Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4453/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 övladlığa götürmə tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 övladlığa götürmə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19.12.2019-cu il təvəllüdlü X6 onlar tərəfindən övladlığa götürülmüş hesab edilməsi, 19.12.2019-cu il təvəllüdlü X8 “Seyidzəkiyeva” soyadının verilməsi, 19.12.2019-cu il təvəllüdlü X6 doğulması haqqında akt qeydlərində onların uşağın valideynləri kimi yazılması və buna dair yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 31.05.2005-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsində rəsmi nakaha daxil olaraq ailə qurmuşlar. Uzun illər uşaqları olmadığı səbəbindən uzaq qohumları olan maraqlı şəxslər “Rəhimov”lar ailəsinin 19.12.2019-cu il tarixdə doğulmuş X9 övladlığa götürüb saxlamağa başlamışlar. Uşaq doğulduğu vaxtdan onların ailəsində yaşayır, onlar uşağı öz doğma uşaqları kimi sevir, qayğısına qalırlar. Hətta uşağa “Zeynəb” adını da onlar vermişlər. Övladlığa götürülmənin dövlət qediyyatına alınması istiqamətində uçota alınmaqları və rəy verilməsi üçün maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmişlər. Həmin Agentliyin «Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair» 29 aprel 2021-ci il tarixli rəyində qeyd edilib ki, Ərizəçi2 və Ərizəçi1 tərəfindən X6 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab olunur. Onlar 08.06.2020-ci və 22.04.2021-ci il tarixlərdə Bakı şəhərində yerləşən 5 nömrəli Şəhər Poliklinikasında müvafiq müayinələrdən keçmişlər və həmin arayışlarla müəyyən olunur ki, onların sağlamlığı övladlığa uşaq götürmək üçün uyğundur. Ərizəçilərdən biri - Ərizəçi1 21 saylı Birləşmiş Şəhər Xəstəxanasında «tibb bacısı» çalışmaqla 294 manat, digəri - Ərizəçi2 isə «X10 LTD» şirkətində «takelajçı, neft və qaz quyuları üzrə hazırlıq operatoru» vəzifəsində çalışmaqla 962 manat maaş alır. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhmanov küçəsi adlanan ərazidə özlərinə məxsus yaşayış sahəsi 80 kv.m. fərdi yaşayş evləri vardır və maddi-məişət şəraitlərinin müayinəsinə dair maraqlı şəxs tərəfindən akt tərtib edilmişdir. Odur ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 19.12.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş X6 onlar tərəfindən övladlığa götürülmüş hesab edilməsini və uşağın doğum akt qeydlərində onların uşağın valideynləri kimi yazılmasını istəyirlər. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxslər (nümayəndə) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi və vəkili X12 ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 nümayəndəsi və vəkili X5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş 31.05.2005-ci il tarixli, AZ-İ 161749 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ilə X2 31.05.2005-ci il tarixdə nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada “Seyidzəkiyeva” soyadı verilmişdir. İş materialında olan 5 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.12.2019-cu il tarixli, AZ-İV 386694 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 19.12.2019cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası qrafasında “Maraqlı şəxs1”, anası qrafasında “Maraqlı şəxs2” qeyd edilmişdir. İş materialında olan ərizəçilər Ərizəçi2 və Ərizəçi1 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 tərəfindən birgə yazılmış və imzalanmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Ərizəçi1 əri Ərizəçi2 ilə birlikdə X9 övladlığa götürməyə razıdır və övladlığa götürmə ilə bağlı qanunvericiliklə tələb olunan onunla (onlarla) bağlı gəlirlər, maliyyə öhdəlikləri, əmlak, məhkumluq, sağlamlıq və digər zəruri məlumatların (arayışların) müvafiq dövlət orqanları və təşkilatları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında Nazirliyə təqdim edilməsinə razılıqlarını bildirir və bunu imzaları ilə təsdiq edirlər. Onlarla birgə eyni ünvanda daimi olaraq, şəxs (şəxslər) yaşamır. Maraqlı şəxs1 və Maraqlı şəxs2 övladı X6 Ərizəçi1 və əri Ərizəçi2 tərəfindən övladlığa götürülməsinə razıdırlar. İş materialında olan “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” X18 tərəfindən verilmiş 23.04.2021-ci il tarixli tibbi rəydən görünür ki, 19.12.2019-cu il təvəllüdlü X13 praktiki sağlamdır. İş materialında olan 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş Övladlığa götürmə ilə bağlı 87 nömrəli 22.04.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Ərizəçi1 praktiki sağlamdır. X11, Ruhu xəstəliklərlə bağlı dispanserdə qeydiyyatda yoxdur. Halhazırda psixi pozuntu aşkarlanmır. İş materialında olan 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş Övladlığa götürmə ilə bağlı 86 nömrəli, 22.04.2021-ci il tarixli tibbi arayışdan görünür ki, Ərizəçi2 praktiki sağlamdır. X11, Ruhu xəstəliklərlə bağlı dispanserdə qeydiyyatda yoxdur. Halhazırda psixi pozuntu aşkarlanmır. İş materialında olan «X10 LTD» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 11 nömrəli 15.01.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 01.01.2012-ci il tarixdən «X10 LTD» şirkətinin Azərbaycan Respublikasındakı filialı QƏYTS-də “quyuların əsaslı və yeraltı təmirlərə hazırlanması üzrə operator” vəfizəsində işləyir və orta aylıq əmək haqqı 962 manat təşkil edir. İş materialında olan 21 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 151 nömrəli, 21.01.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 12.02.2015-ci ildən 21 saylı Birləşmiş Şəhər Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir, aylıq maaşı 294 manat təşkil edir. İş materialında olan Ramana Bələdiyyəsi tərəfindən verilmiş 371 nömrəli, 08.10.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 Ramana qəsəbəsi, İslam Rəhmanov küçəsi adlanan ərazisində yerləşən ona məxsus yaşayış sahəsi üzrə 80 kv.metr əmlakı Ramana bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ərizəçi2 ünvanlanmış 29.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi2 övladlığagötürmə ilə bağlı 19.06.2020-ci il tarixli, 8İ-405 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında o, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə ilə bağlı təşkil olunan və ya həyata keçirilən müvafiq prosedurlardan keçmişdir. Övladlığagötürmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş mərhələlərin nəticəsinə uyğun olaraq övladlığagötürmənin əsaslandırılması məqsədi ilə habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 347.1.7-cı maddəsinin tələbinə əsasən məhkəməyə təqdim edilmək üçün övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu barədə rəyi və 348.2.1 -ci maddəsinin tələbinə uyğun olaraq övladlığa götürənlərin (götürənin) maddi-məişət şəraitinin müayinəsi aktı əlavədə təqdim edilir. İş materialında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 06.03.2020-ci il tarixli **********1 nömrəli əmri ilə təsdiq edilmiş “Övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair” 29.04.2021-ci il tarixli rəyin məzmunundan görünür ki, valideyn-namizədlərlə müsahibə aparılmış, müsahibə zamanı valideyn-namizədlər ailələrində uşaq olması,valideynlik hissini yaşamaq, uşağa qayğı göstərmək istədiklərinibildirmişlər. Valideyn-namizədlər övladlığa götürülən uşağa təhsil almaqda, cəmiyyətə layiqli övlad olaraq yetişməkdə dəstək göstərəcəklərini qeyd etmişlər. Valideyn-namizədlər övladlığa götürülən uşağın onları öz doğma valideynləri kimi tanımasını istədiklərini bildirmişlər. Müsahibə nəticələrinə əsasən övladlığa götürülən uşaq doğulduğu gündən valideyn-namizədlərlə birgə yaşayır. Bundan əlavə həmin rəydən görünür ki, uşağın valideyn-namizədin (valideynnamizədlərin) evində sınaq müddətində yerləşdirilməsinin nəticəsində valideyn-namizədin (valideyn-namizədlərin) növbəti mərhələyə keçməsinə mane olan hal aşkar edilməmişdir/aşkar edilmişdir (ətraflı səbəbi qeyd etmək): Ailə Məcəlləsinin 118.11 -ci maddəsininin tələbinə əsasən valideyn-namizədlərin yaşadığı ünvan 1 ünvanında övladlığa götürülən uşağın sınaq müddətində müvəqqəti yerləşdirildiyi 3 ay ərzində monitorinqlər keçirilmiş və uşağın layiqli həyat şəraiti ilə təmin edilməsi, onun sağlamlığı, psixo-sosial, fiziki inkişafı və təhlükəsizlik vəziyyəti haqqında müvafiq qeydlər aparılmışdır. Sınaq müddəti ərzində monitorinqlər zamanı uşağın valideyn-namizədlərə olan münasibəti, uşağın fiziki və psixi sağlamlıq vəziyyəti, ailənin uşağa qarşı olan diqqət və qayğısı müşahidə olunmuşdur. Valideyn-namizədlər uşağın sağlamlığına diqqətlə yanaşmış, onu müntəzəm tibbi müayinələrdən keçirmişlər. Müayinələrin nəticəsinə əsasən övladlığa götürülən uşaq sağlamdır. Uşağın sosiallaşmasını təmin etmək üçün valideynnamizədlər mütəmadi olaraq onu gəzintiyə aparmışlar. Uşaq ailə üzvləri ilə rahat vaxt keçirmiş, sınaq müddəti ərzində valideyn-namizədlərlə uşaq arasında doğmalıq münasibəti və güclü emosional bağlılıq yaranmışdır. Uşağın sınaq müddəti ərzində psixososial, emosional, fizioloji və idraki inkişafı normal keçmişdir. Bildiririk ki, övladlığa götürülən uşağın doğulduğu gündən etibarən valideyn-namizədlərlə birgə yaşaması, onlar arasında valideyn- övlad münasibətinin (emosional münasibətin) formalaşmasına müsbət təsir etmişdir. Uşaq valideyn-namizədləri öz doğma valideynləri hesab edir. Sınaq müddətinin nəticələrinə əsasən bildirilir ki, valideyn-namizədlər uşağa qarşı davamlı qayğı göstərmiş və onun ehtiyaclarına qarşı həssaslıqla yanaşmışlar. Bildirilir ki, valideynnamizədlərin maddi-məişət və iqtisadi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Sınaq müddəti ərzində övladlığa götürülən uşağın hüquqlarının pozulması, ona qarşı zorakılıq və ya etinasızlıq halı baş verməmiş, uşağın mənafeyinə zidd olan, onun sağlamlığına mənfi təsir göstərəcək heç bir zərərli hadisə və uşağın qanunvericilikdə nəzərdə tutulmuş əsas hüquq və maraqlarının qorunmasına qarşı heç bir əks davranış müşahidə edilməmişdir. Valideyn-namizədlər uşağın ailədə yerləşdirilməsi ilə bağlı məmnunluqlarını bildirmiş və Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müvafiq əməkdaşına monitorinqlərin keçirilməsi ilə bağlı şərait yaratmışlar. Uşağın inkişafı, təhlükəsiz şəraitdə yaşaması, sevgi və qayğı ilə əhatə olunması üçün valideyn-namizədlərlə birgə yaşaması onun maraqlarına uyğun olaraq qiymətləndirilmişdir. Uşağın sınaq müddətində valideyn-namizədlərin evində yerləşdirilməsinin monitorinqinin yekun hesabatına əsasən uşağın ailədə yerləşdirilməsi müvəffəqiyyətlə nəticələnmişdir. Yuxarıda qeyd olunanlara və övladlığa götürmə mərhələlərinin nəticələrinə əsasən valideyn-namizədlər Ərizəçi2 və Ərizəçi1 tərəfindən X6 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. İş materialında olan valideyn-namizədin maddi-məişət şəraitinin müayinə nəticəsinə dair aktdan görünür ki, valideyn-namizədlər Ərizəçi2 və Ərizəçi1 yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildə uşağın yaşaması və inkişafı, təhlükəsizliyi üçün uyğun şərait vardır. İş materialında olan Ramana qəsəbəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 1941 saylı, 28.08.2020-ci iln tarixli arayışdan görünür ki, Ərizəçi2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, İslam Rəhmanov küçəsində yeləşən evdə həyat yoldaşı Ərizəçi1 və övladlıq X13 ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 122.4.-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı məhkəməyə övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.1-ci maddəsinə görə övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, övladlığa götürənlərin uşağı övladlığa götürməsinə mane olan hal yoxdur, onların hər ikisi uşağı övladlığa götürmək hüququna malik şəxslərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə görə övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onları övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər. Həmin Məcəllənin 127.3-cü maddəsinə əsasən övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Beləliklə, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq olundu ki, 19.12.2019-cu il təvəllüdlü X6 bioloji valideynləri – iş üzrə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 övladlığa götürmək istəyən Ərizəçi1 bibisinin qohumudur, ailələr arasında inam və etibar mövcuddur. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 uşağı maddi və mənəvi cəhətdən tam təmin etmək iqtidarındadırlar. Övladlığa götürülən uşağın atası Maraqlı şəxs1 və anası Maraqlı şəxs2 uşaqlarının övladlığa götürülməsinə notariat qaydasında yazılı razılıq vermişlər. Məhkəmə hesab edir ki, Bakı şəhərində doğulmuş 19.12.2019-cu il təvəllüdlü X6 Ərizəçi2 və Ərizəçi1 tərəfindən övladlığa götürülməsi övladlığa götürülən uşağın mənafeyinə uyğundur və bunu istisna edən heç bir hallar yoxdur. Buna görə də, 19.12.2019-cu il təvəllüdlü X1 Rövşən Zöhrab oğlunun və Ərizəçi1 övladlığına verilməlidir Azərbaycan Respublikasının MPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh edilənləri və uşağın mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 iləMaraqlı şəxs2 birgə nikahından doğulmuş 19.12.2019-cu il təvəllüdlü X13 ərizəçilər Ərizəçi2 və Ərizəçi1 övladlığına verilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 349, 350-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs1 ilə Maraqlı şəxs2 birgə nikahından doğulmuş 19.12.2019-cu il təvəllüdlü X13 xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 16, mənzil 59 ünvanında qeydiyyatda olan Ərizəçi1 və xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Xanlar küçəsi, dalan 2, ev 10 ünvanda qeydiyyatda olan Ərizəçi2 tərəfindən övladlığa götürülmüş hesab edilsin. 19.12.2019-cu il təvəllüdlü X6 doğum haqqında akt qeydində soyadı “Seyidzəkiyeva”, adı Zeynəb, ata adı Rövşən, atası qrafasında Ərizəçi2, anası qrafasında Ərizəçi1 yazılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4453/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4453/2021
28.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver