestr kitabının 28099 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri 16 saylı Notariat Ofisininin xx.xx.2025-ci il tarixli 647 nömrəli məktubunda Ərizəçi1, Bakı şəhəri 16 saylı notariat ofisinə təqdim edilən sənədlərə əsasən xx.xx.2025-ci il tarixdə vəfat etmiş mərhum əri X6 xx.xx.2025-ci il tarixli Ölüm haqqında şəhadətnaməsində və xx.xx.2007-ci tarixli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda onun adı “Əli” qeyd edilmişdir. Lakin nikah haqqında şəhadətnamədə ərinin adı və övladlarının doğum haqqında şəhadətnaməsində ata adı “Alı” qeyd edilmişdir. Bundan əlavə mərhum X6 valideyinləri barəsində ölüm haqqında heç bir məlumat (ölüm haqqında şəhadətnamə) yoxdur. Sənədlərdə uyğunsuzluq olduğu və ölüm haqqında məlumat aşkar edilmədiyi üçün vərəsəlik hüququ haqqında şəhadətnamə vermək mümkün olmamış və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-408/25 nömrəli məktubunda Ərizəçi3, Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində babası X5 1942-ci il tarixdə Ermənistanda ölməsi və nənəsi X2 1985-ci il tarixdə Ermənistan Kalinino rayonu Qaraqala kəndində ölməsi və ölüm akt qeydinin bərpa edilməsi haqqında müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından ölüm akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir. Birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərindən görünür ki, ərizəçilərə məxsus hüquqmüəyyənedici sənədlərdə - nikah haqqında şəhadətnamədə ər qrafasında və doğum haqqında şəhadətnamələrdə ata qrafasında göstərilən X7 X11 ilə eyni şəxs olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçilərə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 noyabr 1967-ci il tarixdə X10 ilə Ərizəçi1 arasında bağlanmış nikah haqqında şəhadətnamədə göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi2 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi3 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi4 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1972-ci il təvəllüdlü Ərizəçi5 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi6 məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən X10 ilə X6 eyni şəxs olması faktı müəyyən edilsin. X5 XX.XX.1942-ci il tarixində Ermənistan Respublikası Kalinino rayonu Qaraqala kəndində ölməsi faktı müəyyən edilsin. X2 XX.XX.1985-ci il tarixində Ermənistan Respublikası Kalinino rayonu Qaraqala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar