Məhkəmə qərarları › İş №2(008)-4578/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4578/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4578/2025 30.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin nümayəndələri tərəfindən **********00010 nömrəli abonent koduna yazılmış 4190.40 manat (dörd min yüz doxsan manat qırx qəpik) cərimənin silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayon Ramana südçülük savxozu ərazisində, ona məxsus fərdi yaşayış evi var. xx.xx.2018-ci il tarixində, Cavabdeh İB-nin əməkdaşları ona məxsus fərdi evin G4 tipli 1302AQ**********1 nömrəli qaz sayğacını heç bir xəbərdarlıq etmədən və onun iştirakı olmadan G4 tipli İtron markalı 1802AZ**********10 nömrəli sayğacla əvəz etmişdir. Mənzildə daimi yaşayış olmadığına görə bu hadisədən bir müddət sonra xəbərdar olmuşuq. 27 İyul 2018-ci il tarixində Məmmədov Ural, Səmədov Ziya və Səlimov Şahin tərəfindən, ona məsxsus **********00010 nömrəli abonent koduna 4190.40 manat (dörd min yüz doxsan manat qırx qəpik) cərimə yazılmışdır. Cərimənin yazılma səbəbi kimi sayğacın çıxış plasmas borusunun deşik olması göstərilmişdir. 2019-cu ilin Aprel ayında G4 tipli İtron markalı 1802AZ**********10 nömrəli sayğac, G4 tipli İtron markalı **********3 nömrəli sayğacla əvəz olunmuşdur. xx.xx.2022-ci ildə isə G4 tipli İtron markalı **********3 nömrəli sayğac **********630 nömrəli G4 tipli Zinner markalı sayğacla əvəz olunmuşdur. Sayğac hasarın küçəyə tərəf baxan hissəsində quraşdırılmışdır və onun nəzarəti xaricindədir. ******* nömrəli aktda 2 ədəd 28 kv-lıq kombi, bir ədəd PQ-2, bir ədəd PQ-3 olduğu göstərilmişdir. Bu akt mənzilə baxış keçirilmədən tərtib olunub və göstərilən qurğuların heç biri yoxdur. 2011-ci il 12 May tarixli “X3”haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarında göstərilmişdir: Sayğac abonentin iştirakı ilə əvəz olunmalı və xüsusi qutuya yerləşdirilməlidir. Qutu plomblanmalı və labaratoriyada abonentin iştirakı ilə plomb sökülməli, sayğaca baxış keçirilməlidir. Lakin bu proseslərin heç biri baş verməyib. Bunun əyani sübutu kimi heç bir aktda imzamın olmamasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edərək təmin edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. **********00010 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı qalıq və aktlar üzrə 2018-ci ilin iyul ayı üçün 4190.40 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Təbii X3nın pozulması haqqında ******* nömrəli xx.xx.2018ci il tarixli aktın surətindən görünür ki, 29/1710-0667 nömrəli rəyə əsasən 1302AQ**********1 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2018-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 20952 m3 olması hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00010 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plasmas borusunda deşik olması qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 20952 kub metr hesablanaraq dəymiş zərər 4190,40 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plasmas borusunda deşik olması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X3nın pozulması haqqında ******* nömrəli xx.xx.2018-ci il tarixli akta əsasən **********00010 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4190,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********00010 saylı abonent İddiaçı ******* nömrəli xx.xx.2018-ci il tarixli akt üzrə Cavabdeh İB tərəfindən hesablanmış 4190,40 (dörd min yüz doxsan manat qırx qəpik) manat borc məbləği silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar