Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-457/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 mənzildən çıxarılması və maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 mənzil ona məxsusdur. O və onun ailə üzvləri qeyd edilən mənzildə qeydiyyatdadır. Mənzilə dair bütün kommunallar onun adınadır. Cavabdeh onun dayısının keçmiş ailəsi olmuşdur. Faktiki nikahları yoxdur. Cavabdehlər ona məxsus olan mənzili zəbt etmişlər və mənzildən çıxmaq fikirləri yoxdur. Hər dəfə o, özünə məxsus olan mənzilə daxil olan zaman ona müəyyən maneələr yaradırlar. Bu səbəbdən də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən çıxarılması və maneənin aradan qaldırılması tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi üzrə mənzil nömrələrində texniki səhv olduğundan, mənzil nömrəsinə düzəliş edildikdən sonra yeni iddia tələbi ilə müraciət etdiyindən iddia tələbinin təmin edilməsinin iddiaçının maraqlarını əks etdirmədiyindən, iddia tələbinin mahiyyəti üzrə həll edilməsini məhkəmə mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsi ilə müraciət edərək iddiaçı X1 cavabdehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 1 ünvanındakı mənzildən çıxarılma və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, həmin ünvandakı mənzil guya ki, ona (yəni iddiaçıya) məxsusdur. Guya ki, onlar həmin mənzili zəbt etmiş və onun orada yaşamasına maneə yaradır. İddiaçının iddia tələbinə etiraz olaraq bildirmək istəyir ki, həmin evi keçmiş həyat yoldaşı X10 ilə 2005-ci ildə ailə qurduqdan sonra torpaq alaraq tikmişlər. Belə ki, X10 ilə qeyri rəsmi olaraq 2005-ci ildə el adəti ilə toy edərək ailə qurmuşlar. Birgə nikah dövründə 2 uşağı doğulmuşdur. xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2009-cu il təvəllüdlü Cavabdeh3. Bir müddət sonra sözügedən ünvanda torpaq alaraq ev tikmiş və həmin evdə ailəvi yaşamağa başlamışlar. Həyat yoldaşı yaşca ondan böyük olduğu üçün və təcrübəsi olduğu üçün onunla nikahını rəsmiləşdirməmiş, aldığı torpaq sahəsi üzərində birgə ailəlik dövründə tikdirdiyi ünvan 2 ünvanındakı evin komunallarını öz bacısı oğlunun adına rəsmiləşdirmişdir. Keçmiş həyat yoldaşı X10 onu və uşaqlarını ataraq evdən çıxıb getmişdir. Həmin vaxtdan uşaqlarına o baxır. Bu səbəbdən də keçmin həyat yoldaşı X8 qarşı “aliment tələbinə dair” iddia tələbi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmişdir və Sabunçu rayon Məhkəməsinin qətnaməsi əsasında iddia tələbi təmin olunmuşdur. Keçmiş həyat yoldaşı X10 alimenti ödəmədiyi üçün xarici ölkəyə gedərkən saxlanılmış və aliment borcu ödətdirilmişdir. Hal-hazırda keçmiş həyat yoldaşı X10 ondan qisas almaq üçün İddiaçı onun və uşaqlarının həmin evdən çıxarılmasını istəyirlər. Bütün qonşular öz şahidlikləri ilə təsdiq edə bilərlər ki, həmin ünvandakı ev keçmin həyat yoldaşı X10 ilə onun birgə ailəlik vaxtında onların ümumi gəlirləri hesabına tikilmişdir. Hal-hazırda uşaqları və o, həmin ünvanda yaşayır, uşaqları həmin ünvandan məktəbə gedirlər. İddiaçının ünvan 2 ünvanındakı mənzilə dair heç bir hüquqi sənədi yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X2, X4 xx.xx.2006-cı il tarixdən ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. **********20000 nömrəli Abonent saldosundan görünür ki, İddiaçı ünvan 4 ünvanına quraşdırılmış sayğac üzrə təbii qazdan istifadə edən abonentdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-109-2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi üzrə İddiaçı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən 14 “b” saylı evə pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə iclası zamanı iddiaçı məhkəməyə ərizə verirək iddia ərizəində iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi mənzilin ünvanında yalnışlığ olduğunu bildirərək, cavabdehlərin yaşadığı və iddiaçının onların çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin nömrəsinin 14 V deyildə 14 B olduğunu bildirdiyindən, məhkəmə hesab edir ki, nə qədərki iddiaçı cavabdehlərin çıxarılmasını tələb etdiyi fərdi yaçayış evinin nömrəsi 14 V deyildə 14 B olduğundan hazırki iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ünvanında yerləşən 14 V nömrəli mənzildən çıxarılması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-457/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-457/2025
08.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver