Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4453/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Novruzova Narınc Sərdar qızının, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 10650.76 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında olan fərdi evdə yaşayır. Qeyd olunan evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərinə əsasən ünvanda smartkart tipli sayğac quraşdırılmışdır. Cavabdeh əməkdaşları tərəfindən evdə əlavə xətdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimə yazılmışdır. Bunların heç birindən onun xəbəri olmamışdır. İddiaçı tərəfindən Cavabdeh İB aktları və şəkilləri tələb etsə də, aktları verilmiş, lakin şəkilləri verməmişlər. Aktlarla tanış olan zaman 10650,76 manat cərimə yazılması ona məlum olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 7892 manat 44 qəpik borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək, sayğacdan kənar qoşulma olmadığını, aktları xəbər vermədən yazdıqlarını, qaz balonu işlətdiyini, sonuncu dəfə isə 100 manat ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00040 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 7892,44 manat məbləğində borc hesablanmışdır. - Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazın istifadə qaydalarının pozulması haqqında xx.xx.2016-cı il tarixli 092756 nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2019-cu il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2020-ci il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt, xx.xx.2024-cü il tarixli ******* nömrəli aktlar tərtib olunmuşdur. Abonentin saldosu üzrə cavabdehin borcu 7892,44 manat təşkil edir. - 621,88 manat debitor borc. - 7270,56 manat aktlar üzrə hesablanmış ziyan məbləği təşkil edir. - İddiaçının aktlar üzrə ziyan məbləği 2022-ci ilin may ayına kimi 4331,20 manat təşkil edir. Məhkəmə iş üzrə yazılmış aktlardan məhkəmə təcrübəsinin vahidliyi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən 2022-ci ilin may ayından sonra Qaz təchizatı haqqında qanunun 13-cü maddəsinə olan dəyişikliklə bağlı yazılmış aktlar əsasında inzibati orqana müraciət olunmadığı halda yazılmış aktlar nəzərə alınmamalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Dəymiş ziyan olaraq hesablanmış 4331,20 manatla bağlı məhkəmə hesab edir ki, Cavabdeh İB əməkdaşları bu aktların yazılmasına suni şəkildə şərait yaratmışdır. Azəriqaz İB-nin əməkdaşları tərəfindən abonent barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib olunmuş, aktın heç biri abonent tərəfindən imzalanmamışdır. Təbii qazdan istifadə qaydaları pozulması aşkar olunduğu halda, abonentin qaz təchizatı dayandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” na əsasən cavabdeh təşkilat üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar xətt üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Belə ki, abonent barədində təbii qazın talanmasına görə dəfələrlə akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsinində vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, hazırki iddia üzerə Cavabdeh İB tərəfindən məlum aktlar əsasında çoxsaylı kənar qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə hansı səbəblərə görə edilməməsi, edilmişdirsə həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim olunmamışdır. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı cavabdehin abonent saldosunda 7892,44 manat borc olduğu müəyyən edilmiş, həmin borc məbləğindən 621,88 manat debitor borcu, 7270,56 manatı isə aktlar üzrə dəymiş ziyan kimi hesablanmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB-nin İddiaçı qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə 2022-ci ilin may ayına kimi hesablanmış 4331,20 manat dəymiş ziyan məbləği ilə bağlı məhkəmə hesab edir ki, 4331,20 manat aktlar 2022-ci ilin may ayına kimi aktlar üzrə hesablanmış bu məbləğ Cavabdeh İB əməkdaşlarının təqsiri üzündən yaranmışdır. Belə ki, qanunvericiliyin də tələbinə uyğun olaraq əgər ki, vətəndaşın qanunsuz qoşulma halı aşkar edilmişdirsə bu barədə müvafiq olaraq inzibati orqana xəbər verilməklə kənar xət dərhal qaynaqla ayrılmalı idi. Lakin iş materiallarından göründüyü kimi buna əməl olunmayaraq hər ay göstərilən ünvana Cavabdeh İB əməkdaşları gəlib gəlməməsi də məlum olmadan akt tərtib edilərək eyni görüntünü əks etdirən fotoşəkillər əlavə edilməklə kifayətlənmişlər. 2022-ci ilin may ayına kimi olan dövr ərzində aktlar üzrə yazılmış 4331, 20 manat ziyan məbləğindən əvvəlki 3 ili yəni 2019-cu ilin 1-ci ayı üçün 133 manat, 2020-ci ilin 1-ci ayı üçün 504 manat və 2021-ci ilin 1-ci ayı üçün 0 manat cəmi 637 manat aktlar üzrə dəymiş ziyan məbləği hesablanmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı aktlar üzrə qanunsuz olaraq tərtib edilmiş təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7892, 44 (yeddi min səkkiz yüz doxsan iki manat, qırx dörd qəpik) manat borc məbləğindən 6633,56 (altı min altı yüz otuz üç manat, əlli altı qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №2(008)-4453/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4453/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver