Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4456/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin vəkilinin Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Cihazqayırma Zavodu MMC-nin 21/K nömrəli 01 apreı 2022ci il tarixli əmək müaviləsinin ləğv edilməsi ilə bağlı əmrin və 09/50 saylı 08 aprel 2022-ci il tarixli həmin əmrə düzəliş edilməsi ilə bağlı müvafiq əmrlərinin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma günlərinı görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, 11 dekabr 2012-ci ildə Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olmuşdur. İşəgötürənin 35/k nömrəli 12 avqust 2014-cü il tarixli əmri ilə bu vəzifədən “kompüter texnikası üzrə sazlayıcı” vəzifəsinə keçirilmişdir. 07 mart 2017-ci ildən işdən çıxarılana qədər müəssisənin 25 nömrəli əmri ilə daimi fəaliyyət göstərən nəzarət komissiyasının üzvü olmuşdur. İşlədiyi müddətdə ona heç bir intizam tənbeh tədbiri tətbiq edilməyib, işini hər zaman məsuliyyətlə yerinə yetirmişdir. X4 zavoda yeni direktor kimi təyin olunandan etibarən ona qarşı qərəzli münasibət bəsləmişdir. İlk öncə, ona 3 ilə yaxındır zavodda kompüterlərin sayının artması ilə əlaqədar olaraq vəzifə maaşına 315 manat məbləğində verilən əlavənin ödənilməsi dayandırılmışdır. 12 may 2021-ci il tarixdə isə onu yanına çağırıb ixtisasına uyğun olmayan fəhlə vəzifəsinə keçməyini tələb etdi. Bunu qəbul etmədikdə isə çalışdığı kompüter texnikası üzrə sazlayıcı vəzifəsini ixtisara salmaqla məni təhdid etdi. Sonradan iddiaçı ona ayrılmış xidməti iş otağından çıxarılmış və ümumi işçilər üçün olan otağa keçirilmiş, bir müddət sonra isə təsərrüfat və tikinti işçilərinin otağına keçirilmişdir. Bu iş şəraiti isə iddiaçının əmək funksiyalarını yerinə yetirməsi üçün münasib deyildi. Belə ki, kompüterlərin sazlanması və təmiri üçün xidməti otağa, diaqnostika edilməsi üçün isə kompüter avadanlığına ehtiyac var. Beləliklə, iddiaçının əmək şəraiti çətinləşdirililmişdir. 22 noyabr 2021-ci il tarixində kadrlar üzrə aparıcı mühəndis Xalidə Abdullayevə iddiaçının yanına çağırtdırılmış və X2 idarə olunması üzrə operatorun işdən çıxdığını bildirmiş və iddiaçının həmin işə keçməsini tələb etdi. İddiaçı isə cavabında bunun onun ixtisasına uyğun olmadığını bildirmişdir. İNKTŞ şöbəsində 35 nəfər işçi var idi və yalnız ona qarşı münasibətdə ayrı- seçkilik mövcud idi. İddiaçı 7 mart 2021-ci ildə və 18 iyun 2021-ci il tarixlərində İNKTŞ şöbə rəisinə xidməti məlumat yazaraq müraciət etmiş, lakin müraciətlərinə baxılmamışdır. 22 fevral 2022-ci il tarixdə müəssisə ştatların ixtisarı qərarına gəlmiş və yalnız onun çalışdığı ştat olan kompüter qurğularının sazlayıcısı ştatının ixtisara salınması qərara alınmışdır. Müəssisənin qanunsuz işdənçıxarma siyasəti təkcə iddiaçı ilə məhdudlaşmışdır. Bir sıra işçilərə imza çəkdirilərək müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə çevrilmiş, digərləri hədə-qorxu tətbiqi ilə işdən çıxarılmış, iddiaçıdan əlavə 5 işçi isə fevral ayından verilmiş müvafiq əmrlə ixtisarla işdən çıxarılmışdır. Rəhbərliyin müvafiq əmri əsasında (21/k saylı və ona düzəliş edilməsi barədə 33 saylı) isə 05 aprel 2022-ci il tarixindən işdən çıxarılmışdır. Bu qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, müəssisədə bu vəzifəyə böyük ehtiyac olmasına baxmayaraq bu ştatın ixtisara salınması olduqca məntiqsizdir. Ona bildirmişlər ki, müəssisədəki kompüterlərin mütəmadi olaraq yenilənməsi onların yenilənməsinə olan tələbi aradan qaldırır. Onun 9 il kompüter proqramlaşdırılmasında təcrübəsi var və buna əsaslanaraq o qeyd edir ki, kompüterlərin mütəmadi olaraq yenilənməsi kompüter nasazlığı problemini və işçilərin avadanlıqlarla müvafiq problemlərini aradan qaldıra bilməz. Avadanlıqların yenilənməsi ancaq problemlərin yaranmasını bir müddətliyinə ləngidə bilər. Kompüterlərə nəzarət edilərək “Windows ƏS”, Microsoft Office proqramları və antivirus proqramlarına nəzarət edərək yarana biləcək sistem səhvlərinin aradan qaldırılmasında kompüter texnikası üzrə sazlayıcının iştirakı mütləqdir. "xxxx" MMC-nin" bəzi ştatların ixtisar olunması haqqında” 18 nömrəli 16 fevral 2022-ci il tarixli əmrindən çıxarışda qeyd olunur ki, istehsalat həcminin azalması və nəticədə müəssisənin maliyyə vəziyyətinin zəifləməsini nəzərə alaraq, işçilərin sayının optimallaşdırıiması, əmək fəaliyyətinin məhsuldarlığının artırılması və əmək haqlarının vaxtında verilməsi məqsədilə bəzi ştatlar ixtisar edilir. Bunlar isə sadəcə söz yığını və əmək hüquq nəzəriyyəsində ştatların ixtisarı terminini izah edən anlayışlardır. İşəgötürən niyə bu addımı atdığını əsaslandırmır,maliyyə vəziyyətinin çətinləşdiyini təsdiqləyən faktlar göstərmir. Müəssisədə ştatların ixtisarının aparılması üçün ciddi əsaslar olmalı və bunlar öz növbəsində əsaslandırılmalıdır. Əgər, doğrudan da, bu vəzifəyə ehtiyac yox idisə, ondan 2014-cü ildə iddiaçının elektron hesablayıcı maşınların operatoru vəzifəsindən məhz bu vəzifəyə niyə keçirilməsi də sual yaradır, bu həmçinin vəzifənin aktuallığını təsdiqləyir. Bu ştatın yaradılması, 2019-cu ildə isə iş yükünün çoxluğundan dolayı əmək haqqına əlavənin hesablanması da müəssisədə bu vəzifəyə ehtiyacın zəruriliyini əsaslandırır. Əlavə olaraq da qeyd edir ki, rəhbərlik iddiaçının çalışdığı ştatı ixtisar etsə də, kompüter avadanlıqlarının sazlanması üçün digər müəssisələrdə çalışan işçiləri xidməti müqavilə əsasında cəlb edir, deməli bu ştata ehtiyac var, işəgötürən isə sırf iddiaçını işdən çıxarsın deyə çalışdığı ştatı ixtisara salmışdır. Konkret ştatda sadəcə iddiaçı çalışmışdır. Hər kəs razılaşar ki, hazırda bütün müəssisələrdə kompüter texnikalarından geniş şəkildə istifadə edilir. Təbiidir ki, əgər kompüterlərdən geniş şəkildə istifadə olunursa, deməli, onların sazlanmasına da ehtiyac var. İddiaçı işlədiyi dövrdə də daimi olaraq buna tələbat olub. 2021-ci il üçün müəssisədə 51 kompüter var. Bu isə onların təmirə ehtiyacını və sazlanması zərurətini qaçılmaz edir. Maraqlı olan odur ki, belə bir böyük müəssisədə sadəcə iddiaçı çalışdığı və xeyli lazımlı ştat ixtisar olunur. Bu addım müəssisəyə hansı faydanı verəcək? İddiaçınım aldığı əmək haqqından xilas olmaqla müəssisənin maliyyə vəziyyətimi düzələcək, yoxsa nəzarətsiz qalan kompüterlərin sıradan çıxmasımı müəssisəyə fayda gətirəcək? İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalıdır. Belə ki o 9 illik çalışma dönəmimdə iddiaçıya heç bir intizam tənbeh tədbiri verilməmişdir, işini yüksək səviyyədə yerinə yetirmişdir. Bundan əlavə, iddiaçıdan 5 və 2 yaşlarında iki azyaşlı uşağı var. Qanunvericiliin tələbinə görə öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların da ixtisar zamanı işdə saxlanmağa üstünlük hüququ var. Yoldaşı Hepatit-C və 2-ci tip şəkərli diabet xəstəsidir. Ailənin tək qazanc yeri bu iş idi. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin 21/K nömrəli 01 aprel 2022-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrinin və 09/50 saylı 08 aprel 2022-ci il tarixli həmin əmrə düzəliş edilməsi ilə bağlı müvafiq əmrlərinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin vəkilinin Vəkil iddia tələbinin əsasız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan 11 dekabr 2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin direktoru Fərhad Cəfərquliyevin 35/k nömrəli 12 avqust 2014-cü il tarixli əmrinin surətindən görünür ki, İddiaçı icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq həmin şöbədə “kompüter texnikası üzrə sazlayıcı” vəzifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə əsasən 6-cı dərəcə ilə ödənməsinə əmr edilmişdir. İş materiallarında olan 135588 nömrəli əmək kitabçasının surətindən görünür ki, 11 dekabr 2012-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olmuş, 05 aprel 2022-ci il tarixindən işdən çıxarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin “bəzi ştatların ixtisar olunması haqqında” 18 nömrəli 16 fevral 2022-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, İNKTŞ-nın komputer texnikası üzrə sazlayıcı statı ixtisar olunmuş, həmin ştatış əvəzində işçilərə rəqəmsal proqramla dəzgahların idarə olunması operatoru təklif olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli, 21/5 nömrəli əmrin surətindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18 saylı əmrinə əsasən ştatların ixtisar olunması ilə əlaqədar İddiaçı - icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin kompüter texnikası üzrə sazlayıcısı 05 aprel 2022-ci ii tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ştatların İxtisar ediiməsi ilə əlaqədar, tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci ii tarixindən ləğv edilməsi, xx.xx.2021 - 05,04.2022-ci iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinin əvəzinə 28 gün pul əvəzi( kompensasiya) ödənilməsi, əmək Məcəlləsinin 77- ci maddəsinin 3-cü hissəsinə əsasən 09 il 3 ay 25 gün əmək stajı olduğu üçün ona orta aylıq əməkhaqqının 1,7 misli miqdarında müavinət ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in 25 saylı, 07 mart 2017-ci il tarixli əmrinin surətindən görünür ki, 'Bakı Cihazqayırma zavocu MMC-də kompüter texnikası vo onlara qoşulan qumulaun müvafiq qaydada istifadəsinə nəzarət uçun damı -fəaliyyət göstərən komissiyanın yaradılmiş, iddiaçı nəzarət komissiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli, 33 nömrəli 05 04 2022-a il tarixli 21 /k saylı əmrdə düzəliş edilməsi barədə əmrinin surətindən görünür ki, "Bakı Cihazqayırma zavodu MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin kompüter texnikası üzrə saziayıcısı İddiaçı ilə ‘Əmək müqaviləsinin ləğv edilməsi barədə" xx.xx.2022-ci u lanxiı 21/k saylı əmrində mexaniki səhv olaraq 01.0412022-ci ii tarixi qoyulmuşdur Yaranmış nöqsanın aradan qaldırılması məqsədi ilə əmrin verilmə tarixində göstərilən xx.xx.2022~ci il tarixi düzəliş edilərək həmin əmrin verilmə tarixi xx.xx.2022-ci il tarixi hesab edilməsi, əmrin surətinin müvafia qaydada İddiaçı çatdırılması təmin edilməsi əmr edilmişdir. "Bakı Cihazqayırma Zavodu” MMC tərəfindən İddiaçı göndərilmiş xəbərdarlıqdan görünür ki, ştatların ixtisar edilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in 09/17 saylı, xx.xx.2022-ci il tarixli ştatların ixtisar edilməsi haqqında təqdimatdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən Bakı Cihazqayırma Zavodu” MMC-nin X1 sədri G.F.Məhəmmədovaya təqdimat ilə müraciət olunmuş, 6 statın (həmçinin iddiaçının qeyd etdiyi rəqəmsal proqramla dəzgahların idarə olunması operatoru ştatı) "xxxx" MMC-nin izafi xərclərinin aradan qaldırılması və işçilərin əməyinin məhsuldarlığının zərurəti ilə bağlı ixtisar olunmasını təklif etmişdir. Bakı Cihazqayırma Zavodu” MMC-nin X1 1 saylı İclas Protokolundan görünür ki, həmkarlar İttifaqı təşkilatına daxil olmuş 09/17 nömrəli xx.xx.2022-ci il tarixli ştatların ixtisarı ilə bağlı “Bakı Cihazqayırma Zavodu" MMC-nin təqdimatının müzakirə edilmiş, etiraz daxil olmamış və yekdilliklə məqsədəmüvafıq hesab edilmişdir. Bakı Cihazqayırma Zavodu” MMC-nin X1 2 saylı İclas Protokolundan görünür ki, həmkarlar İttifaqı Təşkilatına daxil olmuş İNKTŞ-nin Kompüter texnikası üzrə sazlayıcısı R G.Rəcəblinin xx.xx.2022-ci il tarixli şikayətinə baxılmış və R.Rəcəbinin əmək şəraitinin normadan aşağı olması və ya pisləşməsi aşkar edilməmiş, rəhbərllık və şöbə rəisinin İddiaçı aid sərəncam və göstərişləri əməl qanunvericiliyi çərçivəsində verilmiş və direktorun, şöbə rəisinin, kadrlar xidməti işçilərinin İddiaçı qarşı qərəzlili münasibətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırılması zaman müəyyən edilir ki, xx.xx.2012-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-in icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə işçilərin sayının və ştatların ixtisar edilməsi səbəbindən X3 ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli əmrinin ləğv qanunsuz olduğundan ləğv edilməsini məhkəmədn xahiş etsədə mülki işin matriallarına əalvə edilmiş sənədlərdən işəgötürən tərəfindən müqaviləni ləğv edilən zaman Əmək qanunvericiliyinin müddalaraının pozulması halları müəyyən edilmədi. Belə ki, işəgötürən ilk öncə həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmiş, həmkarlar ittifaqının müvafi q rəyini aldığdan sonra iççiyə qanunla müəyyən edilmiş müddətdə məlumat verilmiş, ona müfaviq ştat təklif edilmiş, razılıq əldə edilmədiyində müfaviq əmr ilə əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə Bakı Cihazqayırma Zavodu MMC-nin 21/K nömrəli 01 apreı 2022ci il tarixli əmək müaviləsinin ləğv edilməsi ilə bağlı əmrin və 09/50 saylı 08 aprel 2022-ci il tarixli həmin əmrə düzəliş edilməsi ilə bağlı müvafiq əmrlərinin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı və qanunidir və təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4456/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4456/2022
19.07.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver