Məhkəmə qərarları › İş №2(008)-4591/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4591/2023

13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4591/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə və onun dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, anası xx.xx.1959-cu il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası X4 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2023-cü il tarixə kimi ünvan 1 ünvanında yaşamışdır. Həmin tarixdə yaşadığı ünvanda qəflətən vəziyyəti pisləşmiş, təcili tibbi yardım çağırsalar da, onlar gələnə qədər vəfat etmişdir. Mərhum Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Ölümün qeydə alınması ilə bağlı Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeyd aparılmaqdan imtina edilmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, mərhum X4 onun qayınanasıdır, həmçinin onlarla qonşuluqda yaşayırlar. xx.xx.2023-cü il tarixdə qayınatası yoldaşına zəng edərək mərhumun ürəktutmadan öldüyünü bildirmiş, bundan sonra tərəflərindən dəfn mərasimləri təşkil edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bibisidir, mərhumun isə baldızı olmuşdur. xx.xx.2023-cü il tarixdə qardaşı Adil zəng edərək, yoldaşının ölüm xəbərini ona bildirmişdir. Mərhumu Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, mərhum X4 onun anasıdır. O, rəhmətə gedən zaman atası yanında olmuş və anasının ölümü barədə o məlumat vermişdir. Anası Əmircan qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir, onun adına yas mərasimləri təşkil etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE 09842152 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü X1 Adil Şamil oğlunun anasıdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Əmircan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, X2 qəsəbəsindəki qəbirstanlıqda dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar