Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4452/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8713,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh "Azəriqaz" İB tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə" imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onların ünvanında smartkart tipli sayğac quraşdırılmışdır. "Azəriqaz" İB əməkdaşları tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılmışdır. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsində o, həmin aktları və şəkilləri tələb etsə də, aktlar verilmiş, şəkillər isə verilməmişdir. Bundan sonra ona məlum olmuşdur ki, 8713,4 manat cərimə yazılmışdır. Odur ki, həmin əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan başqa, məhkəmənin əvvəlki iclasında iddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, pandemiya dövründə əlavə xətdən məcbur qalaraq 2 gün istifadə etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, aktlar xəttə qoşulmaya görə tərtib edilmişdir, odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə "dən görünür ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6696 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə "dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 34560 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6120 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt " dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə "dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6120 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə "dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 6120 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 4536 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 1512 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 4536 m³ hesablanmışdır. - xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" dan görünür ki, istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır. - xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə dəymiş ziyanın həcmi 5040 m³ hesablanmışdır. - xx.xx.2024-cü il tarixli "Abonentin saldosu"ndan görünür ki, abonent kodu **********10030 olan İddiaçı 2020-ci ilin aprel ayında qalıq və aktlar qrafasında 669,60, 2023-cü il üzrə 8043,84 manat ümumilikdə 8713,44 manat borc yazılmışdır. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə ilə bağlı xx.xx.2020-ci, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli aktlar tərtib edilmiş aktlara əsasən 8713,44 manat məbləğində vurulmuş ziyan hesablanmışdır. Məhkəmə xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara münasibətdə aşağıdakıları qeyd edir. "Qaz təchizatı haqqında" Qanunun 13.8-1-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən norma xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, "Azəriqaz" İB qanunsuz qoşulma halları ilə bağlı akt tərtib edildikdə bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə verməklə yanaşı, aktın digər nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Hazırkı işdən göründüyü kimi, iddiaçı göstərilən qaydaya riayət etməmişdir, etmişdirsə də bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. İş üzrə istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmə qərarı ilə təsdiq edilməsi barədə sübutların təqdim olunmadığından məhkəmə hesab edir ki, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023cü, xx.xx.2023-cü və xx.xx.2023-cü ildə tərtib edilmiş aktlara əsasən hesablanmış 8043,84 manat borc silinməlidir. Məhkəmə xx.xx.2020-ci il tarixli 00283215 nömrəli akt üzrə hesablanmış 669,56 manat məbləğdə zərərə münasibətdə aşağıdakıları qeyd etmək zərurəti vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin dövrdə qüvvədə olan "Qaz təchizatı haqqında" Qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə cavadehin qazdan qanunsuz kənar xətt vasitəsilə istifadə etməsi faktını və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən tərtib olunan akt üzrə cavabdehdən pul tutulmalıdır. Digər tərəfdən isə məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2020-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən etdiyi ziyan məbləği şişirdilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"də: - Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0,8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanması nəzərdə tutulmuşdur. Lakin hesabatın hansı səbəbdən maksimal olaraq 24 saat aparılması göstərilməmişdir. Məhkəmə həmin tələbnaməyni nəzərdən keçirərək belə hesab edir ki, cavabdeh tərəfindən mütəmadi və fasiləsiz olaraq qızdırıcıların evdə 24 saat istifadəsi real deyil. Bu səbəbdən məhkəmə yay aylarında ümumiyyətlə qızdırıcılardan istifadə olunmamasını və yemək hazırlanmasına görə maksimum gündə 2-4 saat 4 gözlü qaz plitəsinin istifadə olunduğunu nəzərə alaraq 3 saat orta günlük iş rejiminin götürülməsini məqsədəmüvafiq hesab edir, ona görə 12 saat orta günlük iş rejimi ilə hesablamalar aparılmalıdır. Beləliklə, iddiaçı tərəfindən cavabdehə cəmi olaraq xx.xx.2020-ci il tarixli aktla müəyyən edilmiş 334,78 manat məbləğində ziyan vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin akt üzrə iddiaçının silinməsini istədiyi 669,60 manat ziyandan 334,78 manat hissəsi silinməli, digər 334,78 manat hissəsi isə onun tərəfindən "Azəriqaz" İB-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" Qanunun 9.1.5-ci bəndinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad olunurlar. Hazırki iş üzrə ödənilməli olan dövlət rüsumu 107,13 manat təşkil edir. İddianın 8713,4 manat məbləğdən 8378,62 manat hissəsi (96,15%) təmin edildiyindən, dövlət rüsumunun 96,15%, yəni 103 manat cavabdehdən alınaraq dövlət büdcəsinə, qalan 4,13 manat isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 8378,62 manat borc silinsin. Ödənilməli olan 107,13 manat məbləğində dövlət rüsumunun 103 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə, qalan 4,13 manat isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-4452/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4452/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver