Məhkəmə qərarları › İş №2(008)-4523/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4523/2021

13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4523/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3, X11 və Ərizəçi4 4 saylı ASAN xidmət Mərkəzində Notariat Ofisi maraqlı şəxs qeyd edilməklə mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması, bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3, X11 və Ərizəçi4 4 saylı ASAN xidmət Mərkəzində Notariat Ofisi maraqlı şəxs qeyd edilməklə ərizə lə məhkəməyə müraciət edərək 19.07.1989-cu il tarixdə ölmüş X5 mirası Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2. Ev 21-də yerləşən fərdi yaşayış evinin – miras əmlakın ərizəçilər tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və mirasın qəbul olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Ərizə onun əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 21 ərizəçi X1 qaynatası, digər ərizəçilərin babaları X5 adına dövlət qeydiyyatına alınmışdır. X8 19.07.1989-cu il tarixdə ölmüşdür. Mərhumun arvadı və oğlu da ölmüşlər. X8 öldükdən sonra ərizəçilər faktiki olaraq mrası qəbul etmişlər. Hər zaman sözügedən ünvanda yaşadıqlarından və hüquqi savadları olmadığından mirasın qəbulu ilə notariat ofisinə müraciət etməmişlər. 08.05.2021-ci l tarixdə 4 saylı ASAN xidmət Mərkəzində Notariat Ofisinə etsələr də, müdətin bərpası və mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin 4 saylı ASAN xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasında öz nümayəndəsinin iştirakının təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə 4 saylı ASAN xidmət Mərkəzindəki Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçilər ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin təmin olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 21nin 1/2 hissəsi X5 mülkiyyətində olmuş (Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi) X8 19.07.1989-cu il tarixdə ölmüşdür (Bakı şəhəri, Leni rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 477537 №-li Ölüm haqqında Şəhadətnamə). X8 ərizəçi X1 qaynatası, digər ərizəçilərin babaları olmuşdur. Belə ki, Mirzoyev Arif Abbas oğlu X5 və Mirzəyeva Əminənin oğludur (XV-JQ seriyalı 486956 №-li doğum haqqında Şəhadətnamə). Mirzəyeva Əminə 03.05.1978-ci il tarixdə ölmüşdür (Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfidnə verilmiş 18.02.2021-ci il tarixli, 345-05/15 №-li arayış). Mirzəyeva (Dostaliyeva) Minəvər Abdulaxat qızı 14.05.1977-ci il tarixdə X13 ilə nikahlarını bağlamışlar (Bakı şəhəri Səadət srrayı tərəfindən verilmiş 447298 №-li Nikahın bağlanması haqqında Şəhadətnamə). Ərizəçilər Ərizəçi2, Ərizəçi3, X11 və Ərizəçi4 X1 və X9 uşaqlarıdır ( 298289, 298290, 299941, 310812 №-li Doğum haqqında Şəhadətnamələr). X13 06.06.2019-cu il tarixdə ölmüşdür. Beləliklə, X4 miras əmlakın mülkiyyətçisinin oğlunun arvadı, digər ərizəçilər isə oğlunun uşaqlarıdır. X5 arvadı və oğlu ölmüşdür. Ərizəçilər hamısı mübahisəli ünvanda qeydiyyatdadılar və orada yaşayırlar (şəxsiyyət vəsiqəsi məlumatları və Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi Nümayəndəliyi tərəfindən verilmiş 24.05.2021-ci il tarixli, 842-846 №-li arayışlar). 4 saylı ASAN xidmət Mərkəzində Notariat Ofisinin notariusu Sidqi Həbibbəyli tərəfindən X2 ünvanladığı 766 №-li, 08.05.2021-ci il tarixli məktubdan görünür ki, X5 adına V-277/2021 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində nəzərəd tutulan 3 aylıq mürciət etmək müddəti ötrüldüyündə məhkəmə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda ərizəçilər 19.07.1989-cu il tarixdə ölmüş X5 mirası Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2. Ev 21-də yerləşən fərdi yaşayış evinin – miras əmlakın ərizəçilər tərəfindən qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və mirasın qəbul olunması faktının müəyyən edilməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (əri), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılı: 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, mirasın əmlakın mülkiyyətççisini arvadı, oğlu ölmüşlər, və onun oğluna düşən miras payın vərəsələri hazırki iş üzrə ərizəçilərdir. Ərizəçilər faktiki və rəsmi olaraq həmin evdə yaşadıqlarından onlar mirası qəbul etmiş hesab edilirlər. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19.07.1989-cu il tarixdə ölmüş X5 mirası Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2. Ev 21-də yerləşən fərdi yaşayış evinin – miras əmlakın ərizəçilər və X4, Ərizəçi2, Ərizəçi3, X11 və Ərizəçi4 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmlı və mirasın qəbul olunması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.8-ci maddəsinə əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə məhkəmə xüsusi icraat qaydasında bxır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: Ərizə təmin edilsin. 19.07.1989-cu il tarixdə ölmüş X5 mirası Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2. Ev 21-də yerləşən fərdi yaşayış evinin – miras əmlakın ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3, X11 və Ərizəçi4 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılsın və mirasın qəbul olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar