Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4512/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçının vəkili və nümayəndəsi X6, Cavabdeh4 MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakları ilə İddiaçı Qafqaz Müsəlmanları İdarəsinin Cavabdehlər Cavabdeh1, Cavabdeh2, regionnews.az internet portalında xəbər yerləşdirən Cavabdeh3, Cavabdeh4 MMC-yə qarşı həqiqətə uyğun olmayan faktların təkzib edilməsi və mənəvi zərərin tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Qafqaz Müsəlmanları İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, regionnews.az internet portalının baş redaktoru Cavabdeh3, yenisabah.az internet portalınının redaksiyasına qarşı məhkəmədə iddia qaldıraraq aşağıdakılar barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: cavabdehlər X4 və Cavabdeh2 tərəfindən regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə və yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə yayılmış həqiqətə uyğun olmayan məlumatlar təkzib edilsin və cavabdehlər X4 və Cavabdeh2 tərəfindən heç bir əlavə və ya şərh verilmədən, videomüraciət ilə aşağıdakı məzmunda təkzib verilsin: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Biz - X4 və Cavabdeh2 bildiririk ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X4 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Biz - X4 və Cavabdeh2 bildiririk ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X4 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” regionnews.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin regionnews.az internet portalından çıxarılması vəzifəsi regionnews.az internet portalının redaksiyasının üzərinə qoyulsun. regionnews.az internet xəbər portalının redaksiyası həmin məqalədə göstərilən məlumatları təkzib edərək regionnews.az internet xəbər portalında, “əsas səhifə” bölməsində, məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdehlər X4 və Cavabdeh2 adından heç bir əlavə və ya şərh verilmədən, aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. regionnews.az internet xəbər portalının redaksiyası və onun baş redaktoru bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X4 və Cavabdeh2 Füzuli oğlu Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” yenisabah.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin yenisabah.az internet portalından çıxarılması vəzifəsi yenisabah.az internet portalının redaksiyasının üzərinə qoyulsun. yenisabah.az internet xəbər portalının redaksiyası həmin məqalədə göstərilən məlumatları təkzib edərək yenisabah.az internet xəbər portalında, “Ana səhifə” bölməsində məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdehlər X4 və Cavabdeh2 adından heç bir əlavə və ya şərh verilmədən aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. yenisabah.az internet xəbər portalının redaksiyası və onun baş redaktoru bildirir ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən biz - X4 və Cavabdeh2 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik. “ Kütləvi informasiya vasitəsində həqiqətə uyğun olmayan məlumatların yayılması nəticəsində mənəvi zərər vurulduğuna görə cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat məbləğ tutularaq, Azərbaycan Respublikasının Silahlı X13 hesabına köçürülsün. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, regionnews.az internet portalının internet səhifəsində 24.02.2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədri barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən aşağıdakı məzmunda məlumatlar yayılmışdır: «Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Cavabdeh1 adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. O, müraciətində bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib. “RegionNews.az” xəbər verir ki, şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 min manat pul da tələb olunub:“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?...”yenisabah.az internet portalında (baş redaktor Nümayəndə) 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlıqlı məqalə dərc edilmişdir. Həmin məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədri barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti ləkələyən aşağıdakı məzmunda məlumatlar yayılmışdır:“...Qazax rayonu Əhməd Seyidov 46 ünvanında yaşayan Cavabdeh1 adlı sakin yeni tikdikləri Tövbə məscidinin qeydiyyata alınmaması ilə bağlı videomüraciət edib. “Yeni Sabah” xəbər verir ki, “RegionNews.az”a təqdim etdiyi müraciətində o bildirir ki, bir neçə adamın öz hesabına tikdikləri məscidi sənədləşdirmirlər. Qafqaz Müsəlmənları İdarəsindnən tələb edilən rəylə bağlı dəfələrlə yazılı müraciət etsə də, onlara heç cavab da verilməyib.Şikayətçi yaydığı videomüraciətdə iddia edir ki, QMİ-də mühüm vəzifədə çalışan Əlirıza adlı şəxs onlara söz verib ki, sənədləşdirilməyə kömək edəcək. X. Hüseynzadə deyir ki, onlardan 2000 min manat pul da tələb olunub:“Əlirıza bəyə yoldaşım bal-qaymaq verib. Yoldaşımı aldadıb, deyib ki, narahat olma. Siizn məscidə sənəd alıb verəcəm. Biz təkrar məktub yazıb göndərdik. Allahşükür Paşazadə bizə cavab vermir. Dövlət başçısına da müraciət etmişik. Bizdən 2000 pul tələb edir, axı hardan tapaq o qədər pulu. Mən dörd uşağımla getmişəm ora. Amma məhəl qoyulmur. “Tövbə” məscididir. Buna da pul alıb sənədləşdirərlər?...”Həmin məqalələrdə qeyd edilənlər həqiqətə uyğun olmayan məlumatlardır, həmin məlumatları dərc edən cavabdeh internet portalları isə bu məlumatların həqiqiliyini yoxlamadan, açıq-aşkar qanun pozuntuları, o cümlədən təqsirsizlik prezumpsiyasının pozulması ilə müşahidə edilən məlumatları dərc etmişdir. Həmin məqalələrdə guya, 2.000 manat pul tələb edilməsi, həmin pulun qarşılığında müraciət edənin tələbinin həyata keçirilməsi və s. bu kimi faktlar sadalanır və bu məqalə oxucularda belə yanlış fikir formalaşdırır ki, guya, həmin şəxsdən 2.000 manat pul tələb edilmişdir. Bu məlumatlar yalan olmaqla, məqsədi iddiaçının rəhbərini cəmiyyətdə nüfuzdan salmaq, onun müraciət edəndən pul tələb etməsinə oxucuları inandırmaqla, Qafqaz Müsəlmanları İdarəsində hansısa qanunsuz əməllərlə məşğul olunmasına şübhə yaratmaqdan ibarədir. Həmçinin həmin məlumatlar dini forma geyinmiş şəxs tərəfindən səsləndirilmiş, bu da oxucularda həmin məlumatların doğru olması təsəvvürünü gücləndirmişdir. Həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların yayılması, faktiki olaraq, cinayətdə ittiham etmə, mənəvi iztirablara, şərəf və ləyaqətin, cəmiyyətdə nüfuzun ləkələnməsinə yönəlmiş hərəkətlərdir. Məhkəmə regionnews.az internet portalı redaksiya kimi dövlet qeydiyyatından keçmədiyindən və Cavabdeh3 onun baş redaktoru olmadığından həmin cavabdehi regionnews.az internet portalında xəbər yerləşdirən Cavabdeh3 kimi qəbul etmişdir. Buna iddiaaçının nümayəndəsi və Cavabdeh3 özü etiraz etməmişlər. Məhkəmə yenisabah.az internet portalınının redaksiyasını Cavabdeh4 MMC ilə əvəz etmişdir. 13.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh3 ərizə verərək təkzib verməyə razı olduğunu bildirmiş və məhkəmə iclasırın onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X12 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 MMC-nin qanuni təmsilçisi Nümayəndə özlərinə qarşı iddianı qəbul etməyərək onların cavabdehlikdən xaric edilməsini xahiş etdi. Belə ki, KİV haqqında Qanunun 62-ci maddəsinə əsasən o, məsuliyyət daşımır, çünki həmin məlumatı regionnews.az internet portalından götürmüşdür. Bundan başqa, qeyd etdi ki, onlara qarşı işin məhkəməyə gətirilb çıxarıldılmasına ehtiyac yox idi,əgər onlara müraciət edilmə idi məhkəməsiz də həmin məlumatı portaldan çıxardardılar. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Qafqaz Müsəlmanları İdarəsi 01.09.2009-cu il tarixdə 100109A2-01 nömrə ilə Azərbaycan Respublikası Dini Qurumlarla işlər üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınmışdır. İdarənin fəaliyyət predmeti və məqsədi X16 kimi regionda yaşayan müsəlmanların dini qurumlarını özündə birləşdirməkdən ibarət olmuşdur. Qanuni təmsilçisi X10 Paşazadədir. Yenisabah.az və regionnews.az portallarında 24.02.2021-ci il tarixdə yuxarıda qeyd olunan məlumatlar yerləşdirilmişdir. Regionnews.az portalı redaksiya kimi qeydiyyatda keçməmiş, həmin portalda məlumatları yerləşdirən Cavabdeh3dur. Yenisabah.az portalında məlumat yerləşdirən Cavabdeh4 MMC-dir. Cavabdeh4 MMC 05.03.2019-cu il tarixdə ********** qnömrə ilə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. Qanuni təmsilçisi Nümayəndədur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən videodiskə baxış keçirilmişdir. Həmin diskdən özünü Hüseynova Xədicəxanım kimi təqdim edən qadın yuxarıda qeyd olunan məlumatı xalqın nəzərinə çatdırır. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən Cavabdeh1 şəxsiyyət vəsiqəsi məlumatalrı əldə edilmişdir. Cavabdeh1 08.07.1990-cı il tarixdə Cəlilabad rayonunda doğlulmuşdur, yaşayış yeri Qazax rayonu, Cəfərli Ərazi D., Cəfərli kəndidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbini qismən əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin İ hissəsinə əsasən, “Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır”; İİ hissəsinə əsasən, “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”; 57-ci maddəsinin İİ hissəsinə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, “Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin”. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsinə müvafiq olaraq, «Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 45-ci maddəsinə əsasən, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib, bir qayda olaraq, məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və «Təkzib» başlığı altında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Həmin Qanunun 62-ci maddəsinin 3-cü bəndinin mənasına əsasən kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğyn olmayan məlumat digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa kütləvi informasiya vasitəsini məsuliyyətdən azad edən haldır. Cavabdeh4 MMC-nin qanuni təmsilçisi Nümayəndə məlumatı regionnews.az portalından götürdüyünü qeyd edərək cavabdehlikdən çıxarılmalarının istəmişdir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, regionnews.az portalı qanuni qaydada dövlət qeydiyyatından keçəmdiyindən o, kütləvi informasiya vasitəsi hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi isə fiziki şəxslərin şərəf və ləyaqətini, işgüzar nüfuzunu müdafiə etmək hüququnu təsbit edir və müvafiq hüquqmüdafiə vasitələrini göstərir. Belə ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə «fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxununlmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin». Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən «əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir». Qanunun 23.4-cü maddəsinə görə isə «şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 4 saylı qərarında qərara alınmışdır ki, “....3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.” Qeyd edildiyi kimi, dərc edilən həmin məlumatlarda bir qrup şəxs tərəfindən tikildiyi iddia edilən məscidə “sənəd verilməməsindən”, veriləcəyi təqdirdə qarşılığında pul tələb edilməsindən söhbət gedir. Məhkəmə buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki. 20.08.1992-ci il tarixli “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 11-ci abzasına əsasən, “Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına rəy verir”. 04.05.2021-ci il tarixdə həmin maddəyə düzəliş edilmiş və «müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla" əlavə edilmişdir. Qeyd edildiyi kimi, məlumatlar 2021-ci ilin fevral ayında yayımlanmışdır, yəni axırıncı düzəlişə qədər. Beləliklə, qanunvericilikdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tikilmiş məscidə hər hansı bir sənədin verilməsi nəzərdə tutulmamışdır ki, buna görə onlara müraciət ediləsi ola idi. Beləliklə, məhkəmə hesab edir ki, iddia təkzib hissələrdə təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 qarşı rədd edilməlidir, çünki onun bu işə hər hansı bir aidiyyətini məhkəmə müəyyən edə bilməmişdir. X1 mənəvi zərərin əvəzi kimi 5.000 (beş min) manat məbləğ tutularaq, Azərbaycan Respublikasının Silahlı X13 hesabına köçürülməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, həmin məbləğ 500 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X4 tərəfindən regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə və yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə yayılmış həqiqətə uyğun olmayan məlumatlar təkzib edilsin və cavabdehlər X4 tərəfindən heç bir əlavə və ya şərh verilmədən, videomüraciət ilə aşağıdakı məzmunda təkzib verilsin: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Mən - X4 bildirirəm ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X2 Müsəlmanları İdarəsindən üzr istəyirəm.” “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Mən - X4 bildirirəm ki, həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X4 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirəm.” regionnews.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin regionnews.az internet portalından çıxarılması vəzifəsi Cavabdeh3 üzərinə qoyulsun. Cavabdeh3 həmin məqalədə göstərilən məlumatları təkzib edərək regionnews.az internet xəbər portalında, “əsas səhifə” bölməsində, məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdeh X4 adından heç bir əlavə və ya şərh verilmədən, aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “regionnews.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Qafqaz Müsəlmanları İdarəsi 2 min rüşvət istəyir - Problemi bal-qaymaqla həll etmək alınmayıb - Videomüraciət” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X4 Qafqaz Müsəlmanları İdarəsindən üzr istəyirik.” yenisabah.az internet xəbər portalında 24 Fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında dərc edilmiş məqalədə göstərilənlər həqiqətə uyğun olmayan məlumatlar hesab edilsin. Həmin məqalənin yenisabah.az internet portalından çıxarılması vəzifəsi Cavabdeh4 MMC-nin üzərinə qoyulsun. Cavabdeh4 MMC həmin məqalədə göstərilən məlumatları təkzib edərək yenisabah.az internet xəbər portalında, “Ana səhifə” bölməsində məqalənin dərc edildiyi şriftlərin ölçüsündə yazılmaqla, cavabdeh X4 adından heç bir əlavə və ya şərh verilmədən aşağıdakı məzmunda təkzib versin və 1-ci bənddə göstərilən təkzib videomüraciət şəklində paylaşılsın: TƏKZİB “yenisabah.az internet xəbər portalında 24 fevral 2021-ci il tarixdə “Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA” başlığı altında məqalədə Qafqaz Müsəlmanları İdarəsinin Sədrinin barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir. Həmin məqalədə qeyd edilən məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Bu səbəbdən mən - X2 Müsəlmanları İdarəsindən üzr istəyirəm.” İddia Cavabdeh2 qarşı hissədə rədd edilsin. X3 mənəvi zərərin əvəzi kimi 500 manat məbləğ tutularaq, Azərbaycan Respublikasının Silahlı X13 aşağıdakı hesabına köçürülsün: Bankın adı: Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialı Bankın ünvanı: ünvan 3 93 37 Kod: 805584 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T Cod: İBAZAZ 2X Benefisiarın adı: S.Q.Y.F MN VÖEN: ********** Hesablaşma hesabları: AZN AZ98İBAZ******************** İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4512/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4512/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver