Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4555/2024 29.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Vişniyovka-1, 0,08 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən sahəsi 123,9 kv.m.ibarət 1635"B" nömrəli bağ evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatətlə müraciət edərək, 2(008)-4555/2024 nömrəli mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı olan «bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma» tələbinə dair iddia ərizəsi ilə əlaqədar olan 2(008)- 4555/2024 nömrəli mülki iş ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul olunduğundan iddia ərizəsi geri qayatrılmalıdır. Belə ki, mübahisə predmeti ilə əlaqədar iddia ərizəsinə əlavə olunmuş sənədlərdən (Çıxarış və Texniki pasport) 1635”B” nömrəli mübahisəli bağ sahəsi Sabunçu rayonu ərazisində deyil, Xəzər rayonu ərazisində yerləşir. Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətlə bağlı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında mülki işə Sabunçu Rayon Məhkəməsində baxılması aidiyyət qaydalarının pozulmasına səbəb olduğunu bildirmiş və mülki işin Xəzər Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsi və mülki işin materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Xəzər Rayon Məhkəməsində göndərilməlidir. İş materiallarında olan, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, ev 1635B X1 xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Vişnyovka-1 bağ sahəsi, ev 1635 Xəzər rayonunun inzibati ərazi hüdudlarında yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsində göstərilir ki, iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə həmin işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı həmin Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma” tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “bağ evindən və bağ sahəsindən əşyaları ilə çıxarılma” tələbinə dair 2(008)-4555/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4555/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4555/2024
29.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver