Məhkəmə qərarları › İş №2(008)-4599/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4599/2021

25.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4599/2021 25.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh ştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan ərazidə 3 otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 10.03.2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikah cavabdehin iddiasına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16.04.2018-ci il tarixli 2(008)-811/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə, yəni 2017-ci ildə yaşayış şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan ərazidə 3 otaqdan, mətbəxdən, sanitar qovşağından həyətdən ibarət fərdiy yaşayış evini 17 000 manat almışdır. Həmin ev təmirsiz olduğundan 7 000 manat xərc çəkib təmir etdirmiş, həçinin evin qaz, elektrik və su təchizatını da çəkdirmiş və buna da təxminən 700 manat xərc çəkmişdir. Yaşayış sahəsinin sənədləşdirilməsi cavabdehin adına aparılmış, lakin bütün ödənişləri özü etmişdir. Aralarında olan nikah pozulduqdan sonra cavabdeh onun həmin yaşayış sahəsinə buraxmır. Hazırda yaşayış sahəsi cavabdehin istifadəsindədir və bidiyinə görə cavabdeh evi satmaq istəyir. 13 iyul 2021-ci il tarixli qiyabi qətnamə ilə iddia təmin edilmişdir. Sonradan cavabdehin ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edəe Cavabdeh iddianı qəbul etməyərək, qeyd etdi ki, iddiaçının köçürülməsini istədiyi ev onun anasının evidir, iddiaçının həmin evə heç bir aidiyyəti yoxdur. İddiaçı onun anasının pulu ilə evi almış və qaz sayğacını iddiaçının adına quraşdırmışdır. Anasının xəbəri olan kimi öz adına dəyişdirmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. Sabunçu rayon məhkəməsinin 16.04.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 10.03.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, 27.01.2017-ci il təvəllüdlü X4 anasının himayəsində saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının 1/4 hissəsi məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. AZE seriyalı 16347099 №li şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azəriqaz İB ilə Cavabdeh arasında 11.10.2017-ci il tarixli 64877 №-li qaz alqısatqısı müqaviləsi bağlanmışdır. Lakin sonradan, 2017-ci ildə, mübahisəli evə verilən qaz təchizatı üzrə abonent X3 (cavabdehin anası) olmuşdur. Eyni zamanda Azərişıq da abonent kimi 2017-ci ildən bu günə kimi X3 olmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-2247 №-li iş üzrə qəbul etdiyi 21.09.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası əsasında Cavabdeh ünvan 2 ünvanda yerləşən evə dair istifadə hüququna xitam verilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İmanov X2 rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi, ev 100/1-in mülkiyyətçisidir. Həmin qətnamədəen görünür ki, İddiaçı ilddia ərizəsində hazırki mübahisə predmeti olan evi Cavabdeh bağışlaması haqqında məlumat vermişdir. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası adlanan ərazidə 3 otaqlı yaşayış sahəsinə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair iddiaçının və cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Eyni zamanda, məhkəmə həmin evin kommunal xidmətəlri üzrə abonentin cavabdehin anası olduğunu müəyyən etmişdir. Bundan başqa, iddiaçı başqa bir iddia ərizəsində həmin evin onun tərəfindən cavabdehə bağışladığını qeyd edir, hazırda isə həmin evə köçürülməsini istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və iddiaçıya və cavabdehə heç bir aidiyyəti yoxdur . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qə t e t d i: İddia rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar