Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4582/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı cərimənin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun qaz hesabına özbaşına yazılmış 1555,20 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Maştağa qəsəbəsi, Subtr. Sovxoz-4940-0000 ona məxsus fərdi evi ZENNER tipli G-4 markalı **********5 nömrəli qaz sayğacı qəfildən dayandı və evə gələn qazı buraxmadı. O, Cavabdeh İB-nin 104 çağırı mərkəzinə zəng edərək bu barədə onları məlumatlandırmış, bundan sonra Cavabdeh İB-nin əməkdaşları mənzilinə gələrək qaz sayğacını yenisi ilə əvəzlədilər və yerində rəsmi şəkildə Akt tərtib edərək Aktda sayğacın çıxarılma səbəbi olaraq qazı buraxmadığını göstərdilər. Aktın bir nüsxəsini ona təqdim etdilər. 28 fevral 2023 -cü ildə Cavabdeh İB-nin Bakı Regonal qazın satışı nümayəndələri Kənan Əhmədov, Emin Şahkərimov, Dünyamalı Əliyev ona məxsus **********00000 nömrəli abunet koduna heş bir ciddi araşdırma aparılmadan və labaratoriyada onun iştirakı olmadan 12960 m3 yəni 1555.20 azn cərimə yazıblar. Sayğacın əvəz olunma səbəbi kimi rəsmi şəkildə Aktda qazı buraxmadığı göstərilsədə cərimə yazma səbəbi isə sayğacın hesablama mexanizmi qoruyucu qapağı gövdədən tamamilə aralanması göstərilmişdir. Cavabdeh İB-nin birliyinin nümayəndələri ona cərimə hesablayarkən 90 günün hər saatına 6 m3 hesablayıblar halbuki onlar onun mənzilində hansı qaz avadanlıqlarından istifadə etdiyini invertar etməyiblər. Elə isə hansı əsasla ona 3 ayda 12960 m3 qaz istelak etdiyini iddia edirlər. Qazdan istifadə qaydaları haqqqnda qanunun heç bir bəndində «Azəriqaz İB-nin cərimə yazmaq hüququ olması qeyd olunmayıb. Cavabdeh iddaya etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacın hesablama mexanizminə müdaxilə faktı aşkar olunmuşdur. Bu barədə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib olunmuş, aşkar edilmiş nöqsanlar istehlakçıya bildirilmiş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən də sayğaca müdaxilə edildiyi və onun istifadəyə yararsız olduğu öz təsdiqini tapmışdır. Bundan sonra bu barədə xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün Dəymiş ziyanın hesablanmasına dair Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 1555,20 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3oğlu iddianı qəbul etmədi və etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» xx.xx.2022-ci il tarixli ******* №-li akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış ZENNER tipli G-4 markalı **********5 nömrəli qvz sayğacı «sayğac qaz buraxmır» səbəbi ilə ZENNER tipli G-4 markalı **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və **********5 zavod nömrəli rəyə əsasən **********5 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamami ilə aralandığı aşkar olunmuşdur. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının sədri tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, akt üzrə itirilmiş qazın miqdarı 12960 m3 hesablanmışdır. Abonentin saldosundan görünür ki, həmin akta əsasən iddiaçıya 1555,20 manat zərər hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 1555,20 manat məbləğində cərimənin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənatinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli ******* №-li aktla aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 1555,20 manat iddiaçıdan tutula bilməz. Yəni, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı yazılmış 1555,20 manat cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yazılmış 1555,20 manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HakimTahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4582/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4582/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver