Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4599/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi "4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri Balaxanı qəsəbəsi C.Cahangirov küçəsinin 2-ci döngəsində yerləşən 1 nömrəli ev barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinanın əsassız hesab edilməsi" barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Ərizəçi "4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri Balaxanı qəsəbəsi C.Cahangirov küçəsinin 2ci döngəsində yerləşən 1 nömrəli ev barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinanın əsassız hesab edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası zamanı Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsində deyilir ki, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, ərizə geri qaytarılmalı, eyni zamanda, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Ərizəçi "4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri Balaxanı qəsəbəsi C.Cahangirov küçəsinin 2ci döngəsində yerləşən 1 nömrəli ev barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinanın əsassız hesab edilməsi" barədə ərizəsi geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-4599/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4599/2024
25.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver