Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4450/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, ərizəçi İddiaçı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Reyestri Xidməti yanında torpaqların idarəetmə mərkəzi qeydl edilməklə torpağın kordinatlarının dəqiqləşdirilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Reyestri Xidməti yanında torpaqların idarəetmə mərkəzi qeydl edilməklə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1050 kv.m-dən ibarət olan torpaq sahəsinin kordinatlarının dəqiqləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməldir. Ərizənin məzmunundan görünür ki, tərəflər arasındakı mübahisə inzibati məhkəmə icraatı qaydasında həll olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 7078 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz məlakın dövlət reyestrində qeydiyyatında alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.20221-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267-268ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Ərizəçi İddiaçı maraqlı şəxs Əmlak Məsələləri Dövlət Reyestri Xidməti yanında torpaqların idarəetmə mərkəzi qeydl edilməklə torpağın kordinatlarının dəqiqləşdirilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı hazırki iddia tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4450/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4450/2022
06.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver