Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4536/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı XXX İddiaçı iştirakı ilə, İddiaçı XXX İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı XXX İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair **********00010 nömrəli abonent hesabına əlavə hesablanmış 518,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındaki ev onun adınadır və ailəsi ilə birlikdə həmin ünavanda yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00010 olan smart tipli qaz sayğacı iddiaçının istifadəsindədir. Həmin sayğac onun adınadır. Əvvəlki sayğacı da smart tipli qaz sayğacı idi və xx.xx.2022-ci il tarixində ******* nömrəli Akt əsasında smart tipli sayğacını dəyişərək yerinə yeni smart tipli sayğac quraşdırdılar. Sayğac dəyişilən zaman tam işlək vəziyyətdə idi. “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları köhnə sayğacda heç bir problem olmadığını sadəcə olaraq sayğacın istismar müddəti bitdiyi üçün dəyişmişlər. Bu yaxınlarda smart kart vasitəsi ilə qaz sayğacına pul yükləmək istəyərkən ödədiyi məbləğin yarısının borca çıxıldığını görüb, borcunun haradan yarandığını bilmək və öyrənmək üçün “Azəri-Qaz“ İstehsalat Birliyinə müraciət edib. Cavab olaraq güya sayğacın klapanı kipləşib, bu səbəbdən də “Azəri-Qaz“ İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt tərtib edilmişdir, ki, 4320 kub/m qaz (518,40 manat) dəymiş ziyan hesablanmışdır. İddiaçı bildirir ki, sayğac küçədə quraşdırılıb. Qaz xəttinə müdaxilə etmək qeyri-mümkündür. Onun barəsində qərəzli və haqsız yazılan xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında dəymiş ziyan kimi hesablanan 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat pulun silinməsini tələb edib. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borcu silinməmiş, ona borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğunu demişlər. Bildirib ki, qaz sayğacına və qaz xəttinə qanunsuz müdaxilə etmədiyi üçün xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edərək, 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat pulun ondan tələb olunması ona qarşı haqsızlıqdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı XXX İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli etiraz ərizəsi daxil olmuşdur. Etirazda, iddianı qəbul etməyərək, sayğaca müdaxilə edildiyi və bu barədə akt tərtib olunduğu, iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi sayğacın əvəzetməsidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, 29/1710-04009-1 nömrəli rəyə əsasən 1002AQ**********3 sayğacın klapanı işlək deyil, sayğac istismara yararsızdır. Dəymiş ziyan 4320 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair 30 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 4x12x90=4320 m3 hesablanmışdır. iş materiallarında olan abonent saldosundan görünür ki, **********00010 abonent kodu olan XXX İddiaçı qazdan istifadə nəticəsində 518,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00010 nömrəli abonent XXX İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi və bunun əsasında itirilmiş qazın həcmi 4320 kub metr hesablanaraq dəymiş zərər 518,4 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən **********00010 nömrəli abonent XXX İddiaçı qanunsuz olaraq hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00010 olan XXX İddiaçı ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt üzrə hesablanmış 518,40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4536/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4536/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver