Məhkəmə qərarları › İş №2(008)-454/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-454/2023

26.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-454/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi. Yavər Əliyev küçəsi, 16, M6, m3) paylı mülkiyyət üzrə 1/2 hissənin naturada bölünərək digər cavabdeh olan paylı mülkiyyətçidən ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023cü il tarixdə iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciə edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi. Yavər Əliyev küçəsi, 16, M6, m3) paylı mülkiyyət üzrə 1/2 hissənin naturada bölünərək açıq hərracdan satılması və satışdan əldə olunan pulların tərəflər arasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 02 avqust 1996-cı ildə nikaha daxil olmuşdur. Ağdam Rayon Məhkəməsinin 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh ilə birgə nikahda dövründə xx.xx.2007-ci il tarixli mənzilin alqı-satqısı müqaviləsinə əsasən ümumi dəyərini xx.xx.2011-ci il tarixdə tam şəkildə ödənib “AKKORD” şirkətindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının, 4-bina,1-blok, 5-ci mərtəbəsində yerləşən 43 saylı(yeni nömrəsi 45) mənzil alınmışlar, nikahımız pozulduqdan, yəni 20 iyun 2016-cı il tarixindən sonra Cavabdeh sözügedən mənzilə mənzilin giriş qapısını qırmaq yolu ilə qanunsuz daxil olmuş, hazırda da həmin mənzildə yaşayır və onun istifadəsindədir. Lakin Cavabdeh sözügedən mübahisəli mənzildə yaşamasına baxmayaraq həmin mənzilə quraşdırılmış elektrik, su və qaz sayğacları onun adına sənədləşdirilib, həmçinin mənzilin komunal xərcləri onun tərəfindən ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən adına verilmiş xx.xx.2020-ci il tarixli, **********52-05301-093047 reyestr nömrəli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595, ev 4, mənzil 45-ə yeni qaydalara əsasən isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Əliyev küçəsi, 16, M6, m3 saylı, 98,40 kv.m olan mənzilə mülkiyyət hüquqları tanınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-11112/2016 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı bina, 1-ci blok, 5-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 110,57 kv.m olan 43 saylı mənzilə istifadə və sahiblik hüququ tanınmaqla həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)-9805/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 8 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində Cavabdeh 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət paylarının müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) Cavabdeh qanuni istifadə etməyinə maneə törədilməsinin İddiaçı qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2169/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməməsi həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 9805/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Göründüyü kimi mübahisəli mənzil paylı mülkiyyət üzrə 1/2 hissəsi onun xüsusi mülkiyyətindədir. Mübahisəli olan mənzildə digər paylı mülkiyyətçi Cavabdehdır. Hazırda paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi zərurəti vardır, belə ki, onlar xüsusi paylı mülkiyyətində olan mənzilin sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mülkiyyətlərində istifadə maneələri yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət etmişdir, lakin heç bır razılaşma əldə edə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, mənzilin hərraca çıxarılmasına razı deyildir, mənzilin yarı hissəsini iddiaçıya ödəməyə hazırdır, lakin bu pul məbləğini ona ödəməyə hazırda maddi imkanı yoxdur, ona vaxt lazımdır ki, mənzilin onun payına düşən hissəsini banka qoyaraq bankdan pul götürsün Qeyd dilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini, cavabdehə pulun tapılması üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2021-ci il tarixli, 2(103)- 9805/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1618/2021 saylı iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) üzərində Cavabdeh 1/2 hissədə, İddiaçı 1/2 hissədə mülkiyyət paylarının müəyyən edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, 45 saylı mənzildən (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, 16, M6, m3) Cavabdeh qanuni istifadə etməyinə maneə törədilməsinin İddiaçı qadağan edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-2169/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9805/2021 nömrəli 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, məhəllə 2595, ev 4, mənzil 45, yeni qaydalarla Bakı şəhəri, Sabunşu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3 ½ hissədə İddiaçı, digər ½ hissədə isə Cavabdeh Çərkəz qızının mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2022-ci il tarixli 10/6064 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) paylara uyğun olaraq natirada bölünməsinin "İnşaat Norma və Qaydaları" 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış təqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Yaranmış zərurətlə əlaqədar hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-454/2023 nömrəli qərardadı ilə tərəflərin paylı mülkiyyətindəki mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) “payların naturada bölünməsi, qiymətləndirilməsi və hərracda satılması” hazırki dövrə real bazar dəyəri və likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, qiymətləndirmənin aparılması müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmiş, qiymətləndiricinin rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli 28 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) 97.000 manat müəyyən edilmişdir. Aparılmış təqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2(008)-454/2023 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) olan 97.000 manatın iddiaçının payına düşən hissəsinin iddiaçıya ödənilməsinə razı olub-olmamları barədə təklif göndərilmiş və cavabdeh tərəfindən əmlakın dəyərinin yarıdı hissəsinin iddiaçıya ödənilməsinə razılığ bildirilsədə, lakin məhkəmə tərəfindən iddiaçıya payın ödənilməsi ilə bağlı razılığa gəlinməsi üçün cavabdehə vaxt verilsədə cavabdeh ilə iddiaçı hər hansı bir razılığa gələ bilməmişlər. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi məhəllə 2595 ev4, mənzil 45 tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi və payların naturada ayrılması mümkün olmamışdır. Bundan sonra mübahisəli mənzillərin açıq hərracdan satılaraq əldə olunan məbləğin onların paylarına uyğun şəkildə bölünməsini tələb edilmişdir. Göründüyü kimi mübahisəli mənzillərin açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) açıq hərracda satılmalı, mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) ilkin satış qiyməti 97 000 (doxsan yeddi min) manat müəyyən edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 2595 nömrəli məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) açıq hərracda satılsın. Mənzillərin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2595 məhəllədə yerləşən, mübahisə predmeti olan 4 nömrəli evin 45 saylı mənzilin (yebi qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 16, M6, mənzil 3) ilkin satış qiyməti 97 000 (doxsan yeddi min) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar