Məhkəmə qərarları › İş №2(008)-4551/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4551/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4551/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi "ölüm faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə doğulmuş X3 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı ildə doğulmuş X6 atasıdır. X6, Bakı şəhərində doğulmuşdur. Atası ürək çatışmamazlığından əziyyət çəkirdi. Xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2024-cü ildə atasının halı qəfil pisləşmişdir. Onlar dərhal "Təcili yardım"a zəng vursalar da, lakin həkim gələnə kimi X6 vəfat etmişdir. Atası vəfat edərkən o və anası – X7 onun yanında olmuşlar. X4 Maştağa qəbiristanlığında dəfn edilmişdir. X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün 21 saylı şəhər poliklinikasına və 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. 21 saylı şəhər poliklinikası "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi isə "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək əlavə olaraq bildirmişdir ki, atası ürək çatışmamazlığından əziyyət çəkirmiş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə və 21 saylı şəhər poliklinikasına müraciət etdikdə isə bundan imtina edilmişdir. Ona görə tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 4 saylı Bakı "ASAN xidmət" mərkəzi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X2 X10"nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxs "21 nömrəli şəhər poliklinikası"nın xx.xx.2024-cü il tarixli 218 nömrəli cavab məktubunda bildirilmişdir ki, Maştağa qəsəbəsi B.Bağırov küçəsi ünvanında yaşamış 1960-cı il təvəllüdlü X3 poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X8 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2024-cü il, xəstənin yanına gəlmə vaxtı "15" saat "50" dəqiqə, ünvan Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 1 ev 15-də X6, yaşı 64, həkimə qədər ölüm qeyd edilmişdir. İş materiallarında olan "Qafqaz Müsəlmanlar İdarəsi"nin xx.xx.2024-cü il tarixli Q/A/004 nömrəli arayışından görünür ki, X1 qəsəbəsi Pirşehid qəbiristanlığında dəfn edilmişdir. X3 məzarının foto-şəkiliiş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində Şirinov Əbdüləli onun qardaşı olduğunu, 07 mayda vəfat etdiyini və Maştağa qəsəbəsində dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində Şirinov Əbdüləli onun yoldaşı olduğunu, 07 mayda vəfat etdiyini, Maştağa qəsəbəsində dəfn edildiyini və ürək xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarında olan digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyəhüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı ildə doğulmuş X3 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar